Eldən-elə, dildən-dilə: Nə qələm söz tapır, nə dilim kəlmə

Eldən-elə, dildən-dilə: Nə qələm söz tapır, nə dilim kəlmə


Məhəmməd NƏRİMANOĞLU,
AMEA-nın doktorantı , Avrasya Senet Kültür ve Edebiyyat Fedarasyonunun və AJB-nin üzvü, “Yeni bəşər”, “Yenilik press” dərgilərinin baş redaktoru, Məmməd Araz və “Qızıl qələm” ali mediya mükafatları laureatı, şair-publisit

Vətəni – Azərbaycanını bağrına basan şair-aşıq, yaradıcı, ustad Səlcuq Şəhbazini olduğunu tanıyırıqmı?
Eldən-elə, dildən-dilə: Nə qələm söz tapır, nə dilim kəlmə
Vətən! Bu bircə kəlmə sözün əzəmətinə, gücünə, dəyanətinə, şirinliyinə bax ki, səni bu dünyaya gətirən ana ilə adı qoşa çəkilir. Bu iki məfhum qoşalaşanda – Ana Vətən yaranır. Ananın südü o zaman halal olur ki, Vətəni Ana kimi qoruyasan, qəlbin daim onun nəbzi ilə birgə vursun.
Vətənə vətəndaş olmaq üçün əsas şərt o deyil ki, orada yaşayasan, onun havasını udub, suyu ilə təşnələnmiş sinəni soyudasan, yağışında, tufanında, boranında donasan, dağlarının gədiklərində, qayalar başında heykələ dönəsən.
Bunlar onsuz da hər kəsə nəsib olmayan bəxtəvərlikdir. Çünki Vətənin hər daş-qayasını, çöl-çəmənini od baxışlarınla oxşayırsan. Deməli, Vətən daşının, qayasının mamırı olmaq qürbət həsrətini yaşamamaq deməkdir. Sevimli şairimiz Məmməd Araz məhz bu baxımdan Azərbaycan təbiətinin hər qarışını, gülünü-çiçəyini, çölünü-çəmənini misralarında çələngə çevirmişdir. Məmməd Aslan isə özünü «təbiətin süd qardaşı» saymışdır.
Fikrimizi dağda-daşda qoyub qayıdaq Azərbacan xalqını dünyanın harasında olsa belə belə qəlblərində yaşadanların Vətən sevgisinə…
Həsrətini, hicranını yaşadığımız ellərimizdən gələn hər səs bizi qəhərləndirib, ağladıb, göz yaşlarımız qəlbimizə, köksümüzə süzülüb. Dilimizi qabar edən qadağalar bizi onlardan, onları bizdən ayrı salıb, zaman-zaman…
Azərbaycanın imperiyalar siyasətinin qurbanına çevrilərək paralanması Ulu Öndərimiz Heydər Əliyevin «cənub mirvarisi» adlandırdığı Astarada bu gün də özünü göstərməkdədir. Bu cənub şəhərinə qədəm basanlar, bir şəhərin iki hissəyə paralanmasını görənlər bir çöpü də ikiyə bölməyə qorxur. Sevimli şairimiz Söhrab Tahir isə həmin ağrıya cavab olaraq yazır ki,

İkiyə bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölə bilmirəm.

Bu dərd-səri illərlə qəlbində və baxışlarında yaşadanlarımız az deyil. Onların arasında dili nəğməli-haraylı, sinəsi sazlı-sözlüləri daha çoxdu desək, fikrimiz aydınlaşar. Uşaq yaşlarımdan radioda Təbriz aşıqlarını dinləyərkən göz yaşlarımı saxlaya bilməmişəm, indiki kimi. Təbrizdə doğulub ona həsrət qalan, Kəlbəcərdə ömrünü iki oğluna – Nərimanla Əliyə tapşıran Xədicəxanım nənəmi xatırlayıram. Doğrudur, o, bu azad dövranı görmədi, cənub həsrətli doğmaların zaman-zaman qarğış tökdükləri Arazdan keçib bir-birilərini bağrına necə basdıqlarını görmədi, amma bir dilək dilədi ki, biz də doğamalarımıza qovuşaq o tayda.
Mən hələ qovuşmasam da, Astarada bir hündür binanın üstündən o taykı Astaraya boylananda sanki hamə mənə əl elədiyini hiss elədim. Yox, bu da hələ xəyal kimidir, özümü ovundururam. Amma İrandakı xalqımızın saz-söz sənətini qoruyub saxlayan aşıqlarımızı bir ocaq başına toplayanlradan mənə dəvət gəldiyini eşidəndə, lap elə ötən il Türkiyəyə səfər edərkən keçirdiyim kövrək hisslər məni ağuşuna aldı.
Bəli, İranda bütöv Azərbaycan həsrətli daha bir Vətən oğlumuz da var ki, son illər daha yaxından tanımağa başlamışıq. O, Vətənin təəssübünü çəkən, adını şərəfləndirən, şöhrətini hər yana yayan, Təbrizimizin adına dastanlar qoşan, bu adla coşan, dağları-daşları aşan və onu çox sevən, Məmməd Aslan demişkən, gözləri Təbrizin və Bakının bar parçası olan, İran Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri, ustad Aşıq Səlcuq Şəhbazidir.
Mərhum şairimiz, sağlığında Qorqudlaşan Məmməd Aslanımız yazırdı: «Həsrətli, hüznlü, dünyası uçuna-uçuna danışan Təbrizdimi?! Yoxsa bir zərrə hürriyyətini tapsın deyə, qəlbindən keçəni cəmiyyət arasında deməyə haqqı çatsın deyə, çöllərə düşmüş, cəlayi-vətən olub Avropanın qapısında naçar-naçar boyun bükmüş bir Təbriz övladının nəfəsindən qalxan püskürtümü bu»?!
Onu Türk dünyası,Turan elləri yaxşı tanıyır. Çox şükürlər ki, artıq qapıları üzümüzə açılmış Tehranda, Təbriz və Ərdəbildə, Urmiya və Şiraz da... yaxşı tanıyır, bəs biz necə, Vətənin daşı-qayası, torpağı, suyu üçün illərlə arzularına yol açan, sonra isə qol açıb Vətəni – Azərbaycanını bağrına basan şair-aşıq, yaradıcı, ustad Səlcuq Şəhbazini olduğunu tanıyırıqmı? Elə isə tanıyaq və Turan ellərinə də tanıdaq...
Aşıq Səlcuq Şəhbazi 1962-ci ildə qış fəslinin ilk ayından 6 gün keçmiş Miyananın Ağcaqışlaq kəndində dünyaya göz açıb. 1975-ci ildə Şükür kişi Tehrana köçərək Nemətabad məhəlləsində məskunlaşır. Səlcuq bir gün görür ki, qonşuda fərş dükanında bir aşıq yaxşı saz çalıb oxuyur, camaat da yığılıb ona qulaq asır. Səlcuq utana-utana gəlib dükanın yanında dayanır, aşığın sazına, sözünə qulaq asır. Burda olanlardan biri Yadullaya deyir ki, aşıq, İmamzadə Həsəndə Qatar körpüsünün yanında bir sazbəndlə tanış oldum. Çox gözəl saz bağlayır və gözəl də saz çalır. Lap bulaq kimi qaynayır.
Aşıq Yadulla soruşur ki, adı nədir? Cavabında deyir ki, Aşıq Əvəz.
Aşıq Yadulla deyir:
- O, mənim ustadımdır. Ondan üstün nə o tayda, nə də bu tayda bir aşıq yoxdu. Ancaq aşıqlığa getmir.
Bunu eşidən Səlcuq öz-özünə dəyir ki, nə gözəl oldu, sabah gedib ustad Aşıq Əvəzi tapacam və ondan aşıqlıq dərsi alacam. Səhəri gün o, gedib ustad Əvəzi tapır və deyir ki, ay ustad, mən aşıqlıq sənətini çox sevirəm, aşıq olmaq istəyirəm:
- Ancaq atam bilsə, məni əvə qoymayacaq. Mən nə ədim?
Ustad Əvəz dəyir:
-Bir hava çalıram, onu oxu, sənin səsini dinləyim, sonra deyərəm neyləyərsən.
Ustad Əvəz bir hava çalır, Səlcuq da oxuyur. Ustad Əvəz Səlcuqun səsini çox bəyənib dəyir:
-Oğul! Bundan belə mənim mağazam sənindi. Vaxtın olanda gəl, həm saz bağlamağı, həm də saz çalmağı öyrədim. Saz almaq lazım deyil. Sən hər gün də gəlsən mən sənə dərs verərəm. Həç kimə də demə. Bir gün hamı görər ki, sən böyük sənətkarsan. Onda atan sənin saz çalıb oxumağından zövq alar, mən də sevinərəm.
Səlcuq dörd il aşıq Əvəzdən aşıqlıq dərsi alır. Nə atası bilir, nə də camaat. Bir gün ustadına deyir:
-Ay ustad! Mən sabahdan əsgər gedirəm.
Ustad şəyirdi Səlcuğa xeyir-dua verir. Səlcuq ustaddan ayrılır, 1980-ci ildə əsgər gedir. İki il əsgərlikdən sonra gəlir görür ki, ustadı dünyasını dəyişib. Sazsız qərarı gəlməyən Səlcuq gedir Tehranın Xaksifid məhəlləsində Çirişanlı Aşıq Hüseyn Əsədnən tanış olur. Sonra Çingiz və Fərrux Mehdipuru gətirir Nəmətabada. Bir neçə il onlardan saz bağlamaq və çalmaq öyrənir. Bir vaxt Şükür kişi görür ki, oğlu həm saz çalır, həm də saz bağlayır. 1988-ci ildə Səlcuq başlayır aşıqlığa.
Bir-iki ilin içində Tehranda və bütün Azərbaycanda Səlcuğun saz mağazası və çalıb-oxuması dillər əzbəri olur. Hər yandan gəlirlər saz almağa və saz öyrənməyə. Nemətabad bir bala Bakı kimi tanınır. Bir gün profossor-doktor Məhəmməd Hüseyn (Düzgün) aşığa dəyir:
-Aşıq! Bütün xalqın yanında hörmətin var, hamı səni ürəkdən sevir. Elə mənim də könlümə yatıbsan. Bundan sonra mən səni Azərbaycanın Milli Aşığı adlandırıram və adını da Aşıq Səlcuq qoyurum.
Aşıq Səlcuq 1989-cu ildə Cənubda Azərbaycan Aşıqları Kollektivini yaradır. 1992-ci ildə Şimali Azərbaycana səfər edir. Gəncədə o, aşıq diplomuna layiq də görülür.
1999-cu ildə kollektivinin adını dəyişib “Dədə Qorqud Aşıqları” adlandırır. Çox çalışdıqdan sonra İranın radio və televizyasında aşıq musiqisini rəsmiləşdirir. 7 il radio və televiziyada cıxış edir.
Ustad sənətkar həm də yazıb-yaratmatmağı ilə dillər əzbərinə çevrilir. 2005-ci ildə “Əl səsi” adında ilk şeirlər kitabı işıq üzü görüb. 2006-cı ildə “Kitabi-Dədə Qorqud”dan Qazanxan dastanını müasir aşıq dilinə çevirib və “Dədə Qorqud Aşıqları” ilə ifa edib. Aşıq-şair Səlcuq Şəhbazinin 2007-ci ildə “Təpədən-dırnağa Azərbaycanam” kitabı Xalq şairi mərhum Zəlimxan Yaqubun yazdığı müqəddimə ilə nəşr olunub.
“Dədə Qorqud Aşıqları” 2010-cu ildə Azərbaycanda keçirilən Birinci Beynəlxalq Aşıq Festivalına dəvət olunurr. Fəstivalda “Dədə Qorqud Aşıqları”nın rəhbəri kimi çıxış edən Aşıq Səlcuq Şəhbazi həmin ildə İranda Musiqi Evində İran aşıqlarını nimayəndəsi seçilir. Elə həmin il onun “Aşıq dastanları” kitabı işıq üzü görür. 2013-cü ildə qazandığı nailiyyyət daha diqqətçəkən olur. Onun ”İran Aşıqları və ədəbiyyatı” kitabı çapdan buraxılır ki, bu da ustad sənətkarın bu sahədə 40 ildə çəkdiyi zəhmətin bəhrəsi idi.
Onu da deyək ki, ustadın özünün də aşıq sənətində yaradıcı olması bir neçə havanın müəllifi olması ilə yaddaşlara yazılır. Belə ki, o, 8 klassik aşıq havasının da yaradıcısıdır. Aşıq Səlcuq Şəhbazi İranın Musiqi Evində işləyərkən pünhan olaraq başlıyır aşıqlara bir mərkəz yaratmağa. Aşıq tam dəqiq bilirdi ki, İran aşıqlarının bir müstəqil təşkilatı olmasa, cənubda aşıq sənəti və ədəbiyyatı gündən- günə tənəzülə uğrayacaq. Nəhayət, 2015-ci ilin əvvələrində bütün sənədləri hazırlıyandan sonra o, əlaqədar təşkilatlara və dövlətə muraciət edıb və beləliklə, İran Aşıqlar Birliyinin rəsmi işə başlamasının icazəsini alıb. Beləliklə, 2015-ci il oktyabr ayının 10-da Tehranın Niyavəran Mədəniyyət Mərkəzində İran Aşıqlar Birliyinin rəsmi açılışına nail olub.
Iran Aşıqlar Birliyinin qurucusu və sədri Aşıq Səlcuq Şəhbazi 2016-cı ilin fevral ayının 14-də saz-söz xəzinəmizin incilərindən sayılan Xalq şairi Zəlimxan Yaqubun vəfatının 40-cı anım gününü Tehranın “Əndişə” musiqi salonunda İranın bir çox rəsmilərinin və Azərbaycanın İrandakı səfirinin iştirakı, 170 aşığın çıxışıyla keçirib. Bu, da, əlbəttə, o taylı-bu taylı Azərbaycan aşıqlarının ölməz şairimizə xaıq məhbbətinin ifadəsi demək idi...
Sonda ustad aşığımıza üzümü tutub qoşmanı bu taydan o taya harayladım:

USTAD
İran Azərbaycan Aşıqlar Birliyinin sədri, ustad Aşıq Səlcuq Şəhbaziyə

Bizim ellər necə olar yerində,
Daşı da daş üstə qalmayıb, ustad!
Elə dağıdıb ki, bax, qarı düşmən,
Elə bil eli də olmayıb, ustad!

Nə qələm söz tapır, nə dilim kəlmə,
Deyirlər yurdsuzsan, danışıb-gülmə.
Didsə də köksünü, dərdini bölmə,
Bir kimsə yadına salmayıb, ustad!

Buz bağladı kipriyində, qaşında,
İldırımlar şaqqıldadı başında.
Murov aşdı anam da bu yaşında,
Oğullar qısasın almayıb, ustad!

Dindirərsən, qan ağlayar gözlərim,
Buza dönər dilimdəki sözlərim.
Tapdalanıb dərə-təpə, düzlərim,
Lalə yanaqlarım solmayıb, ustad?!

Dözmürükmü illərdi biz bu dərdə?!
Dolubdu gözümə Araz da, Kür də.
Məhəmmədə çox dilədin səbr də,
Bulud da mənim tək dolmayıb, ustad! Eldən-elə, dildən-dilə: Nə qələm söz tapır, nə dilim kəlmə
Eldən-elə, dildən-dilə: Nə qələm söz tapır, nə dilim kəlmə
Eldən-elə, dildən-dilə: Nə qələm söz tapır, nə dilim kəlmə
Eldən-elə, dildən-dilə: Nə qələm söz tapır, nə dilim kəlməскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10