BELƏ QOCALASAN, QOCALANDA DA!..



BELƏ QOCALASAN, QOCALANDA DA!..Bu gün onun 75 yaşı tamam olur. Gözəl yaşdır, deyilmi?! Elə özü də bir gəzəri "gözəl kişi" abidəsidir ki var.Saç-saqqalı ağappaq, üz-gözü nur içində! Çöhrəsindən təbəssüm, baxışından səmimiyyət yağan müdrik bir insan. Dili bal içində sanki, sözünün-söhbətinin dadından doyulmaz.Heç kəsin yanından sakit ötüb keçməz-- mütləq hal-əhval tutar, zarafatından, atmacasından qalmaz. Bir sözlə, zahiri də gözəl, daxili də( Bu yerdə deyiblərmiş: " Belə qocalasan, qocalanda da!..)

Sərhəd müəllim (Sərhəd Rəhmət oğlu Qasımov) haqqında yazmaq elə də asan məsələ deyil. Birincisi, ona görə ki, özü bu məsələyə "qadağa qoyub". İkincisi, elə zəngin, elə maraqlı ömür yolu keçib ki, hardan başlayıb -harda qurtaracağnı bilmirsən...

Zarafat gəlməsin sizə, ötən əsrin 60-cı illərinin əvvəlindən öz taleyini AzTV-yə bağlayıb--əvvəlcə elektromexanik, sonra isə studiyadankənar işıq sexinin rəisi vəzifəsində çalışıb.1967-ci ildə Radio-Televiziya Mərkəzində ictimai əsaslarla Həmkarlar Təşkilatının sədri seçilib, işləyə-işləyə ali təhsil də alıb-- Moskva Ali Həmkarlar Hərəkatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirib.

1974-cü ildə Sərhəd Qasımov Dövlət Teleradio Verilişləri Şirkətinin Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik etməyə başlayıb və o vaxtdan fasiləsiz olaraq bu vəzifədə çalışır.

BELƏ QOCALASAN, QOCALANDA DA!..O, respublika Həmkarlar İttifaqı Rəyasət Heyətinin, Teleradiomuzun kollegiya üzvü olmaqla da fəal ictmai iş aparır.Yüksək təşkilatçılıq qabiliyyəti, nəcib insani keyfiyyətləri ilə seçilən Sərhəd müəllim hamımızın sevimlisidir: sevincimizi-kədərimizi, ilk növbədə, onunla bölüşməyə tələsirik. Xeyir-şər işlərimizdə yanımızdadır, göstərdiyi maddi və mənəvi dəstəyə görə ona çox minnətdarıq.

Sərhəd Qasımovun ictimai idarəetmə sahəsində fəal işi və zəngin təcrübəsi Teleradio rəhbərliyinin diqqət mərkəzindən kənarda qalmayıb, 2006-cı ildə ona "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib, 2008-ci ildə isə o,"Tərəqqi"medalı ilə təltif olunub.

Xeyixahlıqda, insanpərvərlikdə misli-bərabəri olmayan, necə deyərlər, heç bir sərhəd tanımayan bizim Sərhəd müəllim həm də xoşbəxt ailə başçısıdır: 4 övladı, 7 nəvəsi var. 43 illik ömür-gün yoldaşı Minarə xanımla olub -keçənləri yada sala-sala, acılı-şirinli xatirələri bölüşə-bölüşə, şair demiş, iki canda bir qəlb kimi yaşayırlar.

...Bu, olsa-olsa, böyük bir insan haqda kiçik bir təbrik yazısıdır. Teleradiomuzun hər bir əməkdaşının könlündə Sərhəd müəllimin ayrıca yeri var. İnşallah, 80 illik yubiley təntənəsində hər kəs ürəyini boşaltmağa fürsət tapar,yəqin. Hələliksə, bu əlamətdar gün münasibətilə müdrik həmkarımızı ürəkdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq ona...

Bir qrup əməkdaş


Analoq.az da Sərhəd müəllimi təbrik edir,ona can sağlığı,nəvə-nəticə toyu arzu edirik.
BELƏ QOCALASAN, QOCALANDA DA!..
BELƏ QOCALASAN, QOCALANDA DA!..скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi