Şahzadə ailəsi yeni doğulmuş körpəsi ilə şəkil çəkdirib



Xəbər verdiyimiz kimi, İsveç şahzadəsi Karl Filipplə xanımı Sofiyanın aprelin 19-da övladı dünyaya gəlib.

Analoq.Az xəbər verir ki, “Qafqazinfo”nun Rusiya mətbuata istinadən məlumatına görə, mayın 13-də Karl Filippin 37 yaşı tamam olub.

Krallıq bu münasibətlə şahzadənin həyat yoldaşı Sofiya və körpəsi Aleksandr Erik Bertil Ubertus ilə ilk rəsmi fotolarını yayıb.

Qeyd edək ki, İsveç kral ailəsində 1800-cü ildən bəri ilk dəfədir ki, bir körpəyə Aleksandr adı qoyulur. Körpə həmçinin, Södermanland hersoqu titulunu da qazanıb.

Xatırladaq ki, cütlük körpənin şəklini doğulandan bir neçə gün sonra sosial şəbəkədə paylaşmışdı.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi