Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet

Telii Borçalı:"Hətta öldürsələr də"

10-07-2016, 15:21 | 6202 dəfə baxılıb.

Aşıq Telli Borçalı aznews.az-a müsahibə verib.

Sözügedən sayta istinadən müsahibəni təqdim edirik:

- Telli xanım, Azərbaycan Aşıqlar Birliyindən verilən məlumata görə, Zəlimxan Yaqub rəhmətə gedəndən sonra daha birliyə getmirsiniz. Hətta Məhərrəm Qasımlı sədr seçiləndən sonra Aşıqlar Birliyinə üzv də olmamısınız...

- Zəlimxan müəllim öləndən sonra birliyə getməmişəm. Məhərrəm müəllim yeni sədr seçilib. Mənə Gülarə xanım dedi ki, Telli, get qeydiyyatdan keç. Sadəcə vaxtım olmayıb, yəni bir səfərdən gəlib, birinə getmişəm. Vaxt edib hələ də qeydiyyatdan keçə bilməmişəm. Bu, mənim üçün problem deyil, neçə ildir Bakıda yaşayıram. Hamı bilir ki, Telli Borçalı kimdir, necə aşıqdır, harada dünyaya gəlib və s. Mən özümü gizlədən aşıq deyiləm, nəyim varsa üzdədir. Elə insanlar var ki, kameraya işləyə, dona girə bilirlər, amma mən həyatda necəyəmsə, kamera qarşısında da eləyəm. Heç nəyi ətrafımdan və xalqımdan gizlətmirəm. Axı mən niyə qaçmalıyam? Niyə maskalanmalıyam? Mənim bəzi insanlara yazığım gəlir.

- Sizcə, tez-tez gündəmə gəlməyiniz nəylə bağlıdır?

- Nə bilim. Bəlkə, şirinəm, buna görə gündəmdən düşmürəm?! (gülür) Vallah, haqqımda yazılanları oxuyub, dəli oluram, bəzən də gülməyim gəlir. Tellini gör nə qədər sevən var ki, onun gündəmdən düşməsinə razı olmurlar. Yazırlar ki, həbs olunub, polis şöbəsinə aparılıb, ərə gedib... Hamısı da yalan.

- Bəlkə, elə düşməniniz aşıqlardandır?

- Bilib və inandığım bir şey var, hər şey yaxın zamanda üzə çıxacaq. Onda bunu edən adam cavab verəcək. Qoy mətbuata informasiya ötürüb yazdırdıqlarını sübut eləsin. Görünən odur ki, kimsə qıraqdan fətva verir. Mən üzümü ona tuturam: "Ay şərəfsiz, mən axı səni tanımıram, bir məclisdə olmamışam, səninlə yol getməmişəm, hansısa bir balaca məclisdə də olsa səninlə rastlaşmamışam. Axı səni tanımıram, nə gündəsən, ay bədbəxt... Get özünə yaxşı-yaxşı bax, sonra başqasının haqqında mətbuata məlumat ötür". Belə insanların kökünü kəsmək lazımdır. Bunlarla xoş danışmaq lazım deyil. Buna görə də qanun qarşısında cavab verməlidirlər. Dünya dərəbəylik deyil.

- Orucluq ayı başa çatıb, sənət adamlarının qızğın iş dövrü başlayır. Dəvətləriniz var?

- Çox olur. Niyə də gizlədək. Amma hələlik yaydır, bir az tədbirlər azalıb. Hazırda istirahətə hazırlaşıram. Amma harada dincələcəyimə qərar verməmişəm.

- Telli xanım, sosial şəbəkələrdən istifadə edirsiniz?

- Ümumiyyətlə, heç bir sosial şəbəkədə yoxam. Nəyinsə istifadəçisi deyiləm. Qoy hamı bilsin, nə instaqramım var, nə də feysbukum. Kimlərsə mənim adımla hesab açır, ola bilsin ki, fanatımdır. Efirlərdən də müraciət etmişəm. Bildirmişəm ki, həmin hesabların mənə heç bir aidiyyəti yoxdur.

- Bu yaxınlarda sosial şəbəkələrdə bir fotonuzu yaymışdılar: "Telli Borçalı, Telsiz Borçalı". Həmin fotunu görmüşdünüz?

- Hə, görmüşdüm. Onlar səviyyəsiz, şərəfsiz adamlardır. Tək mənim deyil, xalq artistlərinin ünvanlarına nələr deyilmir. Gülyanaq Məmmədovanın həbs olunması xəbəri və başqaları. Təkcə Telli üçün yazılmır, o qədər vəzifəli şəxslər haqqında yazırlar ki...

- Həmkarlarınız və aparıcılar ləhcə ilə danışmağınıza irad tuturlar.

- Mən olduğum kimiyəm, heç nəyimi dəyişmədim, dəyişməyəcəm də. O boyda Alim Qasımov, Elnarə Abdullayeva "qadoyu alım" deyirlər. Əgər mənim dədəm, nənəm "gələjəm" deyibsə, mən necə "gələcəyəm" dəyə bilərəm?! Bu, mənə yaraşmaz, heç danışa da bilmərəm. 10 dəqiqə belə ləhcəsiz danışa bilmərəm. Hətta öldürsələr də. Əksinə, ləhcəmdən imtina etsəm, özümü gülünc vəziyyətə salaram. Necə varamsa elə də danışacağam.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Telli Borçalı həbs olunacaqmı?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

Professor sədr seçildi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının