• 14:00 – Psixoloq:"Qadının içində iblis də var,mələk də" 
  • 12:00 – Tanınmış şirkətin rəhbəri:"Prezident Əliyev bu sahədə hansı ssenarilərin baş verə biləcəyini yaxşı anlayır" 
  • 11:00 – Silahlı Qüvvələrinin yaranmasından 99 il ötür 
  • 10:00 – İlham Əliyev Fransa Milli Assambleyasının keçmiş üzvü,Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
  • 09:54 – Xalq artisti vəfat etdi 
  • 23:14 – XIX yüzildə Azərbaycanda ədəbiyyata axın, diqqət artdığından ədəbi məclislərin də sayı getdikcə çoxalmağa başlamışdır. 
  • 21:30 – Bakıda daha bir həkim səhlənkarlığı 
  • 21:06 – Dahi və dəli rəssam 

Tanınmış aşıq haqq dünyasına qovuşdu

Tanınmış aşıq haqq dünyasına qovuşdu Tanınmış aşıq haqq dünyasına qovuşdu Tanınmış aşıq haqq dünyasına qovuşdu
Bu gün tanınmış aşıq,Məhəmməd Sadaxlı haqq dünyasına qovuşdu.Bu barədə yazıçı-publisit Güllü Eldar Tomarlı analoq.az-a məlumat verib.Qeyd edək ki,Məhəmməd Sadaxlı 1930-cu ildə Gürcüstan Respublikasının Sadaxlı kəndində (Mollaoğlu) anadan olub.

Sazın sirrlərini ustadı aşıq Xındı Məmməddən öyrənən Məhəmməd Sadaxlı daha sonra Hüseyn Saraclıdan dərs alıb.

Məhəmməd Sadaxlı,Əhməd Sadaxlı və digər ustad aşıqlarla Borçalıda və digər bölgələrimizdə məclislərdə iştirak edib.

Saysız-hesabsız məclislərin yaraşığı olan ustad aşıq,Mehman,Əşrəf,Eldar və onlarla şəyirdin ustadı olub.

Aşıq Məhəmməd Sadaxlı ifaçı aşıq olmaqla yanaşı həm də yaradıcı aşıq idi.4 kitab müəllifi olan aşıq Gürcüstan Respublikasının keçmiş prezidenti Şevarnadzenin sərəncamıyla ölkənin " Şərəf " ordeninə də layiq görülmüşdü.

"Azərbaycantelefilm" tərəfindən 2003-cü ildə ssenari müəllifi Tahir Talıblı və rejissor Miri Rzayev tərəfindən aşıq Məhəmməd Sadaxlı haqqında film də çəkilib.

Analoq.az adından saz-söz həvəskarlarına,aşığın ailəsinə və dostlarına dərin hüznlə baş sağlığı veririk.

Allah rəhmət eləsin.
Alı Eldaroğlu
analoq.az


скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV