Müəllifi bəlli olmayan,sadə və aydın dildə yazılan dastan

Müəllifi bəlli olmayan,sadə və aydın dildə yazılan dastan


"Dastani Əhməd Hərami" — XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi hesab olunur.Əsərin süjet xətti şər qüvvələrin timsalı olan Əhməd Hərami ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı konflikt üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam edən konflikt Güləndamın qələbəsi ilə nəticələnir. Əsərdə zülmə, ədalətsizliyə qarşı dərin nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır.Dastan xalq ədəbiyyatından bəhrələnmiş və xoşbəxt sonluqla bitir.Müəllifi bəlli olmayan bu əsər əruz vəznində, sadə və aydın dildə yazılmışdır, lakin bu vəzn şeri tam özünə tabe edə bilməmiş, Azərbaycan şerinin milli bədii-poetik əsasını dəyişdirməmişdir. Ona görə heca vəznli şeir kimi də oxunur

Bu dastanı bu gün bünyad edəlim,
Həqin qüdrətlərin biz yad edəlim.
Gəlin, ey məni bəhrin seyr edənlər,
Bu dərya gövhərindən xeyr edənlər.
Məanidə qılı iki biçənlər,
Dilindən daima gövhər saçanlar.
Gəlin, barı bu gün söhbət qılalım,
Məani kanının dürrün bulalım.
Anın birligini zikr eyləyə dil,
Xatırda qalmaya zərrəcə müşkil.
Zira kim dilləri söylədən oldur,
Anın hikmətləri qullara boldur.
Anın hikmətlərinə əql irişməz,
İşinə kimsənə hərgiz qarışmaz.
Anın keyfiyyəti bulunmadı hiç,
Məkanı qandadur bilinmədi hiç.
Nə zahirdir o kim gözdən iralmaz,
Nə batindür o kim hərgiz görülməz.
Anın əvvəlinin önü bulunmaz,
Anın axırının sonu bulunmaz.
Nə dilim var anı şərh eyləyəm bən
Nə bilim var ki, şərhin söyləyəm bən.
Anın dil zikrini etmək gərəkdir,
Anın doğru yolun getmək gərəkdir.
Yüzüm qara, sözüm qısa, suçum bol,
Belim əgri, yolum doğru, boyum sol.
Şaşı baxdım, cüda düşdüm bən andan
Bənim halım necə olusər andan.1
Qova-qova könül dünyaya irdi,
Ömür keçdi saqalı, saç ağardı.
Əbəs yerlərdə xərc etdim yaşım bən,
Yeridir daşlara dögsəm başım bən.
Həmin vardır ümidimiz səfadan,
Məgər mədəd irişə Mustafadan.
Ümidimiz iki aləmdə oldur,
Anın şəfqətləri qullara boldur.
Dökəli ənbiya “Nəfsi” deyisər,
O ümmətlərinin qeydin yeyisər.
Salam olsun anun yaranlarına,
Müdam rəhmət irişsin canlarına.
Əbubəkir, Ömər, Osman, Əlidir,
Eyi dirliklidir bunlar vəlidir.
Bular tutmadılar kibri, kinayət
Bular bildi nədir dini dinayət.
Səfa xatirlər içində kin olmaz,
Kin olduğu könüllərdə din olmaz.
Sürəlim könlümüzdən kibri, kini,
Yıxarlar kibr edənlər mülki-dini.
Gəl imdi Mustafaya ver salavat,
Deyəlim necədir anla hekayat.
Eşit gəl bir həraminin sözünü,
Əgər görür isən məni yüzünü.
Olursa həqq-taaladan inayət,
Qılam bu qissəyi bir-bir hekayət.

Davamı olacaqскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10