• 15:00 – Əbülfət İslamı xatırlayarkən 
  • 19:00 – Şair qəlbindən süzülən büllur kimi misralar 
  • 17:30 – Qarabağla bağlı Rusiya planının gerçəkləşməsi Sərkisyanın öz kreslosunda möhkəmlənməsindən sonra işə düşə bilər 
  • 16:00 – Ərindən qisas almaq üçün görün nə etdi... 
  • 14:30 – Əgər bunları etsəniz səhhətiniz üçün daha faydalıdır 
  • 12:30 – Türkiyə hərbi əməliyyatlara başlaya bilər 
  • 11:00 – İlham Əliyev sərəncam imzalayıb 
  • 10:00 – Gürcüstan höküməti Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq etdi 

Müqəddəs Marçellinio və Pietro katakombaları multikulturalizm üfüqündə

Müqəddəs Marçellinio və Pietro katakombaları multikulturalizm üfüqündə Müqəddəs Marçellinio və Pietro katakombaları multikulturalizm üfüqündə Müqəddəs Marçellinio və Pietro katakombaları multikulturalizm üfüqündə
Elgün RÜFƏTLİ,
Latviya Respublikası Lusofona Universitetinin beynəlxalq əlaqələr fakültəsinin II kurs tələbəsi

Heydər Əliyev Fondunun töhfələri multikultural dünyada yüksək dəyərləndirilir

Multikultural ölkəmizin zaman-zaman dünyada üfüq kimi işıqlanan tarixi sədaları sanki qoca Avropanın miqrant problemli tolerantlıq dəyərləri ilə sınağa çəkilərək taleyüklü ağır əsrin çətinlikləri ilə üz-üzədir. Avropada təhsil alan tələbələr bu prosesləri daha yaxından izləyib, müzakirə edib, münasibətimizi bildiririk.
Məlum olduğu kimi, Avropada bəzi dövlətlərin köməyi ilə ərəb dünyasına tətbiq olunan süni sosial inqilablar, zorakılıq, qəddarlığın nəticəsi olaraq çəhrayı çevrilişlər müsəlman ölkələrində həyat təhlükəsi yaratdılar. Ümumiyyətlə, ancaq öz tarixi ənənlərinə, dəyərlərinə söykənərək dövlətlər, cəmiyyətlər, xalaqların yaşaya bilməsi və tərəqqisi faktı danılmazdır.

Ümumilli liderimiz Heydər Əliyev mədəniyyətlərin, dillərin, dinlərin dialoquna sabaha bir körpü, gələcəyin açarı kimi ölkəmizdə düzgün istiqamət verdi. Azərbaycan Prezidenti İlham Əliyev isə 2015-ci ili “Multikulturalizm ili” elan etməklə həmin humanitar siyasətin alternativi olmadığınıtəsdiqləmiş oldu.

Bu günlərdə Portuqaliyanın məşhur “Dnoticias.pt” portalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Lissabon nümayəndəliyinin rəhbəri, Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, professor Terasa Damasionun təmsil etdiyi ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin müdavimlər tərəfindən çox maraqla qarşılandığını qeyd etmişdir.

Xalqımızın tarixən formalaşmış multikultural ənənələrini inkişaf etdirən hazırkı hakimiyyət ölkənin azyaşlı xalqlarının mədəniyyətini, dilini, adət-ənənlərini qoruyub saxlamaqla işıqlı yolu düzgün istiqamətləndirir. Azərbaycan multikulturalizmini dünyaya çatdıran Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın fəaliyyəti dünya azərbaycanlıları tərəfindəndən də rəğbətlə qarşılanmaqdadır.

Qədim tarixi və memarlıq baxımından xüsusi yeri olan Vatikandaki müqəddəs Marçellinio və Pietro katakombaları ən qədim xristian abidələri sırasındadır. Əvvəllər Romada müqəddəs Sebastian kilsəsinin altında yerləşən dəfn qalereyalarına katakombalar deyilirdi. İlkin xristianlıq dövründə ən məşhur katakombalar Italyada olub. Tarixi mənbələrə əsasən katakombalar II-IV əsrlərdə xristianlar tərəfindən dini ayinlərin icrası və dəfn mərasimləri üçün istifadə olunub. Məlumata görə, Romadaki katakombalar çox qədim şəbəkəyə malik olub, uzunlugu 150-170 kilometr təşkil edir. Burada 750 minə yaxın insan dəfn olunub.

İnsanların burada cəmiyyətdəki mənsubiyyəti, vəzifəsi və s. mövqeyinə görə dəfn olunurdular. Roma katakombalarının ziyarətçilərinin sayı IX əsrdən azalmağa başlayıb.600 il onlar haqqında məlumat olmayıb. 1578-ci ildə (XVI əsr) qazıntı aparan fəhlələr təsadüfən üzərində yazı və şəkillər olan daş plitələrə rast gəlir. Bununla Roma katakombalarının mövcudluğu ictimaiyyətə yenidən məlum olur və tədqiqatçıların tədqiqat obyektinə çevrilir.

Müqəddəs Marçellinio və Pietro katakombalarının multikulturalizm yolunda dünya xristianların təşəkkür kölgəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən müqəddəs Marçellinio və Pietro katakombalarının açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bərpa ilə bağlı təqdimat mərasimində iştirak edərək demişdir: “Asiya və Avropa arasında yerləşən ölkəmizin mədəni müxtəlifliyinə bu coğrafi yerləşmə öz təsirini göstərib. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin etnik qrupların nümayəndələri sülh, qardaşlıq və hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində qorunub saxlanılıb. Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı ölkədir və yenə də tolerantlıq və dözümlülük ideyaları cəmiyyətdə çox güclüdür. Ölkəmizdə heç vaxt dini zəmində qarşıdurma olmayıb və olmayacaqdır”.

Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kordinal Sanfranko Ravazi Müqəddəs Marçellinio və Pietro katakombalarının məhv olmaq təhlükəsi ilə üzləşərkən onların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət etdiyini, lakin müsbət cavab almadığını, qeyd edərək, “Yalnız Heydər Əliyev Fondunun bu çağırışına cavab verdi”,-demişdi. O da bildirilir ki, Roma katakombalarının bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilir.

İtalya mətbuatı və ictimaiyyəti tərəfindən Fondun bu addımı mədəniyyətlərarası, dinlərarası dialoqun inkişafına ən önəmli töhfələrdən biri kimi qiymətləndirilir. Ona görə də xüsusən Avropada yaşayan soydaşlarımız, tələbə-gənclərimizin bu günlərdə keçirdiyi ali hisslər sözə gəlməz. Çünki İtalyanın və Vatikanın aparıcı KİV-ləri bu hadisəni möhtəşəmliklə işiqlandırmışlar. “Avvenire” və “Nes.va” qəzitinin sayitlarında,”Roma Sette” informasiya portalında yerləşdirilmiş yazıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan statlar gətirilib: “Bizim ən böyük dəyərimiz ölkəmiz və müxtəlif dinlərin bir arada mövcudluğudur”. Bu sıraya İtaliyanın “La Republica” qəzetinin saytında yer alan geniş məqalə də əlavə edilə bilər. Vatikanda dini xəbərlərin yer aldığı ən nüfuzlu qəzetlərdən olan “LˊOsservatore Romano”da kardinal Ravazinin bu möhtəşəm tarixi hadisəyə müsbət münasibət bildirən məxsusi yazısı yer alıb.

“Roma Sette” informasiya portalında, katolik xəbər agentliyi kimi tanınan “ACİ stampa” media qrumunun saytında xristian mədəniyyətinə verilən bu tarixi olay ətraflı işıqlandırılıb. Avropada yaşayan biz tələbə-gənclər böyük qürurla izlədiyimiz “Vatikan radiosu”nun rus dilli saytında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Vatikana səfərinə həsr edilmiş məqaləsi və Vatikan radiosuna müsahibəsi də yer alıb.
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV