İranda “Dədə Şəmşir Festivalı” keçiriləcək



Sənan SADIQZADƏ,
“Yenilik Press” qəzetinin redaktoru

Dədə Şəmşir oğlu ziyalı Qənbər,
Açılıb baharı yazı Şəmşirin.
Aşıqlar sazında, xoş avazında,
Gəlibdi İrana özü Şəmşirin.

Bilir Göyçə, Təbriz, Urmu sərasər,
Şeiridə möhrünü vurdu Kəlbəcər.
Alp dağından bəri Qafqaza qədər,
Görünür sənətdə izi Şəmşirin.

Fərman Fərzi, Hafiz, Çəngizin sazı,
Əkbərin, İmranın sirin avazı,
Səmd Vurğun zirvəsinə Şəhbazı,
Çatmağa gərəkdi sözü Şəmşirin.
Azərbaycan aşıq sənətinin korifeylərindən biri olmuş, hələ sağlığında dədələşən, təkcə el-obanın, mahalın deyil, şeir-sənət dünyasının Dədə zirvəsinə ucalan və elə bu ucalıqdan Azərbaycanı vəsf edən Dədə Şəmşirin yaradıcılığı son illər Türk-Turan ellərində daha çox diqqət çəkməkdədir ki, bunun səbəbləri az deyil. Həmin səbəblərdən ən əsası xalqımızın saza-sözə, xüsusən ustad sözünə, sənətinə məhəbbətdir.
Dədə Şəmşirin dünyaya göz açdığı Ağdaban kəndi və Kəlbəcər də Xocalı kimi, erməni vandalları tərəfəndən, hətta, iki dəfə odlara qalandı. Kənd demək olar ki, yer üzündən silindi, əhalisi yandırıldı, odlara qalandı, salamat qalanları isə yağı tərəfindən yağmalanan yurd-yuvasından perik salındı, didərgin düşdülər. Amma qədirbilən xalqımız Dədə Şəmşiri nəinki unutmadı, əksinə, onu daha tez-tez andı və yaradıcılığına dəyər verdi.
Şimalda olduğu kimi, Dədə Şəmşirin yaradıcılığı cənubda, qonşu İran İslam Respublikasında da diqqət çəkməyə başladı. Bu da ilk növbədə ondan irəli gəlir ki, artıq İranda da aşıqlarımızın birliyini ifadə edən, onları vahid məqsəd və mərama istiqamətləndirən təşkilat yaradıldı. Bu əvəzolunmaz xidmətin müəllifi, səbəbkarı Aşıq Səlcuq Şəhbazidir. Rəsmi şəkildə İran Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri Aşıq Səlcuq Şəhbazinin verdiyi məlumata görə, may ayının 24-də İranın paytaxtı Tehran şəhərinin “BƏHARAN” mədəniyyət sinama və musiqi salonunda DƏDƏ ŞƏMŞİRin adına beynəlxalq tədbir - festival keçiriləcək.
Bu tədbirə İranın əksər bölgələrindən aşıqlar qrupu dəvət olublar. Festivalda qardaş Türkiyə, Azərbaycan və Gürcüstandan aşıq dəstələri çıxış edəcəklər. Proqram əsasən Dədə Şəmşirin şeirlərindən ibarətdir.
Aşıq Səlcuq Şəhbazi onu da bildirdi ki, bu festivala hazırlıq 3 aydan çox vaxt aparıb.
İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şəhbazi onu da dedi ki, festivalda ən yaxşı ifaçı və ustad ozanlara “DƏDƏ ŞƏMŞİR DİPLOMU” veriləcək.
Festivalda nazirlər və müavinləri, eləcə də millət vəkilləri, şəhər rəsmiləri və bir neçə dövlətin İrandakı səfirləri də dəvət olunublar.

شمشیرین

دده شمشیر اوغلو زیالی قنبر،
آچیلیب باهاری یازی شمشیرین.
عاشیقلار سازیندا خوش آوازیندا
گلیبدی ایرانا اؤزو شمشیرین.

بیلیر گؤیچه تبریز اورمو سراسر،
شعرده مهرونو ووردو کلبجر،
آلپ داغیندان بری قافقازا قدر،
گؤرونور صنعتده ایزی شمشیرین.

فرمان فرضی، حافظ چنگیزین سازی،
اکبرین امرانین سیررلی آوازی،
صمد ورغون زیروه¬سینه شهبازی،
چاتماغا گرکدی سؤزو شمشیرین.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi