• 13:11 – 210 nömrəli məktəbdə 20 yanvar faciəsinə həsr olunmuş dərs 
  • 15:06 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb 
  • 22:12 – Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı 
  • 11:09 – Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar 
  • 20:36 – Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir 
  • 17:57 – Sumqayıt Dövlət Universitetinin tarixi və inkişafı 
  • 17:48 – Tanınmış şairin anım günü keçiriləcək 
  • 01:37 – Une pétition lancée à Paris relative à la libération des Azerbaïdjanais pris en otage par les Arméniens 

OSMAN SARIVƏLLİ

OSMAN SARIVƏLLİ OSMAN SARIVƏLLİ
SEVDİYİM

Yaman yerdə suya düşür yelkənim,
Batır gəmim burulğana, sevdiyim!
Qışqırıram, harayıma gələn yox,
Səsim çatmır heç bir yana, sevdiyim!

Qərq oluram, elə baxma kənardan,
Kəmənd zülfün atıb, çıxar bu dardan.
Ya xilas et məni qanlı sulardan,
Ya özünü sal tufana, sevdiyim!

Nə bacıya, nə qardaşa söylədim,
Nə həmdəmə, nə sirdaşa söylədim,
Dərdimi torpağa, daşa söylədim,
Heç demədim bir insana, sevdiyim!

Qanadlı rüzgardan, uçan küləkdən
Əllərim qoynumda soruşuram mən...
Bir insan varmı ki, səni ürəkdən
Mənim tək anlaya, qana, sevdiyim!

Eşit sorağımı yellər əsəndə-
Nə olar, mən ölsəm gey də, bəzən də.
Bir əlim torpaqda, bir əlim səndə
Ayrılıram yana-yana, sevdiyim!скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV