Ukraynanın erməni dilində ifa edəni qrupunun Bakı konserti ləğv edildi



Analoq.az Xeber.az a istinadən xəbər verir ki, məşhur qrupun 2 saatlıq şou ilə bütün tamaşaçıları coşduracağı vəd olunurdu.
Ukraynanın məşhur Potap və Nastya Kamenskix qrupunun ölkəmizdə aprelin 23-də gözlənilən konserti baş tutmayacaq. ANS TV-nin məlumatına görə, konsertin çox xüsusi olacağı və bu məşhur qrupun 2 saatlıq şou ilə bütün tamaşaçıları coşduracağı vəd olunurdu.
Sabah baş tutacaq konserti mediada ukraynalıların partlayışı adlandırdıqlarına görə biz də bu konsertdə nələrin baş verəcəyini öyrənmək istədik. Əslində bir neçə sual var ki, bizi maraqlandırırdı. Məsələn bildiyiniz kimi ukraynalı qrup səfər etdiyi ölkələrdə onların dilində mahnı ifa edirlər. Buna Potap və Nastya Komenskixin Ermənistana səfəri zamanı şahid olmuşuq. Onlar erməni dilində bir çox mahnılar ifa edib, həmin görüntüləri də YouTube video portalına yüklənib. Əgər qrup ölkəmizə səfər etsəydi onlardan öz dilimizdə mahnı eşitmək istəyərdik.
Son zamanlar Azərbaycan-Ermənistan cəbhə bölgəsində baş verən hadisələrdən sonra məşhur ukraynalı qrupun ölkəmizə hansı repertuarla gəlməsi kifayət qədər maraqlı məqamardan biridir.
Suallarımız bol olduğu üçün konsertin Bakıdakı təşkilatçıları ilə əlaqə saxladıq. Uzun müddət təşkilatçıya edilən zənglərə cavab verilmədikdən sonra konsertin keçiriləcəyi məkanla əlaqə saxladıq onlar da konsertin keçirilməyəcəyi xəbərini bizə verdilər. Hətda dəfələrlə biz təşkilatçıdan konsertin biletləri haqqında məlumat almaq istədik amma mümkün olmadı. Onlar bütün yazdıqlarımızı cavablandırmadılar. Bununla da məşhur qrup onlara sual vermədən bütün cavabları özləri verdi. Bakıya gəlməməklə.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi