• 15:00 – Əbülfət İslamı xatırlayarkən 
  • 19:00 – Şair qəlbindən süzülən büllur kimi misralar 
  • 17:30 – Qarabağla bağlı Rusiya planının gerçəkləşməsi Sərkisyanın öz kreslosunda möhkəmlənməsindən sonra işə düşə bilər 
  • 16:00 – Ərindən qisas almaq üçün görün nə etdi... 
  • 14:30 – Əgər bunları etsəniz səhhətiniz üçün daha faydalıdır 
  • 12:30 – Türkiyə hərbi əməliyyatlara başlaya bilər 
  • 11:00 – İlham Əliyev sərəncam imzalayıb 
  • 10:00 – Gürcüstan höküməti Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq etdi 

HALALLIĞA VƏ DÜZLÜYƏ SƏRF OLUNAN ÖMÜR

HALALLIĞA VƏ  DÜZLÜYƏ  SƏRF OLUNAN ÖMÜR HALALLIĞA VƏ  DÜZLÜYƏ  SƏRF OLUNAN ÖMÜR Bu gün dəyərli şəxsiyyət, tanınmış ziyalı Mikayıl Əsgərovun doğum günüdür.

Mikayıl Binnət oğıu Əsgərov 19 dekabr 1958-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 1966-76-cı illərdə Bozalqanlı kənd orta məktəbini əla qiymətlərlə bitirib.

Orta məktəbdə oxuduğu illərdən sənətə, ədəbiyyata yaxından bağlılığı onda bu sahə üzrə ali təhsil almaq həvəsi oyadır : təhsil dalınca ya Moskvadakı məşhur M.Qorki adına Dünya Ədəboyyatı İnstitutuna, ya da Leninqraddakı Kinematoqrafiya İnstitutuna yollanmaq istəyir. Lakin elə həmin ərəfədə dövrün populyar mətbuat orqanlarından biri olan “Səs” qəzetində işıq üzü görən İraq-Amerika münasibətlərinə dair məqaləsinə görə hakimiyyət tərəfindən təzyiqlə üzləşir. Ali məktəb üçün hazırladığı sənədlər “KQB”- dən keçmir. Sonra gənc Mikayıl bir qədər ruhdan düşüb dərviş həyatı keçirir. Elə həmin vaxtlarda da bir çox ədəbiyyat və sənət adamları ilə tanışlığı başlayır. Ədəbi aləmdə hörmət sahibi olan rəhmətlik Mehdi Bəyazidlə dostluğu isə bu tanışlıqların yaranmasına vəsilə olur. Mikayıl Əsgərovun Montindəki fəhlə yataqxanasının 17 saylı otağında tez-tez “Füzuli cüməsi” adlı məclislər təşkil olunur. Bu məclislərdə gtənc yazarların və saz-söz adamları toplaşır.

Əmək fəaliyyətinə Bakı Dəmir Məmulatları zavodunda qaynaqçı kimi başlayan Mikayıl Əsgərov 3 il 9 ay bura çalışır. O, 1980-ci ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna ( hazırkı Azərbaycan Dillər Universiteti) daxil olur. Burada da ictimai fəal kimi tanınan tələbə Mikayıl 1985-ci ildə həmin ali məktəbi qırmızı diplomla bitirir. Təyinatla Şamaxı rayonunun Çuxuryurd kənd məktəbində fəaliyyətə başlayır. Malakanların yaşadığı kənddəki məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir. Təyinatı başa çatandan sonra öz doğma ali təhsil müəssisənində - Azərbaycan Dövlət Xaici Dillər İnstitutunda müəllim olur. Həmin zamandan da başlayaraq Mikayıl Əsgərov bütün ölkədə alman dili üzrə peşəkar mütəxəssis kimi tanınır. 1997-ci ildən isə Almaniyanın müxtəlif təşkilatlarında və müstəqil tərcüməçilik fəaliyyəti ilə məşğul olur.Almaniya Texniki Yardım Təşkilatı (THV), Almaniya Yenidənqurma və İnkişaf Bankı (KFV), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) kimi nüfuzlu təşkilatlarda ölkəmizi təmsil edir.

Bütün bunlarla bərabər 1997-ci ildən Bakı Alman Dili Mərkəzini yaradan M.Əsgərov bu günə kimi həmin mərkəzin aparıcı müəllimi və rəhbəri kimi fəaliyyət göstərir.
Artıq uzun illərdir Mikayıl müəllimin və onun rəhbərlik etdiyi təşkilatın əsas missiyası Azərbaycanlı gənclərə alman dilinin öyrədilməsi və mümkün qədər daha çox gəncimizin öz təhsilini davam etdirmək üçün Almaniyaya göndərilməsini təşkil eimək olub. Bu sahədə diqqətçəkən uğurlara imza atan Mikayıl müəllim indiyədək 500-dən artıq Azərbaycanlı tələbənin Almaniyaya gedib təhsil almasında və yüksək dərəcəli mütəxəssis kimi formalaşmasında danılmaz işlər görüb.
Mikayıl Binnət oğlu Əsgərov həm də illərdir könlünü sözə, poeziyaya verən incə ruhlu, lirik duyğuların tərənnümçüsü olan istedadlı bir qələm adamıdır.
Onun həyatı düzlüyə, halallığa, vətəndaşlıq missiyasının yerinə yetirilməsinə və bir də saza-sözə həsr olunub. Belə bir şərəfli ömür yolu keçən əziz Mikayl müəllimi doğum günü manasibətilə təbrik edir, ən xoş arzularımızı ünvanlayırıq.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV