Ceyhun Mirzəyev yad olundu



Ceyhun Mirzəyev yad olundu
Analoq.az Metbuat.az a istinadən xəbər verir ,bu gün C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının kollektivi görkəmli aktyor və rejissor Ceyhun Mirzəyevin xatirəsini yad edib, məzarı üzərinə əklil qoyub.
"Mətbuat.az" xəbər verir ki, "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi, Ceyhun Mirzəyevin sənət dostları onun xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, bu il Ceyhun Mirzəyevin 70 yaşı tamam olur. Mərhum sənətkar 1946-cı il aprelin 9-da Ağdam rayonunda anadan olub. Mərhum sənətkarın 48 illik ömrünün 35 ildən çoxu kino ilə bağlıdır. İlk rolu 11 yaşında “Görüş” filmində olub. On iki yaşında isə “Ögey ana”da İsmayıl roluna çəkilib. Ceyhun Mirzəyev kinostudiyada aktyor və rejissor kimi çalışıb, Rusiya, Qazaxıstan, Ukrayna və digər ölkələrin filmlərində rol alıb.
C.Mirzəyev “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub, bu kinojurnal üçün yüzdən artıq süjet çəkib.
Görkəmli kino ustasının son filmi “Fəryad” olub. O, erməni vəhşiliklərini əks etdirən bu filmin həm rejissoru olub, həm də həmin ekran əsərində aktyor kimi çəkilib. Lakin filmin premyerasını görmək ona qismət olmayıb.
Ceyhun Mirzəyev 1994-cü ildə qəflətən dünyasını dəyişib.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi