Aparıcı Zemfira Adıgözəlova bu gün ad gününü qeyd edir.



Aparıcı Zemfira Adıgözəlova bu gün ad gününü qeyd edir.


Analoq.az axşam.az-a istinadən xəbər verir ki, təəssüratlarını bölüşən aparıcı özəl gününü dostları ilə birlikdə qeyd edəcəyini bildirib:

"Dünən gecədən dostlarımdan, sevənlərimdən təbriklər alıram. İlk hədiyyəni isə Emil adlı pərəstişkarım verdi. Mənə mavi qızıl gül bağışlayıb. Dostlarım mənim üçün axşam sürpriz hazırlayıblar. Nə olduğunu bilmirəm. Dedilər ki, hazırlaş, filan məkana gəl. Sabah isə ailəmlə birlikdə keçirəcəm".

Z.Adıgözəlova hazırladığı yeni layihədən də danışıb. O, əməkdar artist Zaur Əmiraslanovun klipində rol alacağını bildirib:

"Zaur Əmiraslanov "Balaşın ariyası"nı rok versiyada hazırlayacaq. Ona böyük bir klip çəkdirəcək. Klipdə mənfi Dilbər obrazını mən oynayacam. Zaurdan soruşanda ki, niyə məni seçdin, cavabı bu oldu: "Dilbər gözəgəlimli, diqqət çəkən xanımdır. Cəlbedici aktrisa düşünəndə, ağlıma ilk sən gəldin". Klip təkcə Azərbaycanda yox, xaricdə də nümayiş olunacaq. Böyük bir layihədir, təqdimatı da keçiriləcək".скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi