Yeganə:"Bir layla altında uyutmaq olmur"



Yeganə:"Bir layla altında uyutmaq olmur"


SƏNDƏN AYRILMAĞA
NƏ VARIYDI Kİ..?


Səndən ayrılmağa nə varıydı ki..?
Bircə həsrətini ovutmaq olmur.
Od tutub qaralmış xatirələri
Bir layla altında uyutmaq olmur.

Elə hey söhbətin gedir yanımda,
Adını çəkirlər elə hər yandan.
Şübhə yaratmamaq üçün özüm də
Danışıb-gülürəm hələ yalandan...

Hər yeni nəğmənin sədası ilə
Təzədən qəlbimə axıb gedirsən.
Bəzən rastlaşanda dönüb üzümə
Tanımırmış kimi baxıb gedirsən.

Bu qədər çəkilməz həsrət içində
Qəlbimdən çıxarım mən Səni necə..?
Bəs etmirmiş kimi xatirələrin,
Yuxuma gəlirsən elə hər gecə.

Başımı götürüb Sənin əlindən
Bu şəhərdən hara itməliyəm mən..?
Üstəlik qaldığın evin önündən
Hər gün keçib dərsə getməliyəm mən...

************

ƏLİMDƏN GƏLSƏ...

Mənə nə olursa yerində olur,
Kor olaydım Səni gördüyüm yerdə.
Səni mənə urcah edən taleyi
Belə görüm düşsün olmazın dərdə.

Qara gəlmiş sevgim tənəyə dönüb,
Hər yandan başıma yağır eləcə.
Dilqanmaz xəyallar tutub yaxamdan
Canımı boğaza yığır eləcə.

Mənə nə olursa yerində olur,
Özüm şadlığımı qəmə dəyişdim.
Hələ mən ağılsız, mən arsız bəndə,
Gör kimi götürüb kimə dəyişdim...

Nə bilim, bəlkə də belə yaxşıdır,
Bəzən sevinc özü möhnətdən gəlir.
Əsəbi-əsəbi ağlamağım da,
Məhəbbətdən deyil, nifrətdən gəlir.

Belə yanmazıydım bu ayrılığa,
Lap elə ən ağır ölümdən gəlsə.
Eh...nə isə...bircə onu bilirəm -
Səni yada salan xatirələrin
Qanını içərəm əlimdən gəlsə...скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi