• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

“UNEC ekspert” jurnalının ilk buraxılışı oxuculara təqdim olunub

“UNEC ekspert” jurnalının ilk buraxılışı oxuculara təqdim olunub “UNEC ekspert” jurnalının ilk buraxılışı oxuculara təqdim olunub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təsis etdiyi “UNEC ekspert” jurnalının ilk sayı bir neçə gün öncə öz oxucuları ilə görüşdü.
Gözlənildiyi kimi, ictimaiyyətin marağına səbəb olan jurnal aktual mövzuları ilə öz fərqini ortaya qoydu. UNEC ekspertləri jurnalda dərc olunan eksklüziv məqalələri ilə iqtisadi gündəm mövzularına şərh verməklə yanaşı, iş adamlarının yol göstəricisi funksiyasını da yerinə yetirirlər.
Dinamik dəyişkənlik nümayiş etdirən qlobal iqtisadi proseslərin ekspert səviyyəsində təhlilləri ilə zənginləşdirilən jurnalda milli iqtisadiyyatla bağlı məqamlara xüsusi yer verilib. Milli iqtisadiyyatın formalaşması və inkişafı məsələsinə toxunan müəlliflər monetar siyasət, investisiya cəlbediciliyi, azad sahibkarlığın stimullaşdırılması nüanslarını geniş təhlil edib, oxuculara ən son statistik informasiyaları çatdırıblar.
Nəfis tərtib olunan jurnalda neftin qiymətinin dəyişkənliyi, ixrac potensialı, ticarət tərəfdaşlıqları və investisiya məqsədli vergi krediti mövzuları ilə də yaxından tanış olmaq mümkündür.
Biznes mühitində insan amili ilə bağlı mövzuların da yer aldığı məqalələr oxucuların mütaliəsinə verilib. Dayanıqlı iqtisadi inkişaf strategiyasının formalaşmasında standartlaşmanın və sertifikasiyanın rolu ilə bağlı mövzularla maraqlananların diqqətini çəkən informasiyalar da jurnalda yer alıb. Eləcə də iqtisadi qərarların qəbul edilməsinin bioloji əsaslarını tədqiq edən neyro-iqtisadiyyat barədə xüsusi məqamlar da biznes oxucuları üçün maraq doğuracaq.
Beləliklə, “UNEC ekspert” oxucuları jurnal vasitəsilə iqtisadiyyatın və biznesin aktual məsələlərinə ölkənin aparıcı iqtisadçı alimlərinin münasibət bildirdiyi və təkliflər irəli sürdüyü unikal intellektual meydana çıxış əldə edə biləcəklər.
Həmçinin oxucuların ekspertlərlə əlaqələrinin təmin edilməsi və suallarının cavablandırılması məqsədilə UNEC-in “Diskurs.az” virtual iqtisadi forumunda jurnalın hər sayı işıqlandırılacaq.
azerbaijan-news.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV