“Anadolu Rəngləri” adlı xüsusi konsert proqramı

“Anadolu Rəngləri” adlı xüsusi konsert proqramı
Tarix: 21-12-2016, 11:34 Oxunma Sayı: 58 dəfə oxundu. Toplam: nəfər paylaşdı.


TRT Bakı təmsilçiliyindən “İstiqlal.az” saytına verilən məlumatda bildirilir ki, bu tədbir həm Azərbaycanla qarşılıqlı ikili mədəni əlaqələrin bir sübutu olaraq, həm də tarixin hər dönəmində soydaş olmağın gətirdiyi məsuliyyət düşüncəsiylə ən çətin zamanlarda belə biri-birinin ən böyük dəstəkçisi və əbədi dostu olan Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı duyğularının sənətə əks etdirilməsidir.

“Anadolu Rəngləri” adlı xüsusi proqram, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi İncəsənət Müdirliyinə bağlı İstanbul Tarixi Türk Musiqi Cəmiyyəti, Mehtər Qrupu, Dövlət Xalq Rəqsləri Cəmiyyəti, Ankara Türk Dünyası Musiqi Cəmiyyəti, Konya Türk Təsəvvüf Musiqisi Cəmiyyəti, Şanlıurfa və Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbul və İzmir Klassik Türk Musiqisi Xor Ansamblından olan sənətçiləri birlikdə eyni səhnədə görmə imkanı yaradacaq. Bu xüsusi proqramda dinləyicilər, mədəniyyətlərin beşiyi Anadolunun Mehtər Marşlarından Türk Xalq Musiqisinə, Xalq Rəqsləri nümunələrindən Klassik Türk Musiqisi nəğmələrinə, Təsəvvüf Musiqisindən Türk Dünyası Musiqi nümunələrinə kimi geniş bir repertuarı dinləmə fürsəti tapacaqlar.[/i]скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10