Aparıcı danışdı



Aparıcı danışdı
Space TV-də yayımlanan "Sevimli mahnı" verilişinin aparıcısı Mikayıl Güləddinoğlu verilişdə ritmik mahnı səsləndirdiyinə görə tənqid olunub. M.Güləddinoğlu BiG.AZ-ın vasitəsilə onu qınayanlara üzünü tutub.BiG.AZ-a açıqlama verən M.Güləddinoğlu bildirib ki, ritmik də olsa verilişdə Qarabağa aid mahnılar səsləndirilib:"Dünən Space TV- də “Sevimli mahnı” proqramının efirə getməsinə səbəb Azərbaycanın işğal olunmuş rayonlarının sakinlərinin çoxsaylı zəngləri və çoxsaylı xahişləri oldu. Belə ki, həmin insanlar müraciət edərək öz doğma torpaqlarında eşitdikləri musiqiləri, vətənpərvərlik ruhunda olan mahnıları eşitmək istəyirdilər. “Sevimli mahnı”nın yaradıcı heyəti də verilişin məzmununu dəyişərək, musiqi-əyləncəli xarakterindən çıxaraq patriotik, dədə-baba mahnılarında ibarət proqram hazırladı. Verilişdə də göründü ki, orada yalnız vətənpərvərlik mahnıları ifa olundu. Özü də yuxarıda qeyd etiyimiz insanların, yəni Qarabağ bölgəsindən olan tamaşaçıların istəyi ilə... Və həmin bölgələrdən olan müğənnilərin ifasında...”скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi