QARABAĞIMIZ



QARABAĞIMIZ

Anar Hüseynli yazır

Azərbaycanın demokratikləşməsi , insan hüquq və azadlıqlarının təmin edilməsi , Kreml Bakının Qərblə yaxınlaşmasına atəşkəsin pozulması ilə cavab verir. Rusiya dəfələrlə göstərib ki, istədiyi halda heç bir müqaviləyə əsaslanmadan öz hərbi qüvvələrindən istifadə edə bilər.
Beynəlxalq aləmdə vəziyyətimiz xeyli yaxşılaşıb. Yenidən siyasi məhbuslara, insan haqlarına və s nəzər etsək, bir daha beynəlxalq aləmdə nüfuzum artar və dostların sayı çoxalar. Biz bu təxribatı fürsətə çevirməliyik.

Müharibə deyəndə cəmiyyətimizdə əksərən müharibənin bir hissəsi olan silahlı mübarizə başa düşülür. Bu bəsit və yanlış təsəvvürdür. Peşəkar nöqteyi-nəzərdən müharibə biribiri ilə sıx bağlılıqda olan siyasi, iqtisadi, təbliğati və silahlı mübarizə növlərindən ibarət, öz daxili səbəb-nəticə əlaqəsi, amansız məntiqi və qanunları olan mürəkkəb hərbi- siyasi hadisədir

İŞĞAL OLUNMUŞ RAYONLAR

Ağdam – 1993-cü il iyul ayının 23-dən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində,Kür-Araz ovalığının qərbindədir.

Cəbrayıl – 1993 cü ilin avqust ayında Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. İqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutur.

Füzuli – 1993-cü ildən ərazinin bir hissəi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, Horadiz şəhər tipli qəsəbəsi, Böyük Bəhmənli və Horadiz kəndləridir

Kəlbəcər – 1993 –cü ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Səthi dağlıqdır, Murovdağ, Şahdağ, Şərqi Sevan, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ yaylasının bir hissəsini təşkil edir. Ən yüksək zirvələri hündürlüyü 3724 m olan Gamış dağları və 3616 m olan Dəlidağdır.

Qubadlı – 1993 cü il avqust ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qubadlı rayonu 1933-cü ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur.

Laçın – 1992 ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bu rayon qərbdən Ermənistan ilə həmsərhəddir. Təbiət. Səthi dağlıqdır. Rayonun şərqində Qarabağ yamacları, şimalında Mıxtökən silsiləsi yerləşir. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur

Şuşa – 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Xankəndi (Stepanakert) rayonuna (1978-ci ildən Əsgəran rayonu) verilmiş, 1965-ci ildə yenidən müstəqil r-n olmuşdur.

Zəngilan -1993 cü ilin oktaybr ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayonun ərazisində Bakı-Yerevan dəmir yolu (Mincivan-Qafan qolu ayrılır), İmişli-Laçın magistral şose yolu keçir.

Xocavənd – 1992- ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə – tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Fluconazole By Mail Viagra Kostenlos Testen Cheaper Rx4u viagra prescription Cialis Generique Est