Dərviş Cavanşir



ELƏ BİL YUXU GÖRÜRƏM

Bu sənsənmi,yoxsa mələk,
Elə bil,yuxu görürəm.
Yayını gizlətmə,fələk,
Atdığın oxu görürəm.

Külək vurur,qar oynuyur,
Başındakı şal oynuyur.
Budağında nar oynuyur,
Sinəndə ahı görürəm.

Gizlətmə məndən üzünü,
Dumannan,çənnən üzünü.
Onsuz da gendən üzünü,
Görürəm,yahu,görürəm.
15.09.1998

DƏLİ
Oyna deyirdilər,dəliyə,oyna!
Oyna deyirdilər,dəliyə,oyna...
Əgər oynamasan,
başını əzərik yoxsa bu daşla...
Dəli də əlinə daş yığa-yığa,
qaçırdı torpaq yollara...
bəlkə torpaq yolda
onu daşlamağa daş tapmadılar.
Şeytan daşlamağa Allah evində
daş tapılırsa,
bir yetim başını əzməyə
quru səhrada da kəsək tapılar....
1998

SƏNİ AND VERİRƏM
Səni and verirəm
yandırdığın şama,
qərib olduğumu
heç kimə demə...
Gecələr
şam işığında
mənim üzümə
salavat düşür...
Pərvanələrin dilini
anası da bilmir
şam işığı
bilən qədər.
Odlu-odlu danışmağı
pərvanələrdən öyrənmişəm,
sevməyi də eləcə...
Gecələr
şam işığında
orucağız analar
oxuyar duamızı...
Ayrılaq deyirsən,ayrılaq...
İydələr çiçəyini
tökdü neylədim,
sən ayrılsan,neyləyim?
Səni and verirəm
yandırdığın şama
qəribolduğumu heç kimə demə...
1989скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi