Həmidə Muhamməd: Dərd Oldun

Həmidə Muhamməd: Dərd Oldun


Sən də mənə bir dərd oldun
ay qadın..
Başımın dərdləri az ımış kimi...
Gözünün yaşında necə ağladın,
Sandım ki payızda yaz imiş qadın !
Töküldün leysan tək üzü aşağı,
Təpəmdən süzülüb içimə axdın
,Biz ki danışanda sakitçilikdi,
Sən niyə gözümdə ildırım çaxdın?
Onsuzda ildırım vurmuşdu elə...
Bir gün özün ilə götür sevgini
,Səni aparacam sevgilin gilə..
.Qapısın döyərik ikimiz birgə,
Düzərik həsrətdən iki,üç cərgə
,Qapını açanda bağrı yarılar !
Əmdərib başına sevgi tökərik !
Sonra da səpdiyi həsrət toxumun,
Özcə qapısında səpib,gələrik..
Cücərər boy atar öz həyətində,
Görər ki nə qədər həsrət yaşadıb,
Görər ki sevgini əkmək yerinə,
Çaşıb iki könlü birdən boşdııb...
Biri öz künlüdü,biri səninki,
(Boğaram əlimlə onu 'inanki)!
Cəza çəkdirərik necə lazımdır !
Ta ki itmiş ağlı' gələnə kimi..
Bir ayaq üstündə küncə qoyarıq
Günəş öz evinə dönənə kimi....
Zülmət döyəcləsin gecə qapısın
Küləklər tökülsün pəncərəsindən
Olan gücü ilə silkələyərək,
Çıxarsın qapısın çərçivəsindən..
Ömürlük açılsın könül qapısı...,
Qoşulub payızın sərt küləyinə,
Dolsun ürəyinə həsrət qoxusu
Buz kəssin vücudu..donsun əlləri
Bir udum nəfəsi əl əl axtarsın...
Gözündə canlansın ötən illəri...
Ağzını açmağa imkan verməyək.
Bağlayaq ağzını öz sözləriylə...
Sonuncu cəzasın kəsək boynuna
Danışsın bir ömür- gözləri ilə..скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10