

Martın 10-da Azərbaycanı builki "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.Toplantıda ölkəmizi "Eurovision 2016" mahnı müsabiqəsində təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib. Bu Səmra Rəhimlidir. O, mahnı müsabiqəsində "Miracle" mahnısını ifa edəcək.