Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet / #Yazarlar / #Ədəbiyyat / #Araşdırma

İsa İsmayılzadənin şeirləri

1-05-2016, 15:00 | 1 0082 dəfə baxılıb.

İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963).Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959) almanaxında və "Azərbaycan gəncləri" qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeri ilə başlamışdır. O, Qardabanidə orta məktəbdə müəllim (1963-1964), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966-1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1968-1981), "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir (1994-cü ildən). Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmişdir.Öz yaradıcılığında poetik tərcüməyə də xüsusi diqqət vermiş, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən birinci Beynəlxalq simpoziumunda (1977), Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilən seminar-müşavirəsində (1978) iştirak etmişdir. 1997-ci il iyulun 14-də vəfat etmişdir.

TOY GÜNÜ

Toy günü evimiz küylə dolacaq,
İçində kükrəyən hirsdən, acıqdan,
Həyətdə çathaçat yanan ocaqdan
Yanağın allanıb, pul-pul olacaq.

Göz-göz otaqların pəncərəsindən
Vurnuxa-vurnuxa baxarsan o gün.
Evdə səksənərəm sənin səsindən
Adımı bircə yol çağırsan o gün.

Ürək səksəkəli. Əli xınalı…
O gecə eviniz yazıqlaşacaq.
Bakıdan toyuna gələn xəyalım
Beş yüz kilometr uzaqlaşacaq.

Beş yüz kilometr düşər araya,
Beş yüz kilometr uzat qolunu.
Sənin gözlərinin səssiz harayı
Bir ömür uzunu kəsər yolumu.

- Ay bir hava çalın, gəlin oynasın
- Durma, ay xanəndə, bir ağız oxu!
- Ay uşaq, ə noldu, bir qulaq asın,
- Ay bir hava çalın, gəlin oynasın.

Hava çalınacaq, çalınacaq hey
Sənin əvəzinə zurna çalanın
Gözü oynayacaq, qaşı süzəcək.
Alnına yapışan tərli onluğu
Görüb qızaracaq, allanacaq hey
Toybəyi gizlicə dodaq büzəcək –
- Durma, ay xanəndə, bir ağız oxu!..

İmzasız teleqramm gələr adına,
Gözlərin böyüyər, böyüyər o gün.
Mehtər Əli nəmər alıb atına
Arvadı yanında öyünər o gün.

Kimsə sallayacaq qaşqabağını,
Maşınlar düzülüb, fit verə-verə
Obaya yayacaq, elə yayacaq
Sənin ürəyinin qışqırığını.

1973

*********************

YOLLAR

(mahnı)

Getdin, görünmədin sən,
Susdu dünyam o gündən.
Ürəyimdə həsrətim
Sənsiz döyünür indi.
Qəribsədim, axı, sənsiz,
Yollar xəbər gətirmədi,
Səni mənə yetirmədi.
Haraylayım yolları,
Səni qaytasın, barı.
Gəl, əllərinlə ovut
Könlümdəki qubarı.
Əridim gilə-gilə,
Uzaqlardan əl-ələ.
Ayrılıqdan gizlənib.
Yenə verək əl-ələ.
Şəhərləri adla, gəl,
Bir quruca adla gəl.
Könlümdəki qubarı
Öz əlinlə odla, gəl!
Gecə niyə uzadı?
Yolların nə uzundu.
Bircə ümid qalmışdı,
O da sənsiz usandı.

1972

*********************

QIZLAR, OĞLANLAR

İmtahan günləri yaxınlaşanda,
Çıxardıq çöllərə oğlanlı, qızlı.
Gözlərldə ilk sevgi aşıb-daşanda,
Baxardıq, susardıq biz sözlü-sözlü.

Qovaq kölgəsinin sərinliyində
Hərə bir gözələ çələng hörərdi.
Hardasa,
ürəyin dərinliyində
Körpə bir məhəbbət boy göstərərdi.

Kəsilib məhəbbət imtahanında.
«Əladan»,
«yaxşıdan» alan da oldu.
Bir göz sınağından,
qız sınağından
keçərək, sinifdə qalan da oldu.

Yanaşı çəkilən adlar da vardı,
Adları oxşayıb, əzizləyərdik.
Elə ki, yay gəldi, dərslər qurtardı –
Hər gecə yuxuda yol gözləyirdik.

Ay ötdü, il ötdü, ciblərimizdə,
Ay ötdü, il ötdü, ürəyimizdə
Qat kəsdi məhəbbət məktublarını…
Kim xəbər aparsın, kim bir söz desin.
Lövhə qabağında dərs danışanda,
Oğrun baxışların hənirtisini
Duyurduq üzümüzdə, kürəyimizdə.

Hamımız utancaq, küsən, küsdürən,
Yerişlər,
duruşlar,
baxışlar sözlü.
O şeytan qızları tir-tir əsdirən
İldırımlar sözlü,
yağışlar sözlü.

Üzüşmək,
üşünmək bəhanə oldu,
Dayandıq üz-üzə, nəfəs-nəfəsə.
Satdıq günü-günə, sonra nə oldu –
Dinib-danışmadıq bircə nəfəsə.

Bir gün zəng çalında sonuncu kərə,
Siniflər boşaldı…
Lövhələr üstə
Bir gün qoşa-qoşa adlar yazıldı,
Bir gün qoşa-qoşa adlar pozuldu.
Ağır addımlarla döndük evlərə.

Zərnilər saraldı, otlar saraldı,
Kitablar saraldı, adlar saraldı.
Üfüqdə sarımtıl günəş göründü,
Sıxdı barmaqları qızıl üzüklər,
Körpə bir məhəbbət titrədi, söndü.

On səkkiz il keçib. Deyimmi indi,
Deyimmi, kimi kimi sevirdi, qızlar?
Oğlan ürəyində, qız ürəyində
On səkkiz ildir ki, on səkkiz yaşlı
Bir dilsiz-ağızsız məhəbbət sızlar…

1974

*********************
VAXT

Ayağı sayalı illər içində
Bir il tanıyıram, aylar – qanadlı,
Bir il tanıyıram, günlər – yer atlı.
Güvənib qanadlı arzularıma
Elə tələsirdim, elə qaçırdım…
Gecələr sığınıb yazılarıma
Elə uçunardım, elə uçardım.

Ayağı sayalı aylar içində
Bir ay tanıyıram – dəniz nəfəsli,
Bir ay tanıyıram – dalğa həvəsli.
Bir dəniz gözlünün baxışlarından
İllərlə yerimdə donub qalmışam.
Bir kənd axşamının yağışlarında
Özümü dünyanın qəribliyində
sanıb qalmışam.

Ayağı sayalı günlər içində
Bir gün tanıyıram ömrümdən uzun,
Bir gün tanıyıram – onda nə yazım.
Uzanıb, uzanıb, uzanıb gedtb
Xəbər sorağında, səs sorağında.
Uzanıb, üfüqdf gözümdən itib
Məndən uzaqlarda – Kür qırağında.

Ayağı sayalı anlar içində
Bir an tanıyıram sükut qanadlı,
Bir an tanıyıram – heyrətli, odlu.
«Gözümün önündə, Muğan düzündə
Günəş heydən düşüb, günəş yorulub;
Yorğun şəfəqləri görünməz əllə
Qızıl örtük kimi çölə sərilib.

Bir dəniz nəfəsli,
dağla həvəsli,
Bir sükut qanadlı,
heyrətli, odlu,
Ümidli, arzulu,
sözlü, yazılı,
Hey uzanıb gedən,
gözümdən itən
Ayağı sayalı illərdə ötrü,
Aylardan, günlərdən, anlardan ötrü
Darıxmışam mən.
Ürəyim atlanır onlardan ötrü.

1974

*********************

BİR QARIŞ KÖLGƏ

Toyuqlar bir çimdik darıdan ötrü,
sərçələr bir parça kölgədən ötrü,
səri bir ümiddən, «bəlkə»dən ötrü
ora vurnuxanda, bura qaçanda,
atamın tərləmiş, düzlü kölgəsi
bir qarış olardı.

Atamın tərləmiş, sözlü kölgəsi
elə o zamandan bircə qarışdır.
O tərləmiş kölgə, o duzlu kölgə
elə o zamandan, elə o gündən
pencəyi, köynəyi, ürəyi kimi
qırış-qırışdır.
Neyləyim, axı –
kölgə ütüləmək gəlmir əlimdən.

Nəvəsi –
bəvəsi böyüdü, amma
atamın kölgəsi hey boy atmadı,
heç əsgərliyə də aparmazdılar.

Bir gün Qarayazı düzənliyindən
bir qatara minib, Bakıya gəldi,
Günəş şaxıyanda, üstümə düşdü,
Atamın kölgəsi mənə qarışdı.
Atamın kölgəsi bircə qarışdı,
atamın kölgəsi mənə qarışdı.

Neyləyim, axı –
kölgə ütüləmək, kölgə uzatmaq,
kölgə yelpikləmək, kölgə yaşatmaq,
kölgə əzizləmək gəlmir əlimdən.

1969
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ədəbiyyat

Bu gün İsmayıl Şıxlının doğum günüdür

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Camal Yusifzadə:"Mənim yaşımda heç kim məhəbbətdən ölmayib hələ"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının