Bizi izləməyi unutmayın

#Mədəniyyət / #Ədəbiyyat

Tural Adışirin:"Sevgidən danışdı söhbət arası"

30-03-2016, 18:55 | 2 1962 dəfə baxılıb.

Tural Adışirin:"Sevgidən danışdı söhbət arası"

Tural Adışirin 1990-cı il Şəki rayonunun Oxud kəndində anadan olub. Şeirləri Dünya Gənc Türk Yazarlar Birliyinin "Bölgələrdən səslər" toplusunda, "Ədəbiyyat qəzeti"ndə,”525”də,”Kaspi” qəzetində ,"Ulduz" jurnalında dərc edilib. AYB-nin nəzdində fəaliyyət göstərən "Gənc ədiblər məktəbi II"nin müdavimidir.

**************

Səpdim qədəminə bütün varımı,
Bilmədim ömrümün çıxar qənimi.
Girib ürəyimə duyğularımı,
O çalıb apardı bir oğru kimi,

Özümü nə qədər danlayıram ki,
Vermə alovunu onun qarına.
Qartal vüqarını,zirvə eşqini,
Atma bir də onun ayaqlarına.

Özümü nə qədər danlayıram ki,
Qəfil qarşılaşsan çevir üzünü.
O,ala gözlərin dərinliyində,
İtirmə özünü-qoru özünü.

Özümü nə qədər danlasam yenə,
Əlimdən tutmayır bu səyim mənim,
Ah sənə nə deyim,axı nə deyim,
Ürəyim,ürəyim,ürəyim mənim.


**************

Torpaqdan pay olmaz,olmaz demişlər,
Görürsən hərəsi bir tindən çıxır.
Deyəsən dirilib qara keşişlər,
Kərəmin heyfini vətəndən çıxır.

Özüm doğma ikən bəs niyə yadam,
Xalq üçün ölümə gedən ağlamır.
Barmaq kəsiləndə qışqırır adam,
Hər gündə bölünür vətən ağlamır.

Eh mənim dünyadan nə xəbərim var,
Qardaş əl eləyir gəl bizə sarı.
Doğulan günümdən bir səfərim var,
Gedəm,qismət ola Təbrizə sarı.

Nə gün qazanmışıq biz özümçün,
Ayrı yaşayırıq indi bu gündə.
İkiyə bölünmüş vətənimizçün,
Kimlər cavabdehdi qanun önündə.

Dərdimdi ağlayan Araz səsində,
Mən o nəğmələri dinlərəm az-çox.
Bəs niyə cinayət məcəlləsində,
Xalqı bölənlərə sorğu-sual yox.

**************

Tökülər araya giley qar kimi,
Hava soyumamış soyudar bizi.
Aralı düşərik ulduzlar kimi,
Qoymaz görünməyə boran,qar bizi.

Mən qarı,çovğunu başında gəzən,
Yağışlı,yağmurlu soyuq bir qışam.
Ayaza,borana,tufana dözən,
Gileydə əriyən bir adammışam.

Biz niyə küsmüşük bir sözə görə,
Söz olar araya giley girəndə.
Küsənlər barışır bax bizə görə,
Sən isə qaçırsan məni görəndə.

Demə ki aramız olubdur sərin,
Torpaq buza dönər qar qarlayanda.
Barışmaq həvəsi küsülülərin,
Başlayar ağaclar puçurlayanda

**************

Bizim görüşümüz uzaqdan-uzaq,
Bizim görüşümüz qarlı bir sazaq.
Ya səni,ya məni soyudacaqdır,
Sonra öz qütbünə qayıdacaqdır.
Arzumuz başqadır,yolumuz başqa,
Bəs harda,haçandan tanışmışıq biz.
Yoxsa, o günlərə qayıtmaq üçün
İndi görüşlərdən yapışmışıq biz.
Gör neçə sakitik yay suları tək,
Qaynar qəlbimizdə susur hay-haray.
Kövrək bir ürəyin arzuları tək,
Keçir gözümüzdən görüşlər lay-lay.
Bizim görüşümüz payız sükutlu,
Hansı günlərəsə hələ ümidli.
Yanırıq yanğımız qalır ürəkdə,
Alova dönürük,közə dönürük,
Ayrılıq çağında vüsal deməkdən
Görüş çağlarında buza dönürük.
Bizli də,bizsiz də ötdükcə zaman,
Məhəbbət yolunda lap çaşırıq ki…
Hər görüş bir az da yaxın olmaqdan,
Hər görüş bir az da yadlaşırıq ki…
Bəlkə nəzərlərdən yayınaq daha,
Bəlkə heç düşməyə duyuq görüşlər.
Gedək xatirəylə qızınaq daha,
Bizi isitməyir soyuq görüşlər.

**************

Bu eşqin oduna çox da yanmayaq,
Bir dağ mənsiz qalar,bir lalə sənsiz.
Gəl yarı mənzildə çox dayanmayaq,
Bulaq mənsiz qalar,şəlalə sənsiz.

Onda ki hüsnünə vurulmuşam mən,
O gündən çeşmə tək durulmuşam mən,
Cavab axtarmaqdan yorulmuşam mən,
Bir gizli,bir sirli suala sənsiz.

Bilmirəm dünyanın harasındayam,
Hicranla vüsalın arasındayam.
Bəzən gözlərinin qarasındayam,
Bəzən də dalaram xəyala sənsiz.

Fəsillər dolanıb, illər ötsə də,
Hər addım başında bir gül bitsə də,
Könlüm hər arzuya,kama yetsə də,
Mən yetən deyiləm kamala sənsiz.

**************

Məni sevirsənsə bir dəniz ol ki,
Sahili,səması çox geniş olsun.
Yalçın qayalarda elə iz ol ki,
Ora yad ayağı dəyməmiş olsun.

Məni sevirsənsə yağışa bənzə,
İslat yay günləri yaylaqda məni.
Gah təzə bahara,gah qışa bənzə,
Nə günəş yandırsın,nə şaxta məni.

Məni sevirsənsə bir çinar ol sən,
Saçların tökülsün sinəmə tel-tel.
Bağda təzə qönçə,dağda qar ol sən,
Səcdənə mən gəlim günəşdən əvvəl.

Məni sevirsənsə küləyə bənzə,
Dağıt üstümüzdən çəni,dumanı.
Sən mənim sinəmdə bir neyə bənzə,
Nəğməsi bürüsün düzü-dünyanı.

Məni sevirsənsə bir şimşək ol sən,
İşıqlat könlümü bir anlıq mənim.
Bu aysız,ulduzsuz göydə tək ol sən,
Almasın üstümü qaranlıq mənim.

Məni sevirsənsə bahar ol,ey gül,
Dan yeli,sübh şehi qoy mənim olsun.
Sinəndə döyünən o zərif könül,
Qoy mənim əbədi vətənim olsun.


**************

Baxdıqca üzünə könlüm şadlanır,
Gözəllik cəm olub üzündə sənin.
İsmətli,mehriban baxışların var,
Əks edir məhəbbət gözündə sənin.

Bir nazlı dilbərsən,xoş camallısan,
Gözəllər içində sən kamallısan,
Leyli sədaqətli,düz ilqarlısan,
Sədaqət səslənir sözündə sənin.

Baharın nübarı təzə çiçəksən,
Hüsnünlə gəncliyə sən də bəzəksən,
Vüsal sorağında yanan ürəksən,
Sevənlər dolanır izində sənin.

Sevənlər əhdinə olsa vəfadar,
Ürəkdən silinməz məhəbbət,ilqar,
İstəsən tapasan Kərəm kimi yar,
Əsli olmalısan özün də sənin.


**************

Doqqazın başında üz-üzə gəldik,
Dayandın,könülsüz halımı sordun.
Ay gözü gileyli,biz gözə gəldik,
Tikdiyin yuvanı özün uçurdun.

Bilmirəm doğmayıq,yoxsa yadıq biz?
Yaxın dur,qolunu boynuma aşır.
Kül altda közərən qoşa oduq biz,
Həyatdır,od sönür,doğma yadlaşır.

Burda ayrılmışdıq,burda görüşdük,
Heykələ dönmüşəm,tutulub dilim.
Sevda köhlənindən biz burda düşdük,
Haçan görüşərik birdə nə bilim.


**************

Bu necə məhəbbət,necə sevgidi,
İllər arxasından boylandı gəldi.
Şirin bir yuxunun dərinliyindən,
Canlı xatirə tək oyandı gəldi.

Qara qız deyərdim tələbəlikdə,
Gözümdə nur idi,ürəyimdə bar.
Sirli bir dünyadır tələbəlik də,
Hər anı,hər günü bahardır,bahar.

Yatmadı qəlbinə söhbətim,sözüm,
Güldü istəyimin böyüklüyünə.
Ona şeir yazdım mən düzüm-düzüm,
Bir yol məhəbbətlə baxmadı mənə.

Keçdi saymazyana,keçdi yanımdan,
Sinəmə dağ çəkdi eşqi,ədası.
Bu məcnun sevgimi hiss edən dekan,
Sevgidən danışdı söhbət arası.

Anladım bizədir hər işarəsi,
Ancaq nə ad çəkdi,nə ünvan dedi.
O müdrik insanın qayğılı səsi,
Hələ qulağımda,ürəyimdədir.

Bilmədim xəyaldı,yoxsa həqiqət,
Şəhərdə rastlaşdım o qara qızla.
Bürüdü qəlbimi bir acı heyrət,
Mənə gülümsədi yenə o nazla.

O qaynar baxışlar,sözlü baxışlar,
Gözümə bir azca solğun göründü.
Bəli “hər aşiqin öz dövranı var”,
Bahar libasında çalış görün di.

Gedirdi yanında körpə balası,
Mənimlə üz-üzə gəldi qəflətən.
Bir canım yox idi daha alası,
Tələbə dost kimi salamladım mən.

Bu necə məhəbbət,necə sevgidi,
İllər arxasından boylandı getdi.
Şirin bir yuxunun dərinliyindən,
Canlı xatirə tək oyandı getdi.


**************

Nə dünya sənindi,nə dünyan-mənəm,
Nə də sən mənimçün dünyadan baha.
Ìnana bilmirəm yuxuna gələm,
Məni yuxunda da gözləmə daha.

Bu çətin sınaqlar mənimi yordu?
Sənmi gözlərimdən düşmüsən qaçaq.
Bilmirəm, qəlbimdə sönən bu odu,
Bilmirəm, təzədən kim qalayacaq.

Nə olsun oxumuz toxundu daşa,
Tale öz verdiyi qisməti aldı.
Deyirəm bir az da gəl mənsiz yaşa,
Demirəm səninki Allaha qaldı.

Bu dünya yaxşını yamandan seçər,
Hər qəmi bir şıltaq sevinc izləyir.
Bir oğlan səninçün başından keçər,
Məni də hardasa bir qız gözləyir…скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ədəbiyyat

Zaur Sahil:"Mən xeyir deyilən şərə düşmüşəm"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının