• 02:05 – Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad 
  • 19:01 – Bərzani və Bərzanilər (2) 
  • 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 

Vüsalə Asif Süleyman: "Səni sevmək istəmirəm"

Vüsalə Asif Süleyman: "Səni sevmək istəmirəm" Vüsalə Asif Süleyman: "Səni sevmək istəmirəm" SƏNİ SEVMƏK.....



Bilirsənmi, ləpələrin sahilinə
qaranəfəs qaçmasıymış səni sevmək....
Qızılgülün qaranlıqda açmasıymış səni sevmək...
Yüz illərlə susuz qalan, cadar- cadar olmuş arxın
suyla dolub, daşmasıymış səni sevmək...
Göy üzünün dolub- dolub,
Hönkür- hönkür yağmasıymış səni sevmək...
Kor adamın bu dünyaya
əlləriylə baxmasıymış səni sevmək...
Sənə həsrət dodaqların
aynalarla öpüşüymüş səni sevmək...
Ayla günün, sübh çagında
görüşüymüş səni sevmək...
Son ümidin qığılcım tək
pərvanəni yaxmasıymış səni sevmək...
Həsrətimin vüsal adlı
sancısıymış səni sevmək...
Harda kiçik ağrı olsa,
qaçıb məni tapmasıymış səni sevmək...
Gecələri gözlərimin yuxusunun
gəlib sənin kirpiyində yatmasıymış səni sevmək...
Barmağımın şeir yazıb, öz başını qatmasıymış səni sevmək...
Ehhh, içimdə öz- özümdən qaçmagımmış səni sevmək...
Hər dəfə də itirəndə "məni" səndə tapmağımmış səni sevmək...
Uzaqdan e, lap uzaqdan səni sevmək istəməkmiş SƏNİ SEVMƏK...
Səni sevmək istəmirəm.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV