Miniatür Kitab Muzeyinin Gəncə filialı açılıb



Gəncənin mərkəzində, Heydər Əliyev adına meydanda Miniatür Kitab Muzeyinin filialının açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə Salahova, Milli Məclisin deputatları, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə məlumat verilib ki, kitab muzeyində ümumilikdə 15 vitrində 29 ölkədə yüksək poliqrafik səviyyədə nəşr edilən müxtəlif mövzularda 1018 nüsxə mini kitab nümayiş olunur.
Muzeyin ekspozisiyaları ilə tanışlıq Azərbaycanda nəşr olunan kitablarla başlayır. Burada ümummilli lider Heydər Əliyevin “Vətənə, dövlətə sədaqət andı” adlı miniatür kitab, ulu öndərin tarixi xidmətlərini, müstəqil Azərbaycan Respublikasının həyatında baş verən mühüm tarixi hadisələri, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini, Azərbaycanın klassik ədəbiyyatını, elm və incəsənətini işıqlandıran miniatür kitablar toplanıb.
Muzeyin Gəncə filialında, həmçinin xarici ölkələrdən olan görkəmli siyasətçilərə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr olunan, dünya ədəbiyyatının nadir incilərini əks etdirən miniatür nəşrlər və rəngli illüstrasiyalı uşaq miniatür kitabları sərgilənir. Burada miniatür dini kitablar, o cümlədən ekspozisiyanın 15-ci vitrinində 1672-ci ildə Səudiyyə Ərəbistanında çap olunan Quran nümayiş etdirilir.
Ekspozisiya zalında ulu öndər Heydər Əliyevin “Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir” sözləri yazılan guşədə Azərbaycan və xarici ölkələr, beynəlxalq qurumlar tərəfindən Zərifə Salahovaya təqdim olunan mükafat və təltiflər sərgilənir. Burada, həmçinin Miniatür Kitab Muzeyinin və onun yaradıcısı Zərifə Salahovanın səmərəli fəaliyyətini əks etdirən rəngli fotoşəkillər də yer alıb.

azerbaijan-news.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi