• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Şair Osman Sarıvəlli ilə şair Novrüzun deyişməsi

Şair Osman Sarıvəlli ilə şair Novrüzun deyişməsi Şair Osman Sarıvəlli ilə şair Novrüzun deyişməsi Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndi tarixən Borçalının Kirəc Muğanlı
kəndi ilə çox yaxın olublar. Bu iki kənd arasında çoxlu qohumluq münasibətləri
var. Qız verib, qız alıblar. Hər iki kənddə görkəmli ziyalılar olublar. Həmin ziyalılar bir-biri ilə çox yaxın və mehriban dost olublar. Azərbaycanın Xalq şairi
Osman Sarıvəllinin Kirəc Muğanlıda çoxlu dostları və qohumları olub. Böyük şair
mütamadi bu kəndə gələr bütün qohumlarını axtarard onların vəziyyətləri və yaşayış tərzləri ilə tanış olardı. Muharibənin qurtarmasının birinci ili tamam olur.
1946-ci ilin bir payaz günləri imiş. Kənd camaati sahələrində əkib-biçdiyi məhsullari soyuqlar düşməmiş yığıb qurtarmağa çalışırdılar. Yeni-yeni camaat özünə gəlirdi, davaya gedənlərin bir qismi qayıdıb gəlmışdi. Bir çoxunun da qara
kağızları gəlmişdir. Bu dövürdə Kirəc Muğanlı kolxozuna bacarıqlı təsərrüfatçı
İskəndər Abdullayev başçılıq edirdi. Payız olduğundan kənddə toy mərasimləri
başlamışdı. Beş il əziyyət çəkən kənd camaatı axır bu günləri çoxdan gözləyirdı.
Bu gündə gözəl ziyalı, mollanəsrəddinçi Həsən Məcruhun evində toy mərasimi idi.
O, qızını öz kəndlərində ziyalı bir oğlana gəlin köçürürdü. Bu gün şair Məcruhun
evində məclisiydi bütün kənd əhli toy evində yığışmışdı. Elə bu vaxtlar soyuqlu bir gündə, axşam üstünə yaxın Xalq şairi Osman Sarıvəlli Kirəc Muğanlıya gəlir. Onun məqsədi xeyli vaxtdı görmədiyi maması oğlu (Borçalıda bibiyə mama deyirlər) İskəndər Abdullayevin yanına dəymək onun vəziyyəti ilə tanış olmaqdı. Kolxozun vəziyyətlə tanış olmaq camaatın güzaranı ilə halı olmaq, bir sözlə Kirəc Muğanlı qohumlarını yaxından gormək idi. O, əvvəlcə uzun müddət burda kolxoza rəhbərlik edən öz maması (bibisi) oğlu İskəndər Abdullayevgilə gəlir. Axam üstü olduğundan naxırdan qayıdan mal qara öz qapılarana gəlir. Şair maması oğlunun həyatına daxil olur, baxır ki, evdə heç kəs yoxdur. Soyuqlu bir hava olduğundan həyətdə olan mal-qaranı sürücüsü ilə dama salıb bağlayır. Sonra evə daxil olur. Baxır ki, südü bişirib ancaq qatıq çalmayıblar. Tez çalasını tapır ilıq südü qatıq çalır.
Bərk açdığından özü çörək pendir alıb yeyir üstündən də bir dolça su içir. Sən demə şair ən çox ərk etdiyi maması oğlunun evinə xəngəl yeməyə gəibmiş. Bir
xeyli gözləyir görür ki heç kim gəlməyir. Bərk dilxor olan şair götüb qələm-kağızı
maması oğlu İskəndərə belə bir şeir yazır:
Yenə unutmadım səni,
Yada saldım ay mama oğlu.
Abad olmuş evinizdə,
Qonaq oldum ay mama oğlu.

Bu kəndin ayaz-boranı,
Bürüyüb dağı-aranı,
Qapınızda mal-qaranı,
Dama saldım ay mama oğlu.

Çıxıbdı bu kəndin adı,
Damağımda qalıb dadı,
Çörək-su verən olmadı,
Özüm aldım ay mama oğlu.

Evinizdə qonağıq biz,
Axşama tək gözlədik düz,
Gördüm soyumuş südünüz,
Qatıq çaldım ay mama oğlu.

Qışın bu ayaz günündə,
Kəsmədiniz iki kündə,
Muğanlıda bircə gündə,
Lap qocaldım ay mama oğlu.
Şair şeiri stolun üstünə qoyub çıxıb gedir. Axşamdan xeyli keçmiş İskəndər müəllim evə gəlir baxır ki, mal-qara yerinə bağlanıb. Çox təccüblənir ki, bunu kim edə bilər. Tələsik evə daxil olurki isti paltosunu çıxartsın. Bu vaxt stolun üstündə bir kağız görür, baxırkı şeirdi, götürüb oxuyur. Biləndə ki, dayısı oğlu Osman bura gəlib onu tapmayıb lap dəli olur. Müharibə olduğundan bir il olar ki, onu görməyibmiş. İndi gəlib onu tapmadan çıxıb getməsi İskəndəri çox məyus edir.
Gecə bir təhər yatır. Sabah tezdən durub qonşu Qaçağan kəndinə gedir həmikarı kolxoz sədri Muxtar Qara oğlu ilə görüçür, başına gələn hadisəni ona danışır. Mxtar kişi ona məsləhət görürkü şair Novruzun yanına getsin bu şeirə bir qabaqlama yazdırsın. İskəndər axtarıb şair Novruzu tapır hadisəni necə olmuşdu
ona nəql edir. Novruz müəllim bir az tərəddüd edir böyük şairə necə cavab yazsın.
Sonra üzünü İskəndərə tutub iki gün vaxr istəyir. İskəndər Abdullayev razılaşıb
geri Kirəc Muğanlıya qayıdır.
Novruz İbrahim oğlu İsmayılov (Şair Novruz) 1917-ci ildə anadan olub. Qaçağan
7-illik məktəbini qurtardıqdan sonra o 1938-ci ildə Borçalı türk pedaqoji texnikumunu bitirmişdir. Müharibə içtirakçısıdır, hərbi xidmətinə görə bir çox
orden və medallarla təltif olunmuşdur.
O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. O, ali təhsil alandan sonra Gürcüstanın Saqareco rayonunun Yor Muğanlı orta məktəbində əvvəl müəllim, sonra tədris hissə müdiri işləmişdir. Novruz müəllim iki il burda işlədikdən sonra
Qaçağan orta məktəbində öz müəllimlik fəaliyyətini davam etdirmişdir. O, müəllimliklə yanaşı həm də bədii yaradıcılıqla məşğul olmuş çoxlu ictimai-sosial məna
daşıyan gözəl şeirlər yazmışdır.
Novruz müəllim, şairliklə, müəllimlikl yanaşı həm də gözəl rəssamdır-memardır
desək heç də yanılmarıq. Ona el arasında “usta Novruz”da deyirlər. Onun qəbir daşları üzərində düzəltdiyi müxtəlif memarlıq nümunələri çox tədqirəlayiq bir hal
kimi qəbul olunmuşdur. Qaçağan kənd qəbristanlığında, elıcə də qonşu kəndlərin
qəbristanlığında Novruz müəllimin yüzlərlə memarlıq nümunəsi var. Pərioğulular
nəslinin böyük bir nümayəndəsi kimi Novruz müəllim bir şair-rəssam kimi ətraf
bölgələrdə böyük ad şıxardaraq elin-obanın hörmətini qazanmışdır. Ona görə də
o dövrdə bir el şairi kimi tanınan Novruz müəllim Osman Sarıvəllinin şeirinə cavab yazmağa özündə çürət tapır:
İki nəfərlə sən bizə,
Oldun mehman ay dayı oğlu.
Qoşduğunuz tərifləri,
Bildi hər yan ay dayı oğlu.

Bu kəndin ayaz- boranı,
Sevmir soyuqdan qorxanı,
Sənin kimi növcavanı,
Etdi giryan ay dayı oğlu.

Almayaydın bu bərbadı,
Tanrı vursun pis arvadı,
Nə yedin ki, bilən dadı,
Oldum peşman ay dayı oğlu.

O, zaman ki, südüm bişdi,
Xəyalından nələr keçdi,
Qatıq meylinəmi düşdü,
Eylə bəyan ay dayı oğlu.

Əyər düşsə meylinizə,
Unutmayın gəlin bizə,
Qonaq olun süfrəmizə,
Küsmə dayan ay dayı oğlu.
Şeir, Osman Sarıvəlliyə çatan kimi, dərhal Kirəc Muğanlıya maması oğlu
İskəndərin evinə gəlir. Şair ona cavab yazan oğlanı axtarır. Novruz
müəllimi və elin sayılıb seçilən ziyalılarını, ağsaqqallarını bura dəvət edirlər,
böyük məclis quruluq və küsülülər, dayı oğlu, mama oğlu qucaqlaşıb,
öpüşüb barışırlar.


Səyavuş Uyğun,
Şair-publisist
zim.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV