"Həyat yoldaşım hamiləliyim haqqinda danişmağa icazə vermir"



Analoq.az Metbuat.az a istinadən xəbər verir, Əməkdar artist Tünzalə Əliyeva “Hər şey daxil” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, aktrisa ailəsi uğrundə sənətini qurban verəcəyini bildirib:

“Mənim üçün birinci ailədir. İllərdir özümü sənətimə həsr etmişəm, əməyim və səhhətim gedib. Amma etibarlısı ailədir. Sabah mənə bir şey olsa, səhnəyə çıxa bilməsəm, ailəm yanımda olacaq. Onu da deyim ki, ailəm qarşımı kəsmir, sənətimi dəstəkləyir”.

T.Əliyeva hamilə olması xəbərlərinə də münasibət bildirib:

“Bu barədə danışmıram, elə bilirlər göz dəyməkdən qorxuram. Elə qadınlar var ki, illərdir ana olmur. Onların hissləri ilə oynaya bilmərəm. İkincisi mənə valideynlərim, qayınanam, qayınatam baxır, hamiləlikdən danışmaq eyibdir. Ən əsası isə həyat yoldaşım ana olmağımla bağlı danışmağıma icazə vermir”.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi