Yetim Paşa



Nədənsə, dərdlə doğulanların heç zaman dərdi azalmır. Ağrı-acıları bir ömür ondan əl çəkmir. Görünür, bəxtin, taleyin, alın yazısının necə yazılması insanı dünyaya gələndən-gedənə qədər qarabaqara izləyir və onu yazıdan kənara çıxmağa qoymur.

Haqqında söz açmaq istədiyim Yetim Paşa da məhz belə bir tale yaşamış insanlardandır. Ömrünün 90 ilin başa vuran bu kişinin dünyaya gəldiyi gündən başlayıb onun qaradan qara günləri. Dünyaya gəldiyi gündən dedim. Bəli. O, dünyaya gələn gün anası dünyasını dəyişir. Göbəyi kəsilməmiş, burnu sıxılmamış, hətta mayalanmamış körpə sınaqlarla üz-üzə gəlir...

Düşünmək belə, çətin gəlir adama. Axı o, ana südüylə mayalanmalı idi. Ana da ölmüşdü artıq. Rəhmli, dünyagörmüş ağbirçəklər körpənin dadına çatır. Əlac yenə ölən ananın hələ soyumamış canına gəlir. Qarılar ağlaya-ağlaya onun döşündən bir-iki qaşıq süd sağır və uşağı mayalandırmağa nail olurlar. Yalnız bundan sonra ananı “Yağlı Gədih” deyilən bir yerdə dəfn edirlər.

Dərd bir az da böyüyür. Onların evində daha iki oğlan uşağı var imiş: birinin adı Məmməd, o birinin ki, Balagədə. Sonra o qardaşların hər ikisi İkinci Dünya müharibəsinə gedib qayıtmayıblar. Adlarını nəvələri daşıyır indi (Yetim Paşa bu sətirləri yazanın ata nənəsinin qardaşı oğludu - G.T.). Başqa bir ailənin gəlini olduğuna baxmayaraq, gəlir bu balaca Paşanı əmizdirir. Qismətə bax ki, südəmər uşağı olmayan bu qadının döşünə süd gəlir. Və həmin gəlin Tükəzban arvad da ömrünü bu uşaqlara bağlayır. Onun yeganə qızı Cahan da bu yetimlərə bacı olur. Sonra bu yetimlərin atası da ölür. Bu qədər kədər, qəm, ağrı və iztirablar içində tək çarpışan Tükəzban nənə bütün çətinliklərə sinə gərir, körpə yetimləri udmağa çalışan fəlakətə üstün gəlir.

Həddi-bülluğa yenicə çatan bu üç yetim qardaşı qanlı müharibə qarşılayır. Onların hər üçü cəbhəyə gedir (bəlkə onlar vuruşmaq, döyüşmək, müharibə etmək anlayışına da sahib olmamışlar o zaman). Dediyimiz kimi, iki böyük qardaşın yolu gedər-gəlməzə imiş sən demə. Paşa qardaşlardan da yetimlik payını alır. O, özü də döyüşün ən çətin yollarını keçir. Neçə yerindən güllə yarası alır. Yaraları hələ sağalmayan Paşa sonralar arxa cəbhəyə göndərilir. Qələbə sorağını Kiyevdə eşidib. Onda bir daha qəhərlənib Yetim Paşa. Yurda -Azərbaycana, Qazaxın İncə dərəsində olan doğma Kəmərli elinə dönəcəyinə inandığı üçün ağlayır bu dəfə. Həm də könlündən qardaşlarına qovuşmaq keçir onun. Amma sən saydığını say, gör fələk nə sayır...

Təqaüdünü vaxtlı-vaxtında alır. Veteranlara verilən paydan də alır Yetim Paşa. Amma Allaha şükürlər olsun ki, oğullu-qızlı, nəvəli-nəticəlidir. Amma onun qulluğunda duran gəlini Fatma xanımdan çox razılıq edir: “O, mənin ən əziz övladım, ən yaxşı əlimdən tutanımdır”. Bütün törəmələri, oğulları - Bayram, İlham, Elxan, Mehman, yeganə qızı Aybəniz xanım dədələrinin başına yığışar və onun yetim könlünü bir az da olsa, ovutmağa çalışarlar.

Lap uşaqlığımdan çox istyəyirəm Paşa babamı. O zamanlar nənəmdən (biz ona öz ləhcəmizdə “ciji” deyirdik.) soruşardım ki, Paşa babama niyə yetim deyillər? Nənəm də onu gördüyü günləri düşünər və ağlaya-ağlaya deyərdi: “Belə yetim çətin olar, ay bala, çox çətin. Onun çəkdiyi zülmlərə daş da dözməzdi, bu kişi dözdü”.
Amma Paşa babam da ağlamaqda çox ustadı ha. İşə baxın ki, bu yaşda indi də Tükəzban arvaddan, onun qızı Cahandan danışanda (mənim nənəm), ilahi, bu Yetim Paşa necə ağlayır, necə bayatılar deyir, ürək istər ona dözə. Hələ gənc yaşlarımda olanda onun haqqında çoxlarından eşitmişdim. Atamdan, anamdan, nənəmdən, Dilbər mamamdan, dədəm Əsgərdən (atamın qardaşı), Qələndər əmimdən. Ancaq heç zaman Paşa babamın könlünü bu qədər yaxından dinləməmişdim.
Soruşdum ki, bəlkə qocalıbsan deyə belə kövrəksən?
Ömür-gün yoldaşı Yetər nənəm məni dedi:
- Ay bala, mən bu kişini tanıyandan belə kövrəkdir, necə deyəllər:

Ağlaram ağlar kimi,
Dərdim var dağlar kimi.

Yetimliyin bütün ağrı-icıları bir ömürdü ki, hələ bunun canından çıxmayıb. Bu kişinin dəmir çiyinləri tab gətirib dərd dağlarının ağırlığına.Bu ara yenə kövrəlib Paşa babam, “Cahan bacımı istəyirəm” dedi. İlahi, necə kövrəldim, göz yaşımı saxlaya bilmədim. Etibara bax. Ömrünün son illərini, son aylarını, kim bilir, bəlkə də son günlərini yaşayır. İki oğul itirib, yenə Cahan bacı deyir. Onun böyüklüyünə, sədaqətinə baş əyməkdən başqa çarəm qalmır.Nələr danışdı, nələr dinlədim. Mən söhbət etdiyim adamın hüznündən bu qədər ağrı yaşayacağım yadıma gəlmir. Ancaq ilk dəfə şəhid Fariz Babanlıdan yazanda hönkürmüşdüm. Belə kişilər çox azdı. O, həm cahan müharibəsində qalib gələn əsgərlərdən olub, həm də həyatla ölüm arasında qalan ən çarəsiz zamanlarda belə, ölümün amansız pəncəsindən sağ-salamat qurtarıb və ömrün 90-cı zirvəsinə dözüm və iradə bayrağı asmağı bacarmışdı.Ayrılarkən bağrıma basdım Paşa babamı. Bircə fikir gəldi ağlıma. O ki bura qədər gələ bilib. Yüzə bircə addım qalıb. O addımı da ata bilsəydi... Onu mən düşünürəm. Amma onu Allah bilər...

Gəldin bu dünyaya dərd-qəm içində,
Nələr çəkdi başın, ay Paşa baba.
Yaşadın ömrünü min bir əzabla,
Dəryaca göz yaşın, ay Paşa baba.

Dözdün taleyinə verilən paya,
Açdın əllərini sirri-xudaya,
Bac vermədin bu vəfasız dünyaya,
Olsa da dərd qoşun, ay Paşa baba.

Ac oldun, namərdə möhtac olmadın,
Yersiz boşalmadın, yersiz dolmadın,
Dərdə məlhəm oldu qohumun-yadın,
Ağrılar sirdaşın, ay Paşa baba.

Sən qəmlərin sinəsini dağladın,
Ələmlərin gözlərini dağladın,
Həqiqət axtardın, haqq soraqladın,
Doğruluq qardaşın, ay Paşa baba.

Öz yolun var imanında-dinində,
El var olsun yaxşı-yaman günündə,
Güllü qızın duaçıdı yanında,
Kaş, olsun yüz yaşın, ay Paşa baba.

Güllü Tomarova,
Bakı-Qazax-Kəmərli-Bakıскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Unterscheidung Levitra Dog Throat Infection Cephalexin How Long Does Levitra Work opiniones sobre priligy Viagra Jovenes Cialis Duree Traitement Comprar Cialis Malaga