• 15:45 – Naxçıvan nümayəndəliyində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub 
  • 15:22 – Pakistan Səfiri Naxçıvanın daimi nümayəndəliyinə gəlib 
  • 22:44 – Bayramın- İladi Öməroğlundan bir poetik sovqat 
  • 19:41 – Milyonçu Cənnət Əliyev gitaraçı Musa Musayevi müğənni edib 
  • 16:58 – Dəhşətli yanğında ölən azərbaycanlıların sayı 5-ə çatıb 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 
  • 00:24 – Bir zaman ayılıb görəcəyik ki,...Təhminə Serra yazır- 

Könül Eldardıqızı:"Gəl,həsrəti bitirək"

Könül Eldardıqızı:"Gəl,həsrəti bitirək" Könül Eldardıqızı:"Gəl,həsrəti bitirək" KÖNÜL ELDARQIZI

Buraxdın əlini umutlarımın
Gəlib tut əlimdən yerit deyirsən,
Agladım silmədin göz yaşlarımı,
Mənə göz yaşımı qurut deyirsən?

Mənsiz nagılsansa,mən sənsiz sazam,
Çiçəksiz baharam,bülbülsüz yazam,
Mən də sənin kimi şaxtayam,buzam,
Sən mənə buzumu ərit deyirsən?

Çatibsan qaşını önümdə məlul,
Eylədin könlümü qolubaglı qul,
İndi umursan ki, mənə həmdəm ol,
Eşqinlə könlümü yarıt deyirsən?

******
Nəzirə

Qara telinə laylay,
Solan gülünə laylay,
Susan dilinə laylay,
Cənnət səfərin olsun...

Ürəyimdə var tikan,
Yatagım qorlu məkan,
Ruhumdu həsrət çəkən,
Kaş ki, xəbərin olsun.

Yolu bitməz həsrətin,
Yoxsan, çətindən çətin,
Bitməyən bu möhnətin,
Quyusu dərin olsun.

******

Güldürmə bizə yadı,
Sənsən eşqimin adı,
Nə olar,at inadı,
Gəl, bitirək həsrəti...

Gözlərimdən sil yaşı,
Könlümə fərəh daşı,
Ətəyindən tök daşı,
Gəl, bitirək həsrəti...

Ay ömrümün səhəri,
Yuxumun şirin yeri,
Öldürmə diri-diri,
Gəl,həsrəti bitirək...
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV