Ayrılığın üzü dönsün və ya 26 dəqiqəlik köçəri ülvi hisslər



Tural Turan
Fuad Cəfərli
Ayrılığın üzü dönsün və ya 26 dəqiqəlik köçəri ülvi hisslər

(esse)

Caferadio, saat 17:34... Cəmi üç dəqiqə əvvəl uğurladıq onu. İstanbulda görüşmək ümidi ilə - deyib sağollaşdıq. Qapıda əl verib ayrıldıq qərblə şərqin ortası bir qadın əlvidası ilə. Çıxıb arxasına baxmadıq, ayrılıq hisslərini lül-qəmbər bir havada yaşamaq üçün. Elə yenicə bayaq oturduğumuz taxta masanın başına dönmüşdük ki, onunla bu stolun həndəvərindən qalxıb qapıya qədər ötürdüyümüz bir mahnı - "Hardasan sevgilim gəl - gəl" davam edirdi... O, əslində ikimizin də sevgilisi idi. Birimizdə sevgi şeirlərinin və tənha gecələrinin sarı xınalı talismanı, birimiz üçün sadəcə bir dərdiş, hisslərin sevdalı mələyi idi. İndi, bu sətirlərin yazıldığı bu taxta stol ətrafında ikimiz qabaq-qənşər oturmuşuq. Yola saldığımız talismanımızdan Fuada, yarımçıq qalmış pivə, mənə isə elə öz bardağımdakı pivədən gələn zəncəfil çayının qoxusu qalır. Bayaq o burada olanda içirdim bal acılı çayı...

İndi Mirzə Babayev "Kəpənəyin" arxasına qaçır, biz də sənin qoxunun öləziyən iyini masada axtarırıq. Kaş, xına yaxdığın o sarılı-qonurlu pilə saçından biri ilişib qalaydı deyirik, bu taxta masanın kirdələrinin arasında... Hələlik əvəzinə hələ ki, dedik bayaq. Bax adamı da iki pivə havasında zorlayan da budur, Niyar. Hə, yeri gəlmişkəm, o, mənim üçün Vaqif Səmədoğlu misali bir Niyar (mən də kənddə doğulub şəhərdə tüyünən biriyəm), Fuad üçün isə nübarsız Nigardır indi...

Üç gün sonra İstanbula gedirsən, bilmirik, nə vaxt qayıdacaqsan?! Bəlkə də biz gələcəyik oraya, dediyinə görə, amma innmıram. Mən sənin xatirələrinlə ovunacağam, Fuadı bilmirəm... Sənə uğurlu yolculuqlar ekonominin kültürlü kızı...

Bayaq ikimizə bir Nigar düşürdü, gedişinlə 2:1 durum sənin lehinə. Oyunumuza kənar müdaxilə olmasaydı, kaş-deyirəm. O, səni bir zənglə aramızdan alan adama da (kişimi, qadınmı bilmirik) az qalıram, söyəm, amma sən durursan yenə gözümün önündə "ommaz, şşşişşş..." deyirsən və susuram. Yarıyuxulu anladığımız bir şey var, sən getdin və biz bu masa başında iki dibə enmiş pivə ilə yetim qaldıq.
İndi qayıtmağını istəmirik açığı, yoxsa bu sətirlər yarımçıq qalacaq. Yanıqlı duyğuların həzzinə uşaq kimi həsrət qalacağıq. Sən getdin ya...(şu anki üzüntümü bir görsən... Fuad isə əsniyir vallah, səni düşünür, bilirəm və qısqanmıram. Çünki sənə vurduğumuz iki qoldan birinin müəllifi o.. amma sən iki - bir maç bitməmiş getdin buradan).

Yenə Mirzə Babayev çərənləyir "Qurban olum" deyib. Artıq bayaqkı sənli hisslər də öləziyir və mənim beynimdə bayaq ekonomi-tarix, İstanbul - Konstantinapol və Ceyms Oldricin "Ex oriente lüx" başlıqlı məqaləsindən statların ştrix notları dolanır.

Nə isə, sənə yaxşı yol, mən artıq yaza - yaza ayazıdım, arxasını Fuad davam etsin. Saat 18:00 və sən mənim üçün yenə telejurnalist Nigar oldun. Arxasını Fuad davam etsin, çünki o indi keflənir deyəsən... Sənə olan ən saf hisslərim 26 dəqiqə Davam etdi Niyar(Nigar). Bax mən də türkəm və hisslərim belə köçəridir. Bu da bayaqkı şərq-qərb davamızın özlüyümdə isbatı. Yenə də köçəriyəm, amma 21-i əsr olsa da... İstanbulda grüşərik, hələlik.
Niyar, mənəm, Fuad:
Mübariz Qurbanov Sevinc gedir ey inasan deyir...

Hə Tural, Nigar (Niyar) sevcinimizi aldı apardı. Yerində isə payız gəlməmiş Xəzəri tərk edən insanların sükutunu qoydu.Əvəzində isə məndən İstanbula salam, səndən (Tural Turan) deyilməmiş sözlər apardı.
Düşünrəm ki Niyar (Nigar) Səttar Bəhlulzadə ilə eyni zamanı bölüşsəydi və ya əksinə olsaydı, çox güman tarixin nadir portiretleri srasında şərq xanımının simgəsi olaçaqdı və indi Leonardo da Vinçinin Monolizası təklikdən, tənhalıqdan əziyyət çəkmiyəcəkdi. İnanıram ki tarixə ən yaxşı rəfiqələr kimi düşəcəkdilər...

Amm neyləmək olar ki, bəzən düşünmək, arzulamaq kömək etmir. Hə Tural Niyar getdi. İndi onu İslamı bulmuş hüzünlü bir qadın (İstanbul) gözləyir.İslam, hüzün və qadın. Maraqlıdır görəsən Asabiyət teoriyasının müəllifi olan İbin Haldun bu mənzərəyə necə şərh verərdi?
Açığı nə gizlədim Niyarı (Nigar) ilk dəfə məhs bu gün gördüm, bu gün anladım. Bələkə bu ilki mənim kim turalda yaşadı bilmirəm. Niyarın ( Nigarın) xəbəri olmadı masamızın üzərində şərqlə qərbin rəsmi surətdə savaşını çıxardı. Və bu savaşda intiqam yox , qalibiyyət yox, əzimlə ədalət axtardı, inadla da axtardığı o, ilahi ədaləti tapdı.

Axı zaman keçir şərq uduzur, hər gün uçurum biraz daha böyüyer dediyrsən. Bəli razıyam zaman keçir şərq bu gün uduzur amma şərqlə qərbin arasındakı o uçurum daha o surətlə böyümür. Sən rahat ol Niyar (Nigar) nə qədər ki bu məmləkətdə sənin kimi nəfəs alan qadınlar varsa deməli uçurumlarda bir o qədər kiçilir.

Nə isə Niyar (Nigar) bilir mən yiyələndiyim ixtisaıma baxmayaraq danışmağı siz deyəndə çox sevmirəm . Amma bu gün Niyar (Nigar) məni çıxardığı savaşıyla bir xeyli danışdırdı. Çoxdan idi ki bu qədər danışmırdım. Lap indi özümü qoca babalar kimi hiss elədim.
Həqiqətən Niyar (Nigar) bilir ki, mən sözü bir başa deməyi bacarmıram.Neyniyim e kimi sətrin üstünü kimi altını sevir.
Mən atam kimi hər zaman kodla danışmışam. Başqalarını deyə bilmərəm, amma bu mənim xoşuma gəlir. Düzdü məni də atam kimi ən yaxşı başa düşənlər yanlış başa düşdülərsədə davamdan əl çəkmədim. Burda Turalın şeirindən bir misra yadıma düşdü:

"Ömürlər, talelər olsada qeyri,
Atanın ömrünü oğullar yaşarmış...".
Niyar burdaykən atam zəng elədi. Nə elədiyimi xəbər aldı. Mənsə yazıçı dostum Niyarla çay içdiyimi bildirdim (Turalı demədim çünki o onda Manchesteri isqaret alırdı- T.T) atam isə ona salamını çatdımağımı bildirdi.
Əgər mən xanımla oturmuşamsa (cəmiyyətdə) və atam zəng edirdisə, heç bir zaman atama bildirməzdim bir xanımla əyləşdiyimi. Doğrunu demədiyim kimi yalanı da deməzdim. Fəqət bu səfər dedim. Açığı, heç özümdə bilmədim niyə dedim. Yəqin niyəsini zaman bildirər bir çox niyələr kimi...

P.S: Nigar, Fuad iki rumkalıq havadadır, pivədən yox, ayrılıqdan (yaxud da qəfil səni ayıran adamdan...)...
16.03.16-Caferadio-Bakı.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi