Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet

MƏNƏVİ DƏYƏRLƏR NÜMUNƏSİ

7-05-2016, 15:00 | 6232 dəfə baxılıb.

Biz ədəbiyyat haqqında mükəmməl fikirləri adətən elə ədəbiyyat adamlarının — ədəbiyyatşünasların, şairlərin, yazıçıların əsərlərindən, mətbuat və televiziya çıxışlarından eşitməyə alışmışıq. Əslində hər hansı bir sahənin uğurundan, qayğı və problemindən elə həmin sahənin öz mütəxəssisinin fikiri daha önəmli və qəbulediləndir. Lakin böyük həyat təcrübəsindən belə qənaətimiz də var ki, ixtisasca başqa sahənin adamları da ədəbiyyatı nəinki gözəl duyur, hətta özü də hansısa bir şairin, yaxud yazıçının bir əsəri barədə ortaya elə dolğun, mükəmməl bir yazı qoyur ki, bəzən onun hansı peşənin sahibi olduğunu da unudursan.
Bu fikirləri Dövlət İqtisad Universitetinin məzunlarından olan və uzun illər icra aparatı strukturlarında çalışan tanınmış ziyalı, ləyaqətli vətəndaş Ramiz Göyüşovun yaxın vaxtlarda oxucuların diqqətinə təqdim etdiyi “Sən bizim ellərin ruhuna bir bax...” publisistik məqalələr toplusunu oxuyarkən düşündüm. Və gördüm ki, Ramiz müəllim həqiqətən ədəbiyyatımızı duyan, qiymətləndirən, məqamı yetəndə, könlü atlananda tanıdığı, ünsiyyətdə olduğu, özünü mənəvi dünyalarına yaxın sandığı şairlərin əsərlərindən, talelərindən çox maraqlı bir üslubda, ən əsası da səmimiyyət dolu fikirlərini oxucularla bölüşür. Ramiz müəllim ədəbiyyata, mədəniyyətə bağlı olan bir insandır. Onun həssaslığı, sənətə və sənətkara dəyər verməsi də məhz bu bağlılıqdan irəli gəlir. Bu məqamda kitaba ön söz yazmış professor Nizami Cəfərovun bununla bağlı aşağıdakı fikrini səsləndirməyə bilmirəm: “Və mən həmişə bu fikirdə olmuşam ki, insan müxtəlif sahələrdə nə qədər böyük qabiliyyət göstərsə də, uğurlar qazansa da, ədəbiyyata, incəsənətə laqeyddirsə onun şəxsiyyəti mükəmməl sayıla bilməz. Çünki ədəbiyyata, incəsənətə məhəbbət insanın mənəvi kamilliyinin birbaşa göstəricisidir”. Elə yüksək ədəbi zövqə malik olan Ramiz Göyüşov da ədəbiyyata, mədəniyyətə bağlılığını əməlində, yaradıcılıq fəaliyyətində göstərə bilən bir vətəndaşdır.
“Sən bizim ellərin ruhuna bir bax...” böyük Səməd Vurğuna həsr olunmuş məqalə ilə açılır. Və diqqətəlayiqdir ki, özünün sağlığından bu yana, haqqında böyük tədqiqat əsərləri yazılan, adına şeirlər, dastanlar qoşulan böyük şair haqqında Ramiz müəllim sözünün məsuliyyətini duyaraqdan ona xalq sevgisini ifadə edə bilmişdir. Bu xalq məhəbbətini öz ruhundan keçirən müəllif onu “Azərbaycan” şeirinin timsalında təqdim edir. “Əslində Səməd Vurğun vətənimiz Azərbaycanı tərənnüm edən bu şeiri yazmaqla poeziyamıza “Azərbaycan” mövzusunu gətirdi və ondan sonra gələn bütün şairlər ən gözəl, ən şah şeirlərini bu mövzuya həsr etdilər”, deyən müəllif sanki şairin bu şeirindən nur alaraq sənətkara el məhəbbətini sadə və səmimi şəkildə ifadə etmişdir. Məqalənin oxucuya xoş təsir bağışlamasının başlıca xüsusiyyəti də budur ki, vəfatından 58 il sonra qələmə alınmış bu yazı sanki şairin çağdaşı olan yaxın dostunun xatirələri işığında təqdim olunur.
Hüseyn Arif haqqındakı sözündə isə başqa məziyyətlər önə çəkilir. O məziyyətlər ki, onun şeirlərində müəllif öz uşaqlığını, görüb-gəzdiyi, bağlandığı yerlərin doğmalığını, məhəbbətini duya bilir. “Zoğallı dərəni üzük qaşı kimi dövrəyə alan, Gödək arx boyu sıralanan moruq kollarından moruq, Dəmyə dağının döşündəki Gen dərədən ətri hələ də burnundan getməyən çiyələyi” ona məhz Hüseyn Arif xatırladır, onu kövrəldir, duyğulandırır. Bədii əsərdə təsvir olunan mənzərələr, çeşidli hadisələr oxucunu keçmişinə, gəncliyinə apara bilirsə, o, xalqın həyatından gələn, xalq ruhunu ifadə edən ədəbiyyatdır. Və təbii ki, Hüseyn Arif poeziyası xalq hikmətindən, həyatından, özünün müşahidələrindən süzülüb gələn bir poeziyadır.
Bir məsələ var ki, R.Göyüşovun ədəbi qəhrəmanları haqqında çox deyilib, çox yazılıb. Elə bizi razı salan da budur ki, ədəbi duyumu və zövqü olan müəllif həmin şəxsiyyətlərə özünün yaradıcılıq prizmasından yanaşaraq hər birinin sənət dünyasına daxil olur, onları duyur, yaradıcılıqlarından böyük dəyərlər əxz edir və bundan sonra fikirlərini oxucusu ilə bölüşməyi məqsədəuyğun hesab edir. Onun fikirlərində, əsərə münasibətində bəzən şairlik ruhu açıqca sezilir. Xalq şairi Nəriman Həsənzadə haqqında sözü də məhz belə bir duyumun, ruhun həqiqi ifadəsidir. Şairin ədəbi, şəxsi taleyi əsərlərində bütünlükdə təsvir olunub. Müəllif qeyd edir ki, bu şeirləri xalq rəğbətlə qarşılayır, şairin kədərini, sevgi və sevincini duya bilir. Burda şairin uğuru ondadır ki, o, yaşadığı həyatın ağrılarını, ehtiyacını, ağlı-qaralı günlərini ictimailəşdirə bilir. Onun haqqında öz fikirlərini ifadə edən müəllifin uğuru isə şairin əsərlərinə bir növ təhlil-təqdir xarakterli baxışlarını ifadə edə bilməsidir. Bir xüsusiyyət də ondadır ki, Ramiz müəllim şairin yaradıcılığının aparıcı xəttini - məhəbbətindən boylanan kədərini ictimai ağrılar səviyyəsinə qaldıra bildiyini əsərlərinin timsalında, örnəklər gətirərək təqdim edir. Bu məqalə özəlliyi ilə böyük maraq kəsb edir.
R.Göyüşovun ədəbi qəhrəmanları haqqında fikri, sözü yaradıcılıqlarının, həyata baxışlarının ifadəsinə söykənir. Bu, onu deməyə imkan verir ki, müəllif bəhs etdiyi şairlərin yaradıcılığına, şəxsi, ictimai taleyinə yaxından bələddir, onları duymağa qadirdir. Müəllif üçün qəhrəmanlarının mövzuları önəmlidir. Bu mövzular ictimai əhəmiyyətli, xalq ruhunun tərənnümü ilə bağlı olanda orda sözün qüdrətini, rəngini və ətrini də olduğu kimi təsvir etmək mümkündür. Bu mənada Xalq şairi Zəlimxan Yaqubun ədəbi taleyini, şəxsiyyətini ifadə edə bildiyindən məqalə xarakterikdir, sanballı və dəyərlidir. Zəlimxan Yaqubun yaradıcılığı çoxşaxəlidir, genişəhatəlidir. Təbii ki, bunları bir məqalə yazısında əhatə etmək də çətindir. Buna görə də müəllif onların içərisində Heydər Əliyev mövzusuna diqqət çəkir. Bir qədər dərindən yanaşanda aydın olur ki, mövzunun özü xalqın taleyində, ictimai həyatında böyük əhəmiyyət kəsb etdiyindən olduqca əhəmiyyətlidir. Bunu görə bilməkdən ötrü həm də Ramiz müəllimin Zəlimxan sözünün kəsərinə, bədii dəyərinə verdiyi qiymətə göz yetirmək maraqlıdır. Burda şairin ustalığı, sözə həssaslığı, mövzunu necə bir məhəbbətlə, böyük şəriştə ilə işlədiyini bizə özünün prizmasından təqdim edir. Burda iki paralel xətt oxucunun diqqətini çəkir. Sənətə və sənətkara hər zaman yüksək dəyər verən ümummilli liderin obrazını yaradan şair və onu öz prizmasından təhlil-təqdir edən məqalə müəllifi Ramiz Göyüşov...
Kitabda toplanmış məqalələrin bir qismi xatirə-esse xarakteri daşıyır. Mərhum şair Davud Nəsib haqqında deyilən söz də məhz bu janrdadır. Ümumiyyətlə, R.Göyüşov o sənətkarlar haqqında söz deməyi özünə borc bilir ki, onların mühitinə, yaradıcılığına, şəxsiyyətlərinə bələddir, əsərlərilə yaxından tanışdır. Bu səbəblər də onları müəllifin qəhrəmanları sırasına gətirir. D.Nəsib də bu sıradandır.
R.Göyüşovun bir qələm adamı kimi üstünlüyü ondadır ki, o, haqqında yazmaq istədiyi ədəbi şəxsiyyəti mükəmməl öyrənməyi, oxumağı və ondan əxz etdiklərini mənəvi süzgəcindən keçirməyi özünün bir ziyalı, vətəndaş borcu bilir. Bax, elə buna görədir ki, yazdıqlarının çox səmimi və səviyyəli olması da hədəfi - mövzunu düzgün müəyyənləşdirməsindən yaranır. Müəllif onların yaradıcılığına sevgi və həssaslıqla yanaşır, bütün hazırlığı boyu özünü məhz isti söz deməyə, fikirlərini doğru mövqedən işıqlandırmağa səfərbər edir.
Ruhundan xatirələr süzülən yazılardan biri də yurd sevgisi ilə döyünən ürəyin sahibi mərhum şair, jurnalist Eldar Nəsibli haqqında çox kövrək, həm də ağrılı düşüncələrdir. Müəllif bu söz-sənət adamını, Qazax elinin şair oğlunu yaradıcılığının xarakterik cəhətləri, tale ağrıları fonunda xatırlayır, təhlilə cəlb edir. Yazının dil-üslub cəhətdən fərdiliyi, özünəxaslığı oxucuda maraq oyadır. Və yenə də şair haqqında müəllifin sözü ötəri tanışlığa yox, məhz onun yaradıcılıq taleyinə, ağrılarına həssaslıqla yanaşmaya söykənir. Bütün kökü, rişələrilə Azərbaycan torpağına bağlı olan E.Nəsiblinin doğulduğu yer Sibir olsa da ağlı, ictimai şüuru, qanında qaynayan vətənə məhəbbəti onu doğma yurda gətirib çıxarır. Bu xatirə yazısından öyrənirik ki, Eldar Nəsibli tarixə görkəmli şəxsiyyətlər vermiş Qazağa vətən təəssübündən doğan sözü, əməli ilə şərəf gətirən bir şairdir.
“Qarabağ həsrətilə döyünən ürək” sahiblərindən birini müəllif bizə çox sakit, hay-küydən uzaq bir səmimiyyətlə təqdim edir. Bu, Ramiz Məmmədzadədir. Müəllif şairin Qarabağ mühitinin özünəməxsusluğundan gələn “fəlsəfi düşüncə”nin, “məna yükü”nün xalqın ictimai taleyi ilə bağlılığının o torpaqda yetişən şairlərin yaradıcılığına xas olduğu kimi R.Məmmədzadənin də yaradıclığının aparıcı leytmotivi olduğunu nəzərə çatdırır.
Bəzən müəllif qəhrəmanının ədəbi taleyinə nəzər salarkən hardasa bir mövzu, məqam daha çox diqqətini cəlb edir. Başqa sözlə, onun ruhunu, yaradıcılıq eşqini məhz həmin əsərin mahiyyətində görə bilir. Dəmir Gədəbəylinin “Şöhrətli 100 il” poemasında olduğu kimi. Bu da təbii ki, müəllifin bənzərsizlik yaratmaq üçün ədəbi manevr etməsindən yaranır.
“Hər zaman xoş gördük, Taleh Həmid”lə müəllif vətən oğlu, vətən şairi kimi görüşür. Onun yaradıcılığı, şəxsi kədəri, taleyi ilə oxucunu baş-başa qoymağa cəhd edir. Necə ki, Taleh Həmid özü oxucuyla baş-başadır.
Və bu təqdimatda şairin yaradıcılığına sərrast baxış var. Yəni onun əsərlərindən gətirdiyi örnəklər göydəndüşmə təsiri bağışlamır. Onların həyatla, zamanla, insan taleyi ilə bağlılığı xarakterizə olunur. T.Həmidin “o balaca kənddən”, “çiçəkli həyətindən, qurşaq çəkib gedən cığırlardan, qayaların köksündəki mamırlı dağlardan, yaşıl meşədən, üzünə gülümsəyən bənövşədən, çoban bayatısından” başlayan vətənini müəllif məhz şeirlərindən görüb-duymuş, onların mahiyyətini, ideyasını açıqlamışdır.
“Sən bizim ellərin ruhuna bir bax...” məqalələr toplusunu vərəqləyərkən, ordakı yazılarla yaxından tanış olarkən məqsədimiz heç də hər biri haqqında ayrıca bəhs etmək olmasa da, müəllifin bu ədəbi şəxsiyyətlərə, onların yaradıcılığına publisist münasibəti, fikirləri bizi də bu yazıların bir çoxuna məxsusi münasibət bildirməyə sövq etdi. Və sözün bu məqamında duyduq ki, müəllifin də məqsədi sözlərinə söz söykədiyimiz şairlərlə yanaşı istər yaradıcılığında köç motivi olan şair duyğularının özünəxas ifadəçisi M.Dəmirçioğlu, çoxçeşidli mövzuları ilə vətənin xəritəsini çəkməyə çalışan M.İlqar və müəllifin üç şairin (Ağamalı Sadiqin, İbrahim İlyaslı, Məmməd İlqar) şeirlərindəki paralelliyi təhlilə, açıqlamaya cəlb etməsi də oxucu üçün maraqlıdır. Eləcə də yaradıcılığı xarakterinə bənzəyən, “danışdığı kimi yazan” Rüstəm Kamal, Şuşa nisgili ilə yaşayan Pərviz müəllim (Pərviz Axundov) haqqında Ramiz Göyüşovun mənəvi dəyərlər yaradan fikirləri sözün əsl mənasında onun yaradıcı uğurudur. Belə uğurlarınız davamlı, axarlı olsun, Ramiz müəllim!
Rəfiqə MƏSUD,
kinossenarist, publisist,
Əməkdar mədəniyyət işçisi.
Respublikaскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət

Musa Yaqubla Ramiz Rövşən quda oldu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

Nağıllaşan, dastanlaşan yaradığıcılıq

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının