Tariximiz yenidən yazılacaq



Tariximiz yenidən yazılacaq
Bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov məlumat verib. O bildirib ki, bu, Azərbaycan tarixini təhriflərdən xilas edəcək. Onun sözlərinə görə, keçmiş Azərbaycan tarixi Arazdan şimaldakı, indiki Azərbaycan Respublikasının əhatə etdiyi ölkənin ərazisini əhatə edib: “Azərbaycan isə çox böyük səltənətdir. Bizim böyük imperiyalarımız olub, çoxlu tarixi torpaqlarımız işğal edilib. Ona görə də Azərbaycan xalqı öz tarixinin sahibidir. Biz heç kəsdən ərazi istəmirik. Öz tarixinin sahibi olmayan xalq məhvə məhkumdur. İndiyə kimi indiki Ermənistan Respublikasının, keçmiş İrəvan xanlığının ərazisini Azərbaycan tarixinə salmadığımıza görə, o tarixi ermənilər özəlləşdirirlər. Halbuki onlar 80 il əvvəl Rusiya İmperiyası tərəfindən köçürülərək bu torpaqlara gətirilib. Azərbaycanın şimalda və qərbdə xeyli torpaqları zəbt olunub. Cənubi Azərbaycanın tarixi də çox qədimdir. Xalqımızın əhatə elədiyi keçmiş tarixi biz 3 cildlik “Azərbaycan tarixi”ndə əhatə edəcəyik”.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi