Bülent Ersoyun birinci əri Cem Adler haqda yeni məlumatlar ortaya çıxıb



Bülent Ersoyun birinci əri Cem Adler haqda  yeni məlumatlar ortaya çıxıb


Bülent Ersoyun birinci əri Cem Adler haqda  yeni məlumatlar ortaya çıxıb
Bülent Ersoyun birinci əri Cem Adler haqda  yeni məlumatlar ortaya çıxıb

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 1998-ci ildə özündən 27 yaş böyük ifaçı ilə evlənən Cem bir il sonra rəsmən boşanıb. B.Ersoy həmin vaxt: "Hər şeyi bağışlayaram, amma məni aldadan kişini yox", - demişdi.

Ayrılıqdan sonra B.Ersoy "Popstar" iştirakçısı Armağan Uzun ilə evlənmişdi, amma ondan da ayrılaraq karyerasına sürətlə davam etmişdi...

Türkiyənin 19 yaşda tanıdığı, Bülentlə evliliyi boyu heç vaxt danışmayan Cem Adler isə boşandıqdan illər sonra anası ilə birgə qatıldığı proqramda həqiqətləri açmışdı:

"Bülentin mənim əlimdən tutacağını düşünürdüm. Məni sevgilimlə bir yerdə tutdu. Həmin gün onunla nikah kəsdirməyə məcbur qaldım. Çünki bu vəziyyətdən başqa cür xilas ola bilməzdim. Evləndikdən sonra tez-tez evdən qaçırdım, Bülent məni tapırdı. Həmin vaxt evlənmə səbəbim kimi hər kəsə fərqli şeylər danışırdım. Amma əsl həqiqət anamın təzyiqi idi".

Eyni proqramda qonaq olan Adlerin anası Fatma da peşmanlığını belə demişdi:

"Bülent Ersoy və mən bu uşağa yaşatdırdıqlarımız üçün cəhənnəmin ən dibinə gedəcəyik. Bülentlə o vaxt yaxın idik. Onunla yaxşı yola getməliydim".

Adler Ersoydan sonra 2002-ci ildə bir iş qadını ilə evlənib. Berlində yaşayan cütlüyün bir oğulları olub və az sonra boşanıblar.

2013-cü ildə isə Cem üçüncü evliliyini qurub. Pınar adlı qadınla evlilikdən isə bir qızı olub. Hazırda öz işini quran C.Adler müxbirlərdən və mediadan uzaq həyat yaşayır. Lakin onun illər ərzində bu qədər dəyişməsi, görünüşünün kəskin fərqlənməsi çoxlarını təəccübləndirib.

Milli.Azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi