Nağıllaşan, dastanlaşan yaradığıcılıq



Nağıllaşan, dastanlaşan yaradığıcılıq



Cəmilə Çiçəyin oxucularına yeni hədiyyə etdiyi növbəti əsəri dastandır. Bəli, bəli, dastan. Səhv eləmədim. Doğrudur, publisistikası və poetik lövhələri ilə öz oxucularının görüşünə tez-tez gələn bu xanım qızın son vaxtlar mətbuatdakı fəallığı elmi və ədəbi ictimaiyyətin də diqqətindən kənarda qalmayıb.

Haqqında dəyərli fikirlər yazılmaqda və söylənməkdədir. Elə mən də Cəmilə Çiçəyin ədəbi-bədii yaradıcılığı barədə fikirlərimi gizlətməmişəm. Amma onun barəsində, daha doğrusu, növbəti uğurları haqqında söz açmağı özümə mənəvi borc bildim.

Çünki, C.Çiçəyin növbəti dəfə oxucularla görüşə gəldiyi minatür kitabı bir şairin illərdir ki, dillərdə əzbər olan dastanına həsr edilib.
Əyyub-Yaqub qardaşlarının poeziyasını sinədəftər edən Cəmilə Çiçəyin “Əyyub və Sənəm dastanı”nı oxuculara minatür kitab kimi çatdırması da bunu təsdiqləyir. Dastan məhəbbət mövzusunda oxuduğumuz klassik aşıq ədəbiyyatı nümunəsi olaraq da çox maraqlıdır. Bu dastanı maraqlı edən cəhətlər az deyil.

Məsələn, o, Kəlbəcərdə, həm də ötən əsrin 70-80-ci illərində yaradılıb. Kəlbəcərin İstisu sanatoriyasında istirahətə gəlmiş bir gözələ dastan bağlayan şair Əyyubun yaradıcılıq nümunəsi dillər əzbəri olsa da, aşıqlar onu toylarda, dastan gecələrində sazın müşayiəti ilə xalqa çatdırsalar da, sinələrdən kitab-dəftərə köçürülmürdü. Hətta, bu sətirlərin müəllifi də Kəlbəcər ədəbi mühitini araşdırıb bir neçə almanax və antologiya nəşr etdirsə də, dastan heç bir topluya əlavə edilməmiş qalırdı.

Budur, Əyyub Cabbarovun yaratdığı, həm də real faktlar əsasında dastanlaşdırdığı “Əyyub və Sənəm” oxucuların stolüstü kitabına çevrilib, Cəmilə xanımın vətənpərvərliyinə söykənərək, minatür kitab kimi... Onu toplamaqla yanaşı, tərtibçi xanım həm də klassik dastan dilinə bələdçiliyinini də ortaya qoyub.
Nağıllaşan, dastanlaşan yaradığıcılıq
Kitabın dilə gətiriləsi müsbət məziyyətləri barədə ətraflı söz açmağa ehtiyac görmürəm. Cəmilə xanım minatür kitabını sevimli oxucularının diqqətini cəlb etsin deyə, onu xüsusi tərtibatla nəşr etdirib. Bu yolda çox böyük əziyyət çəkən dastançı xanıma bundan sonra da uğurlar diləyirik. Bu sətirlərin müəllifi onun həm də elm aləmində və publisistikada nail olduğu uğurlara sevinir və nümunə kimi yeri gəldikcə onun zəhmətsevərliyindən bəhs edir.
Bəli, Cəmilə Çiçək son illər ədəbi-bədii, bu gün isə elmi dünyagörüşünü zənginləşdirən ziyalı xanım kimi cəsarətlə addımlamaqdadır. “Milli Zəka” elmi-publisistik dərgisinin təsisçisi və baş redaktoru kimi də tanınır. Dədə Şəmşir irsinin toplanıb nəşr edilməsində də çoxlarından daha sanballı iş görmək bacarığını ortaya qoyub. Həmin kitablardan bir neçəsi türk dünyası şairləri federasiyası (ASKEF) baş ofisinə hədiyyə etməsi də təqdirəlayiqdir.
Uğurlar olsun, Cəmilə Çiçək! Yaradıcılığınız bahar təravəti ilə çiçək açsın daim...
Hörmətlə,
Məhəbbət SƏFƏRLƏRскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi