• 16:14 – Ucar rayon sakinləri ölkə prezidentinə şikayət ünvanladılar 
  • 21:30 – Dəniz Baykal dünyasını dəyişəcək,Rəcəb Teyyub Ərdoğanın səhhəti pisləçəcək,Mixail Saakaşvili prezident seçiləcək-Tanınmış ekstrasensin proqnozları 
  • 20:30 – Tibb bacısı görün neynədi 
  • 19:35 – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan görüşün təfərrüatı 
  • 16:00 – Zəlzələ,güclü partlayış olacaq,məşhur estrada ulduzu xərçəng xəstəliyindən dünyasını dəyişəcək 
  • 15:30 – Dərsliklərdə olan səhvlərə kim cavabdehdir? 
  • 22:30 – Azərbaycanlı alimdən bayrağa qarşı hörmətsizlik 
  • 18:43 – Azərbaycanlı qəssab fəxri fərman aldı 

“Mən bir susmaz duyğuyam ki” adlı ədəbi-bədii kompozisiya keçirildi

  • Tarix: 15.12.2016, 16:52,
  • Bölmə: Mədəniyyət
  • Baxılıb: 5407
“Mən bir susmaz duyğuyam ki” adlı ədəbi-bədii kompozisiya keçirildi “Mən bir susmaz duyğuyam ki” adlı ədəbi-bədii kompozisiya keçirildi  “Mən bir susmaz duyğuyam ki” adlı ədəbi-bədii kompozisiya keçirildi
Humanitar Fənlər Gimnaziyasında X sinif şagirdlərinin iştirakı ilə C.Cabbarlının yaradıcılığına həsr olunmuş “Mən bir susmaz duyğuyam ki” adlı ədəbi-bədii kompozisiya keçirildi. Burada məqsəd şagirdləri C.Cabbarlının yaradıcılığı ilə yaxından tanış etmək, onun əsərlərinin tərbiyəvi əhəmiyyətini aşılamaq idi. Dramaturqun “Solğun çiçəklər”, “Oqtay Eloğlu” və “Sevil” əsərlərindən parçalar şagirdlər tərəfindən səhnələşdirildi. “Soğun çiçəklər” əsərindəki Sara rolunun ifaçısı XI sinif şagirdi Aytac Rüstəmlinin Saranın ölüm səhnələrindəki fəryad dolu çıxışı hamını göz yaşlarına boğdu. Bəhram obrazını XI sinif şagirdi Fərid Əsgərov, Gülnisə obrazını Rəhimə Quliyeva , Pəri rolunu Aytən Şükürova, Əbdül əmi surətini isə Əmrə Mirzəyev canlandırdı. Tamaşaçılar göz yaşları içində bu səhnəni seyr etdilər.
“Sevil” tamaşası da təsirsiz ötüşmədi. Rəhimə Quliyeva - Sevil rolunun ifaçısı Sevilin öz balası ilə qovuşması səhnəsi ilə hamını göz yaşlarına qərq etdi. Dilbər obrazını çox böyük cəsarətlə oynayan Aytən Şükürovanın çıxışı anşlaqla qarşılandı.
“Oqtay Eloğlu” rolu ilə tamaşaçıların qarşısına çıxan Elsevər Babayev öz üsyankar çıxışı ilə hamını heyrətləndirdi. Firəngiz obrazını Fatma Məmmədova , Aslan bəyin surətini Çingiz Ələkbərov canlandırdı. Şagirdlərin peşəkar aktyorlar kimi çıxış etmələri tədbirin qonaqlarını və gimnaziyanın direktoru Xuraman xanımı çox təsirləndirdi. O, sonda şagirdlərə öz təşəkkürünü bildirdi. Bu şagirdlərin təşəkkürnamə ilə təltif olunmasını vurğuladı, onların ifasını çox bəyəndiyini qeyd etdi.
Tədbirin qonaqlarından Təhsil Nazirliyinin nümayəndəsi Hüseyn Mirzəyev, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəcəf Novruzov, Texniki – Humanitar Liseyinin direktoru Səidə Zeynalova, 324 saylı məktəbin direktoru Gülarə Atayeva, Milli Elmlər Akedemiyasının Ədəbiyyat İnstitutunun Filologiya elmlər doktoru Esmira Şükürova, Milli Elmlər Akademiyasının Folklor İnstitutunun böyük elmi işçisi Nailə Əsgər və Qumru Şəhriyar da bu tədbirin təşkilatı işindən razı qaldıqlarını bildirdilər. Tədbirdə C.Cabbarlı yadigarı, onun nəvəsi, ev muzeynin direktoru Qəmər Bağırova da şagirdlərimizin çıxışından təsirləndiyini bildirdi, belə tədbirlərin şagirdlərdə milli-mənəvi dəyərlərini inkişaf etdirilməsində mühüm rol oynadığını vurğuladı. Bu tədbirdən sonra şagirdlər anladılar ki, pul heç də insan həyatında mühüm rol oynamır, qadının təhsil alması vacib şərtdir.

 “Mən bir susmaz duyğuyam ki” adlı ədəbi-bədii kompozisiya keçirildiскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV