• 18:30 – Sadlq Qarayev:“Mənim əsərimi təhlil etmək gücündə olan tənqidçi yoxdur” 
  • 17:00 – İsrail rəsmisi Ermənistandan imtina etdi 
  • 14:30 – Əli Mirəliyev:"Müğənnilər efirdə qısa geyinir, sinələrini açıq qoyurlar..." 
  • 13:00 – ABŞ-ı həyacanlandıran silah 
  • 11:00 – Vyetnam prezidenti vəfat edib 
  • 10:00 – Mehriban Əliyeva NATO baş katibinin müavini ilə görüşüb 
  • 21:00 – Vüsal Əliyev məndən 1300 dollar aldı qaytarmadı-Efirə çıxan tamaşaçı 
  • 13:30 – Galenvagen” “protiv” gedir, Binəqədi polisi inkar edir 

Quranda şeir yazmaq və şairlər barədə

Quranda şeir yazmaq və şairlər barədə Quranda şeir yazmaq və şairlər barədə Sual: Qurani-Kərim şerə necə baxır? Bu kitabda şer yazmaq və şairləri pisləyən bir ayə var? Peyğəmbərin hədislərindən hər hansı biri şairləri pisləyirmi?
Cavab: İslam dini İslama və əxlaqa zidd olmayan müsbət mahiyyətli şeri bəyənmiş və buna həvəsləndirmişdir. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə buyurub:

“Şerin bir hissəsi hikmətdir”.1

Buna əlavə olaraq başda Buxari olmaqla bir çox hədis kitabında belə bildirilir ki, peyğəmbərimiz şəxsən özü şer demiş, Həsən bin Sabit və Amir bin Əl-Əqva kimi bəzi şair əshabələrinə də bu məsələdə icazə vermiş və həmin şerlərə özü də qulaq asmışdır.

Amma şer neqativ bir xüsusiyyət daşıdığı vaxt zərərli hesab olunub və pislənib. İnsanları pis yola aparan şerlə əlaqədar olaraq Quranın Şüəra (Şairlər) surəsində belə deyilir:

“O şairlərə gəlincə, onların dalınca ancaq azğınlar gedərlər. Görmürsənmi, onlar hər sahədə həddi aşıb gedirlər. Həm də görməyəcəkləri işi dillərinə gətirirlər (deyirlər)”. (Şüəra, 26/224-226)

Amma İslama və əxlaqa zidd şer deməyən ya da yazmayan şairlər istisna təşkil edirlər:

“Ancaq iman gətirən, yaxşılıq edən, Allahı tez-tez zikr edən və haqsızlığa məruz qalanda intiqam alan şairlər belə deyillər. Haqsızlıq edənlər necə yıxılacaqlarını görəcəklər (hansı dönüşlə döndəriləcəklərini, aqibətlərinin necə olacağını) mütləq biləcəklər”. (Şüəra, 26/227)
ANALOQ.AZскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV