Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet / #Yazarlar / #Maraqlı / #Ədəbiyyat

Aşıq Hüseyn Saraclı – 100

25-04-2016, 10:30 | 8802 dəfə baxılıb.

Osman Əhmədoğlu


Aşıq sənətimizin adıbəlli ozanı, Borçalı aşıq məktəbinin özünəməxsus ustadı Aşıq Hüseyn Saraclının dünyaya gəlişinin 100 ili tamam olur ki, bu da 2016-cı ilin yazına təsadüf edir. Hüseyn Saraclı adı çox şey deyir saz aləminə. Bir ustad kimi, bir Dədə Qorqud yadigarı kimi aşıqlıq aləminə çox dəyər gətirdi o. Yerişində, duruşunda, saz çalıb söz qoşmasında sanki bir qədimlik, bir ululuq, bir qüsursuz böyüklük var idı. Heykəl duruşu, şax yerişi, şahanə məclis aparması görənləri və eşidənləri ayrı bir aləmə aparardı.O, bir dastan aşığıydı. Onun söylədiyi dastanların şəhdi-şirəsi bu gün də öz dadını, tamını saxlayır. Onun dastan söyləmə məharəti alimləri, natiqləri belə, heyrətə gətirərdi. Rəhmətlik Bəxtiyar Vahabzadənin verdiyi dəyəri xatırlasaq bəsimizdi.

14 çıraq (şəyird) yetirən və onların hər birinin sənətdə əlini tükənməz çörəyə çatdıran Aşıq Hüseyn Saraclı dünyadan gedəndə də əli uzalı qalmadı.Gürcüstan ölkəsinin “Əməkdar mədəniyyət işçisi” fəxri adını alan yeganə ustaddır Hüseyn Saraclı. Azərbaycan radiosunda yayımlanan “Bulaq” verilişində dönə-dönə qonaq olan Aşıq Hüseynin çaldığı saz, oxuduğu söz və söylədiyi dastanlar, lətifələr, nağıllar milyonlarla dinləyicinin qəlbinə yol tapıb. Türkiyədən, İrandan, Orta Asiya ölkələrindən, Qazaxıstandan ona göndərilən məktublar, ismarıclar minlərlədir. Onun Azərbaycana, Ağbabaya, Göyçə mahalına səfərlərinin hər biri ayrıca dastan kimidi. Belə səfərlərdən birində də “Ələsgərin Gəncə səfəri” adlı dastanı ilk dəfə geniş tamaşaçıya televiziya vasitəsiylə o çatdırıb. Aşıq Hüseynin dönə-dönə getdiyi Qazaxıstan səfərləri də çox uğurlu olmuşdur. Orda Qafqazdan olan sürgündəkilərin yaşadığı yerlərin hamısını qarış-qarış gəzmiş, həsrətlilərə vətən havası, yurd ətri aparmışdı.

Qazax bölgəsinin Əskipara elindən Qazaxıstana sürgün olan Bimar adlı bir didərgin şairin səsini-sədasını ellərimizə, obalarımıza ən ağrılı bir ərməğan kimi gətirmişdi.
Aşıq Hüseyn Saraclının adı doğma Qars, Ərdahan, Çıldır, Ağrı, Ərzurum, Sivas, Amasya ellərində də dillər əzbəriydi. Böyük ustadlardan Şərəf Taşlı, Murad Çobanoğlu, Səbri Şimşəkoğlu, aşıq İslam Ərdənər, bu gün yaşayan ozanlardan Vəli Canani, Maksud Fəryadi, Günay Yıldız, İlqar Çifçioğlu, Yenər Yılmazoğlu, Əmrah Nəroğlu kimi hər aşığın sevə-sevə dəyər verdiyi ustadıydı Hüseyn Saraclı.

Hələ sınırların tikanlı məftillərlə çəpərləndiyi zamanlarda (1972-ci ildə) Qarsdan Borçalıya (Keşəliyə) doğma bacısını və hər kəsi ziyarətə gələn böyük ustad aşıq İslam Ərdənər Hüseyn Saraclıyla görüşə də xüsusi hazırlıqla gəlmişdi. “Qızıl daş” döş nişanını Türkiyədən gətirib öz əlləriylə bu aşığın döşünə taxmışdı. Və həmin hədiyyəni də ustad ömrünün sonuna qədər qürurla sinəsi üstündə gəzdirirdi ki, buna da onu görən hər kəs şahiddi.

Söz sərrafıydı, söhbət xiridarıydı aşıq Hüseyn Saraclı. Mən qürur duyuram ki, sənət sevdalısı, saz-söz vurğunu olan bu sətirlərin yazarı Osman Əhmədoğlu bu böyük sənətkarın canlı sözünün-söhbətinin şahidi olub. Və onu da deməliyəm ki, ustad ölüm ayağında məni ismarlamış, öz oğlu İsfəndiyarı göndərib məni apartdırmış və son vəsiyyətini də mənə eləmişdi.

Ölümündən düz 28 il keçir ustadın. Bu 28 ilin hər yazında (aprelin 2-ci cümə ertəsində) onun anım gününü keçirmək təşəbbüsü də Gürcüstan Aşıqlar Birliyinin və “Gürcüstan” qəzeti əməkdaşlarının üzərinə düşüb.

28 il! Bu az bir zaman deyil.

Hər il uzaq yolu yaxın eləyib, hər əzaba qatlaşmaq (hətta elə olub ki, yolumuzu kəsib, bizi tədbiri keçirmək üçün Saraclıya buraxmaq istəməyiblər ) onlarla, bəzən yüzlərlə insanı bir yerə toplamaq, ustadın qəbrini ziyarət eləmək, kənddə – heykəli önündə onun anım gününü keçirmək, evində qonaqları ağırlamaq heç kəsə asan gəlməsin (Kənardan baxanlara döyüş asan görünər). Amma biz bunca illərin zəhmətini çəkməklə özümüz də şərəflənmişik. Ustadın 80, 90 və 95 illik yubileylərini də layiqincə dəyərləndirmişik.
Azərbaycanda da mərhum xalq şairimiz AAB-nin sədri xalq şairi Zəlimxan Yaqubun təşkilatçılığı və rəhbərliyi altında bu ustadın 80 və 90 illik yubileyləri çox geniş qeyd olunmuşdu və üstəgəl, bu böyük şairin “Aşıq Hüseyn Saraclı dastanı” adlı çox dəyərli bir böyük əsəri çap olan gündən əl-əl gəzdi və dillərdə dastan oldu.
Yuxarıda qeyd elədiyim kimi, bu ilin yazında bu adıbəlli və dünyaca ünlü ozanımızın dünyaya gəlişinin 100 ili tamam olur. Və biz də ölümündən bu günə qədər yaşatdığımız bir ənənəni həm yaşatmaq, həm də 100 illik bir bayram havasını yaşamaq istəyirik. Üstəlik, Gürcüstan AB-nin xətti ilə onu tanıyanların, sevənlərin bəzilərinin qələmindən çıxan bu xatirə kitabını da ustadın 100 yaşına ərməğan edirik.

Aşıq Hüseyn Saraclının ifasında itib-batmaqda olan neçə-neçə xalq dastanlarının səsini-sədasını eşitmişik. Və belə bir ustadla bağlı hələ neçə-neçə kitablar çap olunacaq, xatirələr və daha böyük əsərlər yaranacaq. Onsuz da bu sayaq əsərlərin yazılmasına çoxdan başlanılıb. Dediyim kimi, ustad Zəlimxan Yaqubun yazmış olduğu “Aşıq Hüseyn Saraclı dastanı” buna ən gözəl örnəkdi. İndi isə eloğlumuz – çox dəyərli şair və publisist olan Həzi Həsənli bu böyük ozanımızın ömür yolunu işıqlandıran bir roman üzərində çalışır. Ümüdvarıq ki, bu romanda ustada və ustadlığa gedən yola işıq tutacaq və bu da gələcək nəsillərə bir “hava” bəxş eləyəcək.
Çox arzu edərdik ki, ustadın 70 illik yubileyi ərəfəsində çəkilməyə başlayan və sonralar taleyi məlum olmayan bir filmin çəkilişi də başa çatsın. Bu həm aşıqlıq gələnəyimizə, həm də sənət və sənətkara çox dəyərli bir hədiyyə olar.

Gürcüstanın Kvemo Kartli (Borçalı) qubernatoru cənab Paata Xizanişviliyə aşıq Hüseyn Saraclının 100 illik yubileyi ilə bağlı müraciətimiz çox hörmətlə qarşılandı. Cənab qubernator ustadın yubileyinin dövlət səviyyəsində keçiriləcəyinə əminliyini bildirdi. Artıq yubiley hazırlıqları ərəfəsindəyik...скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Aşıq Hüseyn Saraclı -100

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Ustad aşıq son mənzilə belə yola salındı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət / Manşet / #Yazarlar / #Maraqlı

Tanınmış aşıq haqq dünyasına qovuşdu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının