Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ikinci plenar iclasında çıxış edib



Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva plenar iclasda çıxış edib. Birinci xanım Mehriban Əliyeva bu əhəmiyyətli Foruma ev sahibliyi etməyin Azərbaycan üçün şərəf olduğunu bildirdi, tədbirin konstruktiv dialoqun inkişafına və sivilizasiyaların zənginləşməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
İclasın mövzusunun böyük ictimai əhəmiyyətə malik olduğunu deyən Mehriban Əliyeva bu gün dünyanı narahat edən miqrasiya dalğası, urbanizasiya, iqlim dəyişikliyi, bəzi ölkələrdə gənclər arasında işsizliyin artması kimi məsələlərə toxundu, bu problemlərin həllində ölkəmizin təcrübəsindən danışaraq dedi:
- Qədim diyar olmaqla yanaşı, Azərbaycan, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının ən gənc üzvlərindən biridir. XX əsrin əvvəlində əldən verilmiş müstəqilliyi bərpa etdikdən sonra Azərbaycan 1992-ci il martın 2-də BMT-nin tamhüquqlu üzvü olub. Biz 25 illik dövlət quruculuğu yolunu qət etmişik. Bu gün Azərbaycanda gördüklərinizin əksəriyyətinə bu müddətdə nail olunub. Bu gün mən iqtisadi və statistik göstəricilərə istinad etməyəcəyəm. Biz açıq ölkəyik və bizim iqtisadi, sosial nailiyyətlərimiz hamıya məlumdur. Əlbəttə ki, biz belə bir sürətli tərəqqi ilə çox qürur duyuruq. Biz iqtisadiyyatın əhəmiyyətli şəkildə transformasiyasına nail ola və onun dünya iqtisadi sisteminə inteqrasiyasını təmin edə bildik. Biz ictimai həyatın bütün səviyyələrində səmərəli idarəetmə sistemini qura bildik. Elm, mədəniyyət və təhsil sahələrində islahatlar həyata keçirilmişdir. Biz xalqımızın zəngin insan potensialına arxalanaraq bütün bu işləri görməyi bacardıq.
Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışdı, torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, 900 qəsəbənin, 150 min evin, 693 məktəbin, 975 uşaq bağçasının, 695 xəstəxananın məhv edildiyini, 40 mindən çox nadir muzey eksponatının və materiallarının, 927 kitabxanadan 4,6 milyon kitabın və əlyazmaların qarət edildiyini dedi. Azərbaycanın birinci xanımı bu dəhşətli günlərdə bizim yanımızda olan BMT-nin bütün təşkilatlarına təşəkkürünü bildirdi. Mehriban Əliyeva qaçqın və məcburi köçkün vəziyyətinə düşən insanlar üçün dövlətin yaratdığı şəraitdən danışaraq bildirdi:
- Biz ən vacib dəyərimizi - millətimizin insan kapitalını qoruya bildik. Hətta qaçqın və məcburi köçkün düşərgələrində ictimai məktəblər, o cümlədən musiqi məktəbləri fəaliyyət göstərməkdə davam edirdi. Humanitar yardımla məşğul olan bütün dövlət qurumları fasiləsiz işləyirdi. Uşaqlar məktəbə gedirdi, müəllimlər dərs deyirdi, həkimlər xəstələri müalicə edirdi. Bu gündəlik işlər bizlərə sabah üçün ümid hissini aşılayırdı. Bu, hər şeyini itirən insanların sosial uyğunlaşmasının ən etibarlı və səmərəli sosial adaptasiya metodu idi.
Növbəti illərdə hökumət bu insanların həyatının normallaşdırılması üçün mümkün olanı etdi və etməkdə davam edir. Biz bütün çadır düşərgələrinin ləğv olunmasına və onların əvəzinə qaçqın və məcburi köçkünlər üçün müasir qəsəbələrin salınmasına nail olduq. Bu insanlar iş və sosial müavinətlərlə təmin olunur. Gənc nəsil müasir təhsildən bəhrələnmək imkanı əldə etdi. Tibbi dildə danışsaq bütün bu səylər yalnız palliativ müalicə idi. Qaçqın və məcburi köçkün vəziyyətinə düşən insan öz şəxsi kimliyini itirir. Siz onlar üçün ideal yaşayış şəraiti yarada bilərsiniz, lakin onların doğma torpaq və ev üçün olan həsrətini heç kim əvəzləyə bilməz. Yaşlılar doğma torpaqda son mənzilə yola salınmağı arzu edir, gənclər dədə-babalarının torpaqlarına qayıtmaq istəyirlər. İnanıram ki, hər birimiz bu insan iztirablarını başa düşə və razılaşa bilərik ki, bu problemin birdəfəlik həlli üçün işğal olunmuş ərazilərin azad edilməsi, insanların evlərinə qayıtması vacibdir. Hansı sosial uyğunlaşmadan danışsaq da biz açıq-aydın başa düşməliyik ki, qarabağlı, suriyalı, iraqlı və əfqan qaçqın və məcburi köçkünləri özlərində təkcə fiziki itkini və çətinlikləri daşımırlar. Psixoloji zərbələrdən və mənəvi iztirablardan qurtulmaq çoxlu vaxt və səy tələb edir. Mövcud münaqişələrin nəhayət, sona çatması üçün biz səylərimizi birləşdirməliyik ki, dünyada yeni münaqişə episentrləri üzə çıxmasın, qaçqın və məcburi köçkünlərin sayı artmasın. Hər kəs ən azından digər şəxsin ağrısına, faciəsinə və itkisinə acıya bilər. İnsan iztirablarına son qoymaq üçün mərhəmət real alətə çevrilməlidir.
Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun layihələrindən də danışdı, bu layihələrin müxtəlif sahələri əhatə etdiyini bildirdi. Qeyd etdi ki, Fond hökumət təşkilatları, QHT-lər və işgüzar dairələr arasında yaxşı əməkdaşlıq modeli qurub. Yüzlərlə məktəb tikilib, təmir olunub. Fond valideyn himayəsindən məhrum və fiziki imkanları məhdud olan uşaqları hərtərəfli diqqət mərkəzində saxlayıb. Bundan əlavə, Fond əlilliyi olan insanlara xüsusi qayğı göstərib və bu təcrübə Bosniya və Herseqovina, Macarıstan və digər ölkələrdə də uğurla reallaşıb. “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə töhfə verir. Müsəlman ölkəsi olan Azərbaycan tərəfindən Vatikanın tarixində ilk dəfə Romada müqəddəs Marçelino və Pyotr katakombaları bərpa edilib. Fransanın müxtəlif regionlarında bir neçə qədim kilsə bərpa olunub. Bunun ölkəmizin tolerant dəyərlərə bağlılığından irəli gəldiyini qeyd edən birinci xanım deyib:
- Çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır. Mütərəqqi dünyada demokratiyanın vacib sütunu kimi qəbul edilmiş dini və etnik tolerantlıq Azərbaycan cəmiyyətində normaya çevrilib. Qürur hissi ilə bəyan etmək istəyirəm ki, tarixən bizdə milli və dini zəmində ayrı-seçkilik və düşmənçilik halları heç vaxt baş qaldırmayıb. İnsanlarımızın əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkəmizdə xristian, yəhudi və digər dinlər də təmsil olunub. Azərbaycanda 649 dini icma, o cümlədən 24 qeyri-müsəlman icması fəaliyyət göstərir. Məsələn, Quba rayonunda dünyada dağ yəhudilərinin yığcam yaşadığı yeganə Qırmızı qəsəbə var. Əhalinin bütün seqmentlərinə qarşı yüksək səviyyəli sosial tolerantlıq inkişaf etmiş cəmiyyətin göstəricisidir. Hesab edirəm, ən vacib nailiyyətlərimizdən biri bu gün Azərbaycan cəmiyyətində həmin səviyyədə sosial tolerantlığın mövcud olmasıdır.
Mehriban Əliyeva bildirdi ki, Azərbaycan gələcəyə nikbinliklə baxır, çünki ölkəmizdə insan potensialına inanırlar. Çıxışına məşhur Albert Enşteynin “Hər bir fərdin həyatı hər bir canlının həyatını daha da şərəfli və daha da gözəl etmək üçün bir o qədər kömək etdikdə mənalı olur. Həyat müqəddəsdir, yəni, o, bütün digər dəyərlərin ona tabe olduğu ən yüksək dəyərdir” sitatı ilə yekun vuran Mehriban Əliyeva bir daha Forumun nəticələrinin uğurlu olacağına əminliyini bildirdi.
Plenar iclasın aparıcısı, BMT-nin Müxbir Assosiasiyasının prezidenti Giampaolo Pioli bildirdi ki, sosial inteqrasiya təkcə az inkişaf edən ölkələrin deyil, həm də inkişaf etmiş ölkələrin problemi olaraq qalır. Bu mənada məsələyə ekspertlərin münasibətini öyrənmək, bu sahədə aparılan araşdırmalarla tanış olmaq çox maraqlıdır.
San Patriqnano Cəmiyyətinin qurucusu və nümayəndəsi xanım Letizia Moratti bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirdi. O dedi ki, inklüziv cəmiyyətlərin qurulması istiqamətində mövcud problemlərin həlli ilk növbədə gənclərin məşğulluğunun təmin olunmasından keçir. Bu, ilk növbədə gəncləri pis vərdişlərdən kənarlaşdırar, onların hazırda dünyanı narahat edən qanlı aksiyaları törətməkdən çəkindirər. Bundan əlavə, gender bərabərliyinin təmin olunması və miqrasiya probleminə daha ciddi yanaşma inklüziv cəmiyyətlərin qurulmasında əsas maneə kimi çıxış edir. L.Moratti qeyd etdi ki, bu problemlərin həlli ilk növbədə onların mövcud olduğu yerdə mümkündür və sosial problemlərin reabilitasiya prosesindən keçməsi bu cür halların təkrarlanması riskini azaldır.
İspaniyanın keçmiş xarici işlər naziri Migel Angel Moratinos Azərbaycan Hökumətinə bu tədbiri təşkil etdiyinə görə minnətdarlığını çatdırdı. O, ətraflı çıxışına görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya da təşəkkürünü bildirdi. Keçmiş nazir sivilizasiyalar arasında dialoqun yaranmasının hazırda dünyanı narahat edən ciddi problemlərdən biri olduğunu dedi. Bildirdi ki, bu missiyanın yerinə yetirilməsində sosial fəaliyyətlər böyük əhəmiyyət daşıyır. Məsələn, qlobal miqyasda terrorçuluğun qarşısının alınmasının siyasi proqramlarda bir nömrəli məsələ olmasının vacibliyini deyən M.Moratinos VII Qlobal Forumun Bakı Bəyannaməsinin qarşıda duran bütün problemlərin həllinə yardım edəcəyinə əminliyini bildirdi.
Türkiyənin Avropa İttifaqı üzrə keçmiş naziri Egemen Bağış dedi ki, Bakı Forumu sivilizasiyalar arasında sülh və dialoqun mümkün olduğunu bir daha göstərir. Sosial inteqrasiyaya gəldikdə, Egemen Bağış Ermənistanı nümunə gətirərək bu ölkənin tezliklə Azərbaycanla sülhü bərpa etmək istiqamətində addımlar atmasının vacibliyini xatırlatdı. Əks təqdirdə, Ermənistanda baş qaldıran sosial problemlər bu ölkənin tamamilə boşalmasına və yoxsulluq həddinin daha da artmasına gətirib çıxaracaq. Türkiyədə həyata keçirilən sosial proqramlar barədə məlumat verən Egemen Bağış dedi ki, ailə bütün sosial proqramların mərkəzində dayanmalıdır.
Sonra iclas müzakirələrlə davam etdirildi. Çıxış edənlər sosial inteqrasiyanın əsas prinsipi kimi təhsilin daha da inkişaf etdirilməsi platformasını irəli sürdülər, bu sahədə müasir texnologiyaların tətbiqinin zəruriliyindən danışdılar.
Azərbaycanскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Cialis Forum Salute Trouver Viagra Pas Cher Foro Cialis O Levitra buy cialis Prix Pilule Viagra En Pharmacie Discount Generic Doxycycline Propecia Generique Biogaran Forum Achat Viagra En Ligne viagra Philippine Pharmacy Online Viagra Generico Vendita cheap zoloft without prescription Syntolexin Gpchealth Address In Canada viagra Buy Levitra Generic Online Existe Cialis Generico Prescription Medication On Line Posologie Cialis Chewable Viagra Soft Tabs viagra online prescription Cialis Tabletas De 20 Mg Acquisto Levitra In Rete Zithromax For Animals