• 15:00 – Əbülfət İslamı xatırlayarkən 
  • 19:00 – Şair qəlbindən süzülən büllur kimi misralar 
  • 17:30 – Qarabağla bağlı Rusiya planının gerçəkləşməsi Sərkisyanın öz kreslosunda möhkəmlənməsindən sonra işə düşə bilər 
  • 16:00 – Ərindən qisas almaq üçün görün nə etdi... 
  • 14:30 – Əgər bunları etsəniz səhhətiniz üçün daha faydalıdır 
  • 12:30 – Türkiyə hərbi əməliyyatlara başlaya bilər 
  • 11:00 – İlham Əliyev sərəncam imzalayıb 
  • 10:00 – Gürcüstan höküməti Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq etdi 

Arzu GÖYTÜRK: "Vüsal əlçatmaz olsun"

Arzu GÖYTÜRK: "Vüsal əlçatmaz olsun" Arzu GÖYTÜRK: "Vüsal əlçatmaz olsun" İnsanlardan qorxuram
Məni qucaqla anam.
Bir -bir sayıb dərdimi ,
Məni qarşına uzat,
Ölmədən ağla anam...

Ağla bədbəxt balana,
Ağla için boşalsın.
Ağlamaqdan quruyan
Gözüm, sənin gözündən
Borca bir az yaş alsın...

Mən görmüşəm çoxunu
Düşmən, namərd yandırır.
Amma məni dostların
Canıma acımadan
Verdiyi dərd yandırır...

Əlinlə qoy məzara,
Üstümü bağla anam.
Hamıdan gizlət məni,
Dünyadan bezən balam
Deyərək ağla anam...

*******

İstəmirəm ki məni
Sevəsən elə-belə.
Mənim dəlimə çevril,
Məcnun kimi düş çölə...

Qoy romanlar yazılsın,
Bizim də sevgimizdən.
Sevgim kimi möhtəşəm
Sevgi istəyirəm mən...

Eşqi qazanmaq üçün
Kərəm kimi alış, yan!
Qiymətsiz olur ömrüm
Çox asan qazanılan...

Vüsal əlçatmaz olsun,
Ruhumda, canımda ol.
Məni özümdən ayır,
Sən mən ol, yanımda ol...

Nəfəsinə çevrilim,
Suyun çörəyin olum.
Sinəndən ət parçasın
Sök at, ürəyin olum!

Mən məhəbbət demərəm
Çox asan qovuşana.
Eşq deyərəm qəmindən
Yeni qəmlər doğana!



DƏLİ ŞAİRİM

Sən mənə eşqini elan eyləmə,
Yorma hədər yerə dili, şairim!
Qəlbində olanı açıb, söyləmə!
Ay dəli şairim, dəli şairim.

Payız buludu tək yenə dolmusan,
Sevməklə özünü işə salmısan,
Məni üzürlü say çox gec qalmısan,
Çünki dərən dərib gülü, şairim!
Ay dəli şairim,dəli şairim...

Elə bilmə sevib, eyləyirəm naz,
Eşqin ürəyimdə yuva bağlamaz.
Axı sən kişisən, kişi ağlamaz.
Axıtma gözündən seli, şairim!
Ay dəli şairim, dəli şairim..

Ay başına dönüm,nə ümüd verim?
Sən meyvə deyilsən xoşladım, dərim.
Sən məndən uzaqlaş, uzaq dur görüm!
Mən sənə demərəm bəli! şairim...
Ay dəli şairim, dəli şairim...

Yayda od alovum, qışda qarım var,
Mənim öz aləmim, bağça, barım var,
Axı isti yuvam, uşaqlarım var.
Güldürmə sən mənə eli, şairim!
Ay dəli şairim, dəli şairim..


*********

Yenə də ağlımdasan,
Yenə çırpınır ürək.
Sən "başından böyük söz"
Danışmayaydın gərək.
Bu eşq bitsin, söyləyib
Başıma tökdün qəmi
Hər şey bitdi eləmi?

Getdin, özgə oduna
Qızınmaq üçün getdin,
Kimin kasıb eşqinə
Sığınmaq üçün getdin?
Sənin sevginin adı
Xəyanətmiş beləmi?
Hər şey bitdi eləmi?

Sən demə çoxdan bitib
Bunu anladım çətin...
Qatarı çoxdan gedib
Bu dəli məhəbbətin.
İndi də dəryalarda
Batır eşq adlı gəmi...
Hər şey bitdi eləmi?

Bitmədi..sən bitirdin
Möhtəşəm eşqimizi.
Adını dəyişdirib,
Etdin qəm, eşqimizi.
Qəlbimi axtarırdın,
Nədən oydun sinəmi?
Hər şey bitdi eləmi?
Hər şey bitdi eləmi?

Arzu GÖYTÜRK: "Vüsal əlçatmaz olsun"скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV