Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet

ULUSLARDA HOR SİVİLİZASİYASININ İZLƏRİ

13-01-2017, 11:06 | 9042 dəfə baxılıb.

EPOS QƏHRƏMANLARI , TARİXİ VƏ MÜQƏDDƏS

ŞƏXSİYYƏTLƏRDƏ , ULUSLARDA HOR SİVİLİZASİYASININ

İZLƏRİ
Ulus əsasən eyni torpaqlar üzərində yaşayan , aralarında dil , tarix ,
ideya , adət və ənənə birliyi olan insanların yaratdığı bir cəmiyyətdir .

Kara – Yapon mif . görə cənubi Koreyada knyazlıqdır .
Karaxan , ( Kara sözü türk dilində soyluluğu göstərən bir , ifadədir ) Orxan , Kürxan və Köz xan Dhib Yavku xanın oğludur . Dhib Yavku xan isə Olcay xanın oğludur . Yafəs Nuhun oğlu - Olcay handır . Oğuz xanın atası ) .
Karapapak - Qarapapaq Şimali Qafqaz , Qazax rayonu ,
Gürcüstanda , bu günkü İranda , kuzeydoğu Anadoluda yaşayan
tərəkəmə türk boyu dur .

Karp tayfaları ( yaşadığı yer Karpat dağları olub və *karp* sözü Alban d . qayalıq , dağlıq , daşlıq yer deməkdir ) .
Kenger - Kəngər oğuz tayfasına mənsubdur və şumerlər özlərini belə adlandırıblar . Kenger uyğarlığını , mədəniyyətini yaratmışlar və bu gün dünya tibb , riyaziyyat , hüquq , məktəb , cəbr , mühəndislik , kitabxanaçılıq , şəhərsalma ,ilk kərpiç hazırlamaq , ədəbiyyat , musiqi , astronomiya , təqvim , astrologiya , din , ilk çarlıq və s. üçün onlara borcludur . Azərbaycanda demək olar ki , əksər rayonlarda kəngərli nəsli var . Səfəvilər dövlətinin qurulmasında kəngərlilər tayfasının xüsusi rolu olub . Azərlər , Səlcuqlar Kenger əsillidirlər . Dədə Qorqud eposunda kəngərli sözünə *kangalı* formasında rast gəlirik . Avestada *xəngroy*, Çin mənbələrində *Kənquşu* kimi adlanır . Manas və oğuz dastanlarında da kenger adı çəkilir . Aral və Balxaş gölləri arasında qədim *Kəng* ərazisi var . e.ə.ıv-cü əsrdə Orta Asiyadakı Kanq dövlətini kengerlər yaratmışdı . Şumerlər inanırdılar ki , yerdəki çarlıq və ya kraliyət Tanrının yerdəki krallığıdır . Baş tanrı Anu tərəfindən 36 əsr e .ə. ( yəni Şumer erasının 1-ci əsri ) verilmişdir . Bəlkə də bir çox dillərdə kral anlamında işlədilən king sözü də Şumerlərin yadigarıdır . Şumerlərin yaratdığı Kiengi krallığı , çarlığı bu günkü * king * sözünün etimologiyasındadır .

Kiran - Türk mənşəli Kiran tayfasının adındandır. Bu tayfanın adı ilk dəfə “Kitabi Dədə Qorqud” da çəkilir . Iranda indi də kiran tayfası yaşayır .
Kurş tayfaları ( Kurzeme və ya Kurlyandiya – kurşların , kuronların yaşadığı ərazi) . Latış d .* kursi *, Litva d .* kursiai *, Alman d . *kuren* . Kurşlar qərbi Baltikanın qədim xalqıdır .
Kuru xalqı - Kursk şəhərinin adı bu tayfa ilə bağlıdır .
Kurtak və Urtak - Fəzlullah Rəşidəddinin Oğuznaməsinə əsasən Nuh peyрəmbərin oğlu Yafətə ( Yafəs ) Türküstan və türklərin yaşadığı digər ərazilər verilib . Yafətə türklər Olcay xan deyiblər . Çöllərdə köçəri həyat tərzi keçirən olcay Xan Qışlaq və Yaylağa gedərmiş . Yaz - yay aylarını Karakum yaxınlığında yerləşən Urtak və Kurtakda keçirərmiş .
Kuronlar - Kurşlar qərbi Baltikanın qədim xalqıdır .
Kriviçlər ən böyük və qədim tayfalardan olublar . Volqa , Dvin ,
Dnepr çayı sahilində yaşayıblar .


Qarluk - Karluk - Harluk - bir Gök Türk boyu . Tarixi torpaqları bu günkü Çin ərazisindədir .
Qaraqalpak - Karakalpak qıpçak əsilli türk xalqı .
Qırızlar - Qrızlar Azərbaycanda yaşayan şahdağ xalqlarındandır . ( Qrız , Qara yanığ , Qaraxan , Girdə , Qara bucaq və s. kimi obaları var.)
Qarqarlar - Qafqaz Albaniyasında yaşayan xalqlardan biri . Qafqaz Albaniyasına perslər Arran deyirdi . Paytaxt Qəbələ şəhəri idi . Qərqər kənd - Cənubi Azərbaycanda bu adda dörd kənd var ki , Qarqar tayfalarının adı ilə bağlıdır .
Qırğızlar - Mərkəzi Asiyanın ən qədim Türk xalqlarından biri də Qırğızlar sayılır.“Qırğız” etnoniminin mənası indiyədək açılmamışdır.Bəlkə də bu adın “kız” komponenti Türk dilləri üçün səciyyəvi a-ı əvəzlənməsinə görə qədim Kas etnoniminin fonetik şəklidir.Xakaslarda Kızıl tayfasının adı əslində Kazal(Kasal) etnonimində a-ı əvəzlənməsi ilə əlaqədar olaraq Kas adı əksini tapmışdır.Xakasiyada Kaşlık şəhərinin adı Kas,Kaş etnonimi ilə bağlıdır.Son tədqiqatlar “Xakas” adının Kas etnonimindən yarandığını göstərmişdir.Qədim çin mənbələrində Mərkəzi Asiyada Qırğızların dövlətinin Xa-Qas adlanması da məlumdur.( Qiyasəddin Qeybullayevin Azərbaycan Türklərinin təşəkkülü tarixindən-kitabından.)
Qureyş - Kureyş qəbiləsi . Peyğəmbərimizin mənsub olduğu ,
Məkkənin ən güclü və qədim qəbiləsi .
Goran sözü – Goran tayfasının ( Kolanı tayfasının Goran qolu da var ) adından götürülmüşdür . ( Strabonun 17 cilddən ibarət olan coğrafiya kitabında *ger * tayfaları haqqında məlumat var.)
Gorus tayfası - Bu tayfanın adı Qors , Xors , Xoruzlu , Hors formalarında qalmışdır. Gorus mahalından çıxmış Azərbaycan -Türk mənşəli bir elin xvı-xvıı əsrlərdə Qızılbaşların tərkibində Səfəvilərin hakimiyyətə gəlməsində rolu olmuşdur. Azərbaycanda və Ermənistanda “gorus” adlı bir sıra toponimlər məhz Qızılbaş **gorus tayfasının Səfəvi şahlarının onun üçün ayırdığı yerlərdə məskunlaşması nəticəsində yaranmışdır. Gorus , Goranboy , Goranlı kəndləri və toponimlər qədim * Gor * tayfasının adı ilə bağlıdır . Goran dini təriqəti - Qızılbaşlığın bir qoludur.
Uqor tayfaları kutri-qurlar , uti-qurlar ( onoqur ) protobolqarlar ( Bulqar ,
Burqar , Bolqar ) olmuşlar . Köçəri Hunn tayfalarıdır .
Uyqur – Uygur – Uyğur - Doğu Türküstanda Türk xalqı .
Ulum ( ulu-qədim , böyük ) Xor-o Yakut millətinin əfsanəvi əcdadı .
Oriya Hindistanda xalq .
Xara – Xora - Xori - türkdilli Buryat boyları .
Xoro yakutlarda uluslar.
Herkle – Etrusk mif . görə onların əcdadlarıdır .

Epos - tarix öncəsi tanrı , tanrıça və yarı tanrı qəhrəmanlarla əlaqəli olan dastan , şeir və ya epopeyadır .

Kor – oğlu , Qor - oğlu . Qoç Koroğlu , doğum və ölüm tarixləri bilinməyən , azadlığın , haqq ədalətin simvolu . (Yəqin ki , qoç epoxasında doğulmuş qəhrəmandır ? ) Xanımının adı Nigar olub . Nigar adı Orta Asiyada Niqora -Niqara kimi ifadə edilir . Mənası sevgili deməkdir . Heraklın xanımlarından biri də Megara adlanıb . Koroql – Qoroql - Herakl , Nigar – Niqora- Megar . ( Herakl Yunan mif . Zevslə ölümlü qadın çariça Alkmenanın oğlu , Skifin atası . Herakl nə üçün oğluna məhz Skif adını vermişdi . Bəlkə elə öz atalarının mənsub olduğu bir xalq olub Skif . Herakl yatarkən atları uzaqlaşır və yuxudan oyanan Herakl onları axtarmağa başlayır .Atlarını axtaran Herakl yolunu azaraq Giley adlı torpaqlara gəlib çıxır və mağarada gördüyü yarı qadın yarı ilan olan varlıqdan atlarını soruşur . Həmin qadın sevgi qarşılığında atların yerini deyəcəyini bildirir və Herakl atlarının xatirinə bu varlıqla yəni pəri qızla evlənir . 3 oğlu olur Aqafirs , Gelon və Skif . Bütün Skif çarları Heraklın oğlu Skifdən törənmiş sayılırlar . Eyni zamanda * Koroğlu dastanı*nın Dağıstan variantında atlarını itirmiş Koroğlu onları axtara – axtara bir mağaraya gəlib çıxır ) .
Qılıncı isə * misri * qılınc - ( göydən gəlmiş meteoritdən hazırlanmış qılınc ) , müqəddəs , əfsanəvi qılınc . Atillanın qılıncı kimi . Əfsanəyə görə Atilla müharibə tanrısı Marsın meteoritdən hazırlanmış qılıncına sahib olub .
Qır at isə Koroğlunun özü qədər igiddir , dünyada məhşur dur . Əvvəlcə qanadlı olub . Qır atın qanadlı olması bu eposun həqiqətən daha qədim tarixə malik olmasını göstərir . Koroğlu Qır ata *boz qurd baxışlı Qır atım* deyərmiş . Qır - kır rəng ən çox ağ rəng üstünlük təşkil edən , ağlı qaralı , boz rəngdir . Goroğlunun Qır atı , Misri qılıncı və sazı ( ola bilsin ki , Qoroğlunun sazı bu gün gördüyümüz saz formasında deyil , Dədə Qorqudun qopuzu kimi olub , amma qopuz və saz türklərə məxsus bir alətdir ) – bu üçlük hər zaman onunla olub və Koroğlu dastanı min illərlə müxtəlif dövrlərdən , türk dövlətlərindən , sivilizasiyalardan keçərək hər dövrdən bir epizod əlavə edilərək bu günümüzə gəlib çatıb. Amma Qoroğlunun Qır atı , Misri qılıncı , sazı , gözləri kor edilmiş atası Ali - Alı onun Qor – Gor - Hor ( Horun gözü də müharibədə kor edilmişdi . Sonradan Hathor yəni Horun xanımı , onu maral südü ilə bəsləyərək gözünü bərpa etmişdi . 7000 il e.ə. Qədim Misirdə maral olubmu ?) dövründən gələn mifik qəhrəman olduğunu büruzə verir .
Kərəm - Kərəm adı böyüklük , comərdlik , soyluluq mənasındadır . ( Qara adı kimi ) Əsli və Kərəm dastanında Alban qızı əslinin atası Qara keşişdir .
Qaraca Çoban - Dədə Qorqud dastanında mərd , qorxmaz , cəsur
qəhrəmanlardan biri . Həm də real obraz olub. Onun qəbri olan yer
Nərgiztəpə bu gün erməni işğalı altındadır .
Qorqud ata ( Dədə Qorqud) - Azərbaycan ləhcəsində yazılmış olan oğuz türklərinin eposu . Bu eposu yazıya çevirən Ağqoyunlu dövləti olub . Berlin , Vatikan , Drezden muzeylərində bir neçə nüsxəsi saxlanilmaqdadır . Qor ucalıq , yüksəklik , böyüklüklə bağlı , Qut isə mübarəkliklə bağlı kəlmədir . Məsələn – Tengrikut , Aşina ailəsindən Kutluq xaqan ( Uyqur xaqanı . Göktürk elini dövlətinə çevirən ) və Kutalmış xan (Arslan Yabqunun oğlu ) kimi . Dədə Qorqud dastanında da gözləri kor olmuş bir obraz var - Beyrəyin atası Bəybura . Bəyburanın gözlərinin şəfası oğlunun çərtilmiş barmağının qanı olur. ( Qor ilə Setin mübarizəsində də Qor sol gözünü itirir . Lakin Qorun həmin gözü atası Osirisi yenidən canlandırmışdı .)
Qərib - yad , gəlmə , yerli olmayan . Aşıq Qərib nağılının , dastanının süjeti-aşıq və məşuqun yuxuda bir - birinə buta edilməsi , biri-birindən xəbərsiz olaraq ilahi varlıq tərəfindən bəxş edilən nikah bağlantısı , ilahi vergisi ilə bağlıdır. Bu dastanda da Xızır peyğəmbərin köməyi ilə özünü nişanlısının toyuna çatdıran Qərib - qürbətçi oğlunu gözləməkdən gözlərinin kökü saralıb kor olmuş ananın gözlərinə sazın - sözün nurundan və bir ovuc torpaq vasitəsilə necə işıq gəlir... "Qərib dedi: - o divardakı sazı verin, saznan deyim:
canım ana,gözüm ana ana, mən qəribəm, qərib..."
Bu dastanda da magik , mifik qüvvələrin , Xızır peygəmbərin köməyi epizodları hələ də saxlanılırsa demək Qərib də Koroğlu , Qorqud kimi çox - çox keçmişdən xəbər verən bir eposdur .
Müqəddəslik - Dini və mənəvi cəhətdən güclü hörmət hissi oyandıran və oyandırılması lazım bilinmiş , toxunulmaması gərək olan , üstündə əsilən bir dəyərdir . Müqəddəs fəlsəfə Tanrıya həsr olunandır . İnsanların mənəvi istiqamətlərdən dəyər verdiyi , qoruduğu , dini görüş və inanclardan ibarətdir .
Qirqis ( Georgi Pobedanosets) ıı - ci əsrdə Kappadokiyada doğulub . Güclü , ağıllı , imperator Diokletianın zamanında böyük orduya başçılıq edən sərkərdə idi . Onun igidliklərindən biri Beyrutda çar qızını xilas etmək üçün nizə ilə nəhəng əjdəhanı öldürməsi olub . Bu qələbə şeytan üzərində qələbə demək idi . Bu gün Moskva şəhərinin gerbində müqəddəs Georginin əjdəhanı öldürdüyü təsvir edilib . Müqəddəs Georgi xristian olduğu üçün paqan imperator tərəfindən əzab əziyyətlərə məruz qalıb və öldürülüb.
Qreqoreo Çudotvores – Neokesariyada paqan ailəsində doğulub. Təhsil üçün Romaya yollanan Qreqoriy Fələstin Kesariyasında Origenlə rastlaşır . Xristianlığı qəbul edir , xaç suyuna çəkilir. Bir neçə kitabların və bir çox fəlsəfi fikirlərin müəllifidir.
Hz.Cercis peyğəmbər . Cərcis peyğəmbər həzrət İsadan sonra , həzrət Mühəmməd peyğəmbərdən əvvəl yaşamış peyğəmbərlərdən biridir . Bu ad Georgius adının ərəbləşdirilmiş variantıdır .
Həzrət Cərcis Fələstində ya¬şayırdı . Sonralar Həzrət Cərcis Mosula köçdü. O zamanlar Mosulda bütlərə inanan zalım bir padşah hakimiyyət sürürdü . Cərcis peyğəmbər camaatı bütlərdən döndərib Allaha doğru çağırmağa başladı . Xeyli adam , hətta padşahın arvadı da imana gəldi . Padşah Cərcis peyğəmbəri öldürmək üçün onu ən ağır işgəncələrə məruz qoyur. Peyğəmbər dörd dəfə ölümcül işgəncə altına düşür: onun bə¬dəninin ətini dəmir daraqla qoparırlar, onu qaynar yağın içinə atırlar , odda yandırır , başına mismar vururlar . Amma hər dəfə Allah Həzrət Cərcisi sağ-salamat saxlayır. Yeddi ildən sonra allahın hökmü ilə həzrət Cərcis vəfat edir, padşah və tərəfdarları Allahın göndərdiyi bəla ilə məhv olurlar.
İraqın Mosul şəhərində Həzrət Cərcis peyğəmbərin böyük məqbərəsi var. Azərbaycanın Beyləqan rayonunda da Cərcis peyğəmbərə aid edilən məzar ziyarətgah kimi tanınır.
Bəzi peyğəmbərlərin adları -
Hz. Carıg əleyhissəlam.
Hz. Gerib əleyissəlam.
Hz. Heruk əleyhissəlam.
Hz. Herbib əleyhissəlam.
Hz. Hergil əleyhissəlam.
Hz. Yercac əleyhissəlam.
Hz. Ürdün əleyhissəlam.
Hz. Herfiya əleyhissəlam.
Haran- Xaran – Qaran - Aran İbrahim peyğəmbərin qardaşı .
Horiş - Qoris ( xoşbəxt , xoş nişanə kimi mənalar verir ) Əsən – Həsən
Calalın anasının adı . Oris xatun bəzi mənbələrdə Arzu xatun da adlanır .
Xurs v-ci əsrdə Girdman əyalətinin hakiminin adı . Xristianlığın
yayılmasında böyük rolu olub . Xaçbulaqda ( bu günkü Xoşbulaq ) olan
qəbri hər zaman ziyarət edilib .
Xrisoverq - Vizantiya aristokratiyasının soy adı . Nikolay ıı- Xrisoverq Konstantinopolda 979 – 991 – ci illərdə Patriarx olub . Bu gün İstanbulda həmin kilsə var . Luka Xrisoverq isə 1156 - 1169 – cu illərdə Konstantinopol Patriarxı olub . Xrisoverq sözünün mənası yunan dilində * qızıl zəncir * deməkdir .
Xrist Xor monastrı - Konstantinopol ( Nə üçün məhz Xrist, Xor ?) .

Firəngiz Rüstəmova
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Amerikalılar qorxu içində

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Maraqlı / #Araşdırma

Gəncə xanı Cavad xanın kötükcəsi Malayziyada tapıldı FOTO

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının