• 16:00 – Məstan Günərin ikicildliyi təqdim edildi 
  • 22:00 – Nadir xəstəlikdən əziyyət çəkən gənc oğlan "Ümidlə Gəl" proqramının vasitəsi ilə əməliyyat olunacaq 
  • 12:29 – Baş redaktor nazir və Baş Prokurora müraciət etdi 
  • 10:45 – General Rza Talıbov Prezident İlham Əliyevi belə təbrik etdi 
  • 22:46 – Caspian European Club торжественно отметил победу Президента Ильхама Алиева на выборах 
  • 14:00 – Bloggerin gizli yazışması üzə çıxdı-"Mən aradan cırmağ istirəm" 
  • 10:30 – Əməkdar artist internet saytları haqqında xoşagəlməz fikirlər səsləndirib-Ətraflı xəbəri oxu 
  • 01:30 – Bakıda təcili yardım avtomobili yandı 

Nazir xalq artistlərinin davasından danışdı

  • Tarix: 10.02.2016, 14:58,
  • Bölmə: Mədəniyyət
  • Baxılıb: 5324
Nazir xalq artistlərinin davasından danışdı Nazir xalq artistlərinin davasından danışdıMədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycanın xalq artistləri arasında yaranan qalmaqala münasibət bildirib.

Report-un xəbərinə görə, nazir bildirib ki, xalq artistlərinin yazışmaları, bir-birilərinin ünvanlarına söylədikləri fikirlər mənasızdır: "İnsanlar etik normalara riayət etməlidirlər. Xalq artisti, fəhlə, sıravi bir vətəndaş olmasından asılı olmayaraq insanlar bir-birlərinə münasibətdə etik normaları gözləməlidir".

O deyib ki, cəmiyyətin öz daxili mədəniyyəti olmalıdır:

"Əfsuslar olsun ki, bəzən mədəniyyət dedikdə sərgi, konsert təsəvvür olunur, ancaq mədəniyyət adamları cəmiyyətinin yaşam tərzini müəyyən edən, diktə edən insanlardır. Hər bir xalq artisti öz hərəkəti, davranışı haqqında ciddi düşünməlidir. Bəzi şou-biznes insanlarının arasında təəssüf ki, belə hallara yol verilir. Təbii ki, bu dünya şou-biznesdə də olur. Həmin sənət adamları bunu çox zaman sensasiya, gündəmdə qalmaq xətrinə edirlər. Əgər bu belədirsə, bu işlərin də müəyyən bir normalarda aparılması lazımdır".

Ə.Qarayev qeyd edib ki, sənət adamlarının bu hərəkətləri xalqın qarşısında özlərini məyus etməkdən başqa bir şey deyil.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV