Aşıq Məhəmmədlə son görüş... » Bizim analoqumuz yoxdur!
 
  • 19:00 – Nazir Hətəmov şəhid Pəncəli Teymurovu ziyarət etdi 
  • 12:00 – Dövləti içindən dağıdan gizli dövlət 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 

Aşıq Məhəmmədlə son görüş...

Aşıq Məhəmmədlə son görüş... Aşıq Məhəmmədlə son görüş... Aşıq Məhəmmədlə son görüş...

Güllü Eldar Tomarlı yazır...

... Yenicə getmişdim aşıq Məhəmməd Sadaxlının ziyarətinə. Yenicə görüşmüşdüm bu böyük ustadla öz ocağında. Öz taxtında- xəstə yatağında bu nurani- pirani ozan dədəmizin nəzilib saz siminə dönən barmaqları arasında təzanənin titrəyişini yenicə görmüşdüm. Yüzlərlə divanisi,qoşma- gəraylı, müxəmməs yazan, 4 şeir kitabı, özünün yaratmış olduğu 11- dastan ustadı olan bu qocaman el sənətkarı son günlərini yaşayırdı. Onun ziyarətinə bəlkə də mən getməzdim, gedə bilməzdim. Amma məni aparan aparırıdı. Elə bil Allahdan bir əl əlimdən tutub mənə “ gəl “ deyirdi. Ustad səni gözləyir deyirdi. Gecikmə deyirdi. Elə bil aşığın görüşünə yox, o çağırışın işığına doğru qanad açıb uçmağım gəlirdi. Bütün bunlar nəydi bilmirəm.

Axı, mən onunla çox öncələrdən yox, lap yaxın zamanlarda görüşmüş, ondan müsahibə götürmüş və ona şeir də yazmışdım. Doğrusu, ustad da mənə tərif dolusu bir sığallı şeir həsr eləmişdi. Amma həmin şeirin, bir- iki yeri silkələmişdi məni və yaman da kövrəltmişdi.

 

Dövranın əlindən gəlmişəm cana,

Günbəgün dəyişir dövrü- zamana,

Öz balamsan, düşmə qeyri gümana,

Sən elə əladan əlasan, Güllü.

 

Gen günümdə dost olanlar hardadı,

Çoxlarını çaşdırıbdı var dadı.

Tanrı sənə göstərməsin dar dadı.

Dərin dəryalar tək doasan, Güllü.

 

Əslində, bu bir hıçqırtıydı, bir iniltili, hüznlü çağırışıydı. Bir vaxtlar məclislər yaraşığı olan şümşad boylu aşıq Məhəmməd sınıxıb yumağa dönmüşdü. Zaman çoxlarını yorub yola saldığını kim bilmir. Aşıq Məhəmməd də milyonlardan biri.

Onun haqqında yazdığım yazı o qədər böyük də olmasa çox uğurlu alınmışdı. Qəzetlər çap eləmiş, internet səhifələrində paylanılmış, yüzərlə insan bəyənmişdi.

Amma bu çağırış son çağırışıydı, son ismarıcıydı. Bəlkə də ustad bu məqamında çoxları ilə görüşmək, halallaşmaq istəyirmiş. Amma çox heyif.

Yola düşdüm. Lap nağıllarda olduğu kimi, az getdim.üz getdim, dərə- təpə düz getdim. Nəhayət, çatdım  aşıq Məhəmmədin ocağına.

Məni görən kimi elə bil üstünə gün doğdu. Bəlkə də son saatlarını yaşayan aşıq Məhəmmədə elə bil Allahdan güc gəldi. “ Xoş gəldin “ elədi. Necə deyərlər, bir gülünnən min bir gül oldu. Söhbət elədi. Məni ustadın ziyarətinə aparan gənc Borçalı aşığı Əfqanla bərabər saz çaldı, şeir söylədi və dünya haqda bir ağız oxudu da.

Yerimdə donub qalmışdım. Ilahidən gələn son işıq elə bil üzünə düşmüş, üzü nurlanmışdı. Bu arada mənə ona üz tutub  bədahətən dedim:

 

Tanrı sənə ömür versin yüz illər,

Hər zaman sazını çal, ay ustadım.

Sənnən dərs alacaq çox- çox nəsilər.

Əbədi beləcə qal, ay ustadım.

 

Mənə tərəf baxdı və dedi ki, elə demə, belə de.

 

Qocalırsan, insanlar yük olma, 

Daha gedərgisən öl, ay Məhəmməd.

 

Çox mütəəssir etdi bu misralar məni.

Sonra Səadət Butadan danışdı. Onu da istədiyini söylədi. Dedim sözləşmişik bərabər  yenə gələcəyik.Səadət Butanın aşıq Hüseyn Saraclı ilə deyişməsini söylədi. Özünün Səadət Butaya yazdığı şeiri əzbərdən dedi. Sonra mənə dedi ki, mən sənə 7- bənd şeir yazdım, səninki 5 – bənddi. Çalış sən də 7 – bənd elə. Baş üstə, dedim. Sonra Əfqana yeni bir hava öyrətmək istədi-“ gövhəri havası “, oturdu çarpayıda başladı çalmağa, dedi çox köhnə havadı gələrsən öyrədərəm dedi. Beləcə deyə- gülə müqəddəs bir gün yaşadıq.

Başına pərvanə kimi dolanan ömür- gün yoldaşı Zəkiyyə anam da bir gülünnən min gül olmuşdu. Ay bala , səni gətirən Allaha qurban olum,nə yaxşı gəldin. Bu kişi özünə gəldi, neşə günüydü eləcə nəfəsi gedib gəlirdi.

Osman Əhmədoğlu, Mahmud Kamaloğlu, Fazil Şəmistanoğlu və çoxlarının adını çəkdi ki, onlar da zəng edib yanıma gələcəklər.

Son anında da ustad şux zarafatından qalmadı. Bizə süfrə açdırdı. Və biz ayrılarkən kövrəldi, əl yellədi. Mən də ağladım. Göz görə- görə əriyib gedirdi ustad. Elə də ayrıldıq. Aşıq Əfqana çaldığı hər aşığın bilmədiyi o havanı amanatdadı.

Bir gün sonra professor Mahmud Kamaloğlu zəng elədi: - Güllü xanım, sonuncu ustadımız aşıq Məhəmməd Sadaxlı dünyasını dəyişdi.

... Həmin günün sabahı yönüm bir də düşdü Mollaoğlu kəndinə.

Bu dəfə göz yaşları içərisində ustadla vidalaşmağa, onu son mənzilə yola salmağa gedirdim.



Aşıq Məhəmmədlə son görüş...

Aşıq Məhəmmədlə son görüş...

Aşıq Məhəmmədlə son görüş...

Aşıq Məhəmmədlə son görüş...



Aşıq Məhəmmədlə son görüş...



Aşıq Məhəmmədlə son görüş...

Aşıq Məhəmmədlə son görüş...

Aşıq Məhəmmədlə son görüş...



`скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV