• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Səməd Vurğunun 110 illik yubileyi ilə əlaqədar tədbir keçirəcək

Səməd Vurğunun 110 illik yubileyi ilə əlaqədar tədbir keçirəcək Səməd Vurğunun 110 illik yubileyi ilə əlaqədar tədbir keçirəcək
“Zəka İşığında” İctimai Birliyi Xalq şairi Səməd Vurğunun 110 illik yubileyi ilə əlaqədar tədbir keçirəcək

“Zəka İşığında” Milli Dəyərlərin, TəbliğinəYardım İctimai Birliyinin sədri, “Milli Zəka” jurnalının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, AMEA Folklor İnstitutunun doktorantı, Prezident təqaüdçüsü Cəmilə Çiçək İsbəndiyarova Azərbaycan ictimai mühitinin formalaşmasında mədəni, milli və mənəvi dəyərlərin təbliğindəki rolunu nəzərə alaraq yeni bir layihə hazırladı.

“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi 27 dekabr 2016-cı il tarixdə saat 14:00-da Azərbaycan Yazıçılar Birliyində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin, Türkiye İlim Edebiyat Eseri Sahipleri Meslek Birliği (İLESAM) və Səməd Vurğunun Ev-Muzeyinin təşkilatçılığı ilə birgə xalq şairi Səməd Vurğunun 110 illik yubileyi ilə əlaqədar “Səməd Vurğun və aşıq müasirlərinin yaradıcılığında vətən konseptinin öyrənilməsi və gənclər arasında vətənpərvərlik ideyasının təbliği” mövzusunda tədbir keçirəcək.

Tədbirdə şairin həyat və yaradıcılığına nəzər salınacaq, “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində”, “Tənqidin Səməd Vurğun hədəfi”, “Səməd Vurğun dramaturgiyasında müəllif və qəhrəman”, “Səməd Vurğun və teatr”, “Səməd Vurğunun dili” mövzularında məruzələr dinləniləcək.

Tədbirdə xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr edilmiş şeir müsabiqəsinin qaliblərinə “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin təsis etdiyi “MİLLİ ZƏKA” diplomu və pul mükafatları təqdim ediləcək.
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV