Nazir açıqlama verib ; İrandan növbəti turist axını gözlənilir



Nazir açıqlama verib ; İrandan növbəti turist axını gözlənilir
Bax bu sərgidə (AİTF-2016 - red.) indicə təqdim olunan layihələrdə, deməli, uşaqlar üçün 10 günlük səyahəti 3 dəfə yemək də daxil olmaqla, 250 manata əldə etmək mümkündür. Yaxud gündə 15 manata, səhər yeməyi də daxil olmaqla Masallıda istirahət etmək mümkündür.

Mənə elə gəlir ki, belə qiymətlər artıq Azərbaycanda böyük bir rəqabətin nəticəsi kimi mümkün olub, çünki otellərin sayı çoxalıb. Bizim hazırda 570 yerləşdirmə yerimiz var. Mən hesab edirəm ki, bu rəqəm yetərli deyil, çünki turist axını çoxalır.

Analoq.azOxu.Az -a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

“Biz müşahidə etdik ki, artıq son illər Azərbaycana gələn turistlərin böyük bir qismi, eləcə də Azərbaycanın paytaxt sakinləri kəndlərə gedərək evlərdə istirahət edirlər, ona görə bizim indi xüsusi proqramımız var.

Biz o xidmətləri göstərən ev sahiblərinə xüsusi bir dərs keçirik. İstər-istəməz bu keyfiyyətləri təhlükəsiz və səviyyəli hala gətirəcək. Hesab edirik ki, bu olduqca təqdirəlayiqdir”.

Ə.Qarayev vurğulayıb ki, Azərbaycan bu il daha çox Körfəz ölkələrindən, Rusiyadan, İrandan turist qəbul edəcək:

“Biz bu il daha çox turistləri Rusiya, İran və Körfəz ölkələrindən gözləyirik”.

Nazir qeyd edib ki, hazırda Körfəz ölkələrinə birbaşa reyslərin açılması ilə bağlı AZAL ilə birgə müzakirələr gedir:

“Bildiyiniz kimi, 2 gün öncə Azərbaycan nümayəndə heyəti Körfəz ölkələrinin ikisində olub. Bu Qətər və Küveyt idi.

Bütün mətbu orqanlar, bütün TV-lər Azərbaycanın böyük turizm potensialı haqda söhbət açıb. Bu gün elə AZAL-ın nümayəndələri ilə bu məsələni müzakirə etdik. Artıq birbaşa uçuşların da açılışı haqqında məsələlər gedir. Ona görə də biz Körfəz ölkələrindən turistlərin axınının çoxalmasını gözləyirik”.

Nazir həmçinin qeyd edib ki, Avropa ölkələrindən də Azərbaycana gələn turistlərin sayı artır, bu isə ölkələrə görə dəyişərək təxminən 15-20% təşkil edir:

“Amma son rəqəmlər onu göstərir ki, davamlı olaraq Azərbaycanın yeni təqdim olunan bazarlar sırasında Avropa da öz yerini tutub. Hər il Avropa ölkələrindən gələn insanların sayı çoxalmaqdadır. Artım bəzi Avropa ölkələri üzrə 15 -20% civarındadır”.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi