ƏSAS SƏHİFƏ Mədəniyyət Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Avropada səfirlərlə görüşlər keçirir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Avropada səfirlərlə görüşlər keçirir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveçrə Konfederasiyasina səfəri çərçivəsində Fondun üzv dövlətlərinin İsveçrədəki səfirləri ilə görüşlər keçirib

İsveçrəyə səfər çərçivəsində Azərbaycan Respublikasının İsveçrədəki səfiri Xanım İbrahimova ilə görüşən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fondun Türk Dünyasına xas mədəniyyətin, irsin mühafizəsi və dünyaya tanıdılması yönündə həyata keçirdiyi layihələrdən bəhs etmişdir.

Görüşdə, Fondun fəaliyyətində Azərbaycanın aktiv rolu qeyd edilərək, türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi istiqamətində birgə tədbir və layihələrin reallaşdırılması ilə əlaqədar dəstək bildirilmişdir.
Qazaxıstan Respublikasının İsveçrədəki səfiri Alibek Bakayev ilə görüş zamanı Fondun prioritet istiqamətlərinin Türk Dünyasının sahib olduğu mədəni irsi qoruyaraq, araşdıraraq, dünyada tanıdaraq gələcək nəsillərə ötürmək olduğundan bəhs edilib. Eyni zamanda, bu il Qazax yazılı ədəbiyyatının banisi, şair, mütəfəkkir Abay Kunanbayevin 175 illik yubileyi, böyük mütəfəkkir və alim Əbunəsr Fərabinin 1150 illik yubileyi ilə bağlı 2020-ci ildə görüləcək tədbirlər barədə müzakirələr aparılmışdır. Qazax xalqının ümumtürk, eləcə də dünya mədəniyyətinə böyük töhfələr verdiyi bildirilərək Fondun bu istiqamətdə apardığı tədbir və layihələrdə birlikdə çalışmağa maraqlı olduqları səfir tərəfindən qeyd edilib.

Türkiyə Respublikasının İsveçrədəki səfiri İlhan Saygılı ilə keçirilən görüşdə türkdilli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi məqsədilə Fondun gördüyü iş və tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Həmçinin, səfirlik tərəfindən Fondun bu istiqamətdə fəaliyyətinə və planlaşdırdığı gələcək layihələrinə dair dəstək ifadə edilərək, türk dünyasının önəmli parçası olan Tükiyə ilə mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə İsveçrədə türkdilli xalqların mədəniyyətinin təbliği istiqamətində tədbirlərin keçirilməsi barədə yekdil fikir ifadə olunmuşdur.

Analoq.az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Avropada səfirlərlə  görüşlər keçirir













скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu