Bilal Əliyev toylara getməyəcək



"Belə qərara gəlmişəm ki, 2-3 il toylara getməyim. Hazırda ingilis dilini öyrənməklə məşğulam".

Analoq.Az ölkə.az-a istinadən bildirir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti, xalq artisti Bilal Əliyev belə deyib. O bildirib ki, əsas məqsədi xarici mahnıları öyrənməkdir:

"Ola bilər ki, xarici mahnıları öyrənəndən sonra heç toya getməyim, ancaq xarici ölkələrdə konsertlər verim".

"Beynəlxalq səviyyədə tanınandan sonra toy qiymətində dəyişiklik edəcəksinizmi" sualına xalq artisti belə cavab verib:

"Onu Allah bilər. Amma fikrim var ki, mən deyənlər alınsa, burada hər il 15 kasıb insanın toyunda təmənnasız oxuyum".скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi