Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet

Bir daha Hor sivilizasiyası haqqında

30-01-2017, 20:12 | 9292 dəfə baxılıb.

MÜXTƏLİF DİLLƏRDƏ OLUB , FONETİK OLARAQ EYNİ
SƏSLƏNƏN SÖZLƏR , TƏBİƏT HADİSƏLƏRİ VƏ S. HOR
SİVİLİZASİYASININ İZLƏRİ


Əfsanəyə görə min illər öncə dünyada olan bütün insanların , ümumiyyətlə insanlığın yeganə dili olub . Hamı eyni dildə danışırmış .Bu o dövr idi ki , dünyanı sel basdıqdan sonra xilas ola bilənlər bir xalq kimi idilər , insanlar bir – birinə qarşı çox mehriban və qayğıkeş idi . Xilas olanlar Qədim Sennaar torpaqlarına gəlirlər . Sennaar şimali Mesopatomiya ərazisində olub . ( Sennar sözü ilə Sumeru - Şumer sözündə bir uyğunluq da var .) Mosopatomiyanın qədim şəhərlərdən biri olan Babil şəhərini tikirlər . Babil isə dövrünün mədəniyyət , iqtisadiyyat mərkəzi , dünyanın ilk *meqapolisi * oldu . Şumerlər hər zaman yüksəkliklərə etiqad etdiklərinə görə , Babilin Asma Baxçaları əhatəsində yeri göyə bağlayan Dünya ağacının , Dünya və ya Tanrı dağının simvolu olaraq bir qüllə də tikmək istədilər . Və bu qüllə Tanrı Marduk adına tikilirdi . Babil sözü nə deməkdir bəs ? Babil - Tanrı qapısı olaraq tərcümə edilir və Şumer dövründə * Kadıngirra * adlanıb . Kadıngirra nə deməkdir ?* Ka * - qapı , *Dingirra - Tanrı * yəni Dingir . Amma Kadıngirra sözündə bir * qadın *- * kadın * və * girmək * feli də gizlənib . Çünki şəhərin şimal qərb küncündə * İştar qapısı * var idi . Tanrıça İştar . Bu mehriban , eyni dildə danışan insanların qüllə tikintisini Tanrı yarımçıq qoyur , insanların dillərin dəyişir , bir – biri ilə anlaşmayan adamlar çaş başlıq içərisində qalır və dünyanın müxtəlif coğrafiyalarına üz tuturlar . O vaxtdan müxtəlif dillər , xalqlar yaranır və bu gün də heç kim bir - biri ilə anlaşa bilmədiklərinə görə müharibələr və qırğınlar davam edir . ( Əski Ahitdə Babil sözü Babel şəklindədir. Bu kelme İbranice Bavel kəlməsindən gəlir və Əski Ahitdə "Qarğaşa , qarışıqlıq" şəklində açıqlanır .)
Qara göylərin gecə rəngi , qaranlıq. (qara sözünün Azərbaycan dilində 14 mənası var ) . Soyluluq bildirən məna – Qara qoyunlu hökmdarları Qara Məhəmməd Bəy , Qara Yusif Bəy , Ağ qoyunlu hökmdarı Qara Yuluq Osman Bəy , osmanlıların atası Qara Osman Bəy dedikdə igid , alp , qəhrəman soylu olmaq xatırlanır . Böyüklü , genişlik mənası - Qarayazı kimi ərazilər , Anadoluda qara – kara sözü dənizkənarı torpaqlar kimi başa düşülür . Qara həm də yas , ölüm – itim deməkdir . Məsələn – qara yellər , qara buludlar , qara gün , qara bağlamaq kimi sözlərlə ifadə edilir . Dədə Qorqud dastanında da qara rəng bir iztirabın rəngi kimi verilib . Qara yel dedikdə həm də şimal küləkləri nəzərdə tutulur . Çünki qədimdə türklərdə rənglər həm də cəhətləri bildirib . Qara rəng - şimal . Ağ rəng - qərb , Göy rəng - doğu , şərq . Qırmızı rəng – güney , yəni cənub . Türkiyənin şimalında Qara dəniz , batısında Ag dəniz , güneyində Qırmızı dəniz yerləşir . Doğusunda isə Gökcə göl var idi . Orhun kitabələrində yazıldığına görə də Gök türk dövləti doğu tərəfdə idi . Hun dövlətinin də batıdakı hissəsi Ak Hun , şimal hissəsi Kara Hun adlanırdı . Altın Orda dövlətinin də batı yəni qərb qanadı Ak Orda , doğu qanadı isə Gök Orda idi . 5 – ci əsas rəng isə sarı rəng idi ki , mərkəzin , hakimiyyətin , qüdrətin rəngi idi . Bütün Cahangir hökmdarların hamısı sarı , qızılı günəş rəngli taxtda təsvir edilib . *Qr*-*Hr*. Yapon d . * kura * , Belarus d . * çornı * , Bolqar d . * çerno * , Bosna d . * crn * , Kazax , Qırğız d . * kara * , Makedon d . * çrna * , Monqol d . * xar * , Polyak d . * czarny * , Serb d . * srn * , Slovak d . * çierna * , Özbək d . * qora * , Xorvat d . * crna * , Çex d . * çerna * qara rəng deməkdir . Qardaş - Qədim Kıpçak d . * karındaş* formasında keçər. Azərbaycan d .*qardaş* , Türkmən d . *gardaş* , Özbək d. *qarindoş* , Tatar d . *qardaş *, Qırğız d . *karındaş* , Nogay d . * karındas, Kazax *karındas *, Qara-qalpaq d. *karındas* , Hakas d . *harındas* , Belt ağızlarında* karındas * formasında yer alır.Əgər eyni qarında yatmağa qardaş deyilirsə bəs nə üçün eyni ana babadan olanlara öz – doğma qardaş , fərqli ana babadan olanlara isə ögey qardaş , bioloji olaraq qardaş olmasalar da eyni anadan süd əmən şəxslərə süd qardaş deyilir? Karaintaş – Elamlarda Kuri , Kassitlərdə Kari allahının adı ilə bağlıdır.Türkçə Karu,Monqolca xaru *əziz* , *sevimli*, ini sözü də *kiçik qardaş* və taş , daş yəni * möhkəm* sözlərindəndir.Qədim Slavyanlardan gələn * koren * sözü var . Bu söz həm * kök * deməkdir , yəni irsin , nəslin başlanğıcı . Həm də dost , köhnə dost , qardaş deməkdir . Koreş , korifan sözləri də dost , qardaş mənasında işlədilən sözlərdir . Qardaşın Qədim Türklərdə ailə üçün , xüsusən qız övladı üçün əhəmiyyəti və mənasının , Xan , Çar , Kral , Şah üçün oğul övladının nə demək olduğunu hamımız bilirik .Bəlkə elə qardaş sözü * Dağ əzəməti * , * Dağ ucalığı * , * daş – qaya möhkəmliyi və dözümü * deməkdir ? Düşmənin qarşısında dağ kimi dayanan , ailəni , nəsli qoruyan və nəsli davam etdirən deyilmi ? Xan nəslindən olan qız ilə evləndikdən sonra həmin şəxs * kürəkən – küregen *yəni xan nəslinin qız övladı tərəfdən nəslinin davamçısı olmurmu ? İnsanlar hər zaman zəlzələ , sel , daşqın kimi təbii fəlakətlərdən dağlara sığınıblar , bu gün də müharibə gedən ölkələrdə günahsız körpələr , qocalar , xəstələr və qadınlar göydən tökülən bombalardan qorunmaq üçün dağlara sığınmırmı ? Xatırlayaq - Əfqan d . * kar - daş , qaya* , Somali d . * qar – ucqar yer , hündür dağ - kur * , qədim İrland d . * karrak – ucqar , sahil *, Gürcü d . * karkar – hündür qaya , sıldırım *, Türk d . * kır – dağ silsiləsi * , Monqol d . * kira , xar , xara – dağ yalı * , Evenki * kiraqin ( Krasnoyarsk vilayətində , e.ə. 2 – ci minillikdən yaşayış məskəni olmuş ) – yamac , hündür sahil * , Hindavropa d . * qar – dağ * , Yunan d . * kar – zirvə , dağ zirvəsi * , Qədim Yunan d .* Kyraos – qayalıq , Korsika* , Qədim Hind d . * karkara – daş , cınqıl *olan yer . Qafqaz Alban d . *Qar – kar * dağ deməkdir . Rus və diğər slavyan mənşəli xalqların d . , Altay türklərinin dilində * qora – qara * dağ deməkdir . Göründüyü kimi QAR – KAR hər zaman , əksər xalqların d . ucalıq demək olub . ( Divanü Lügati't-Türk \kır anlamı kır, basık dağ, kır anlamı - Mayalanmış hamur. Biraskiğ – Erzincan )
Qorxu hissi , yəni emosional gərginlik yəqin ki , insan yaranandan var . İlkin
insanlar sel , yanğın , daşqın , vəhşi heyvan və təbiət hadisələrini , yırtıcıları
idarə edən gözə görünməyən varlıqlardan , pis ruhlardan , qaranlıqdan və s .
qorxublar . Amma bu cür qorxunun bizim dildə digər bir əvəzedisi var
ürkü , ürkmək , eymənmək kimi . Zaman keçdikcə bu
qorxulara tanrı qorxusu da əlavə olunub . Yəni günah işləmiş insanın qara
qorxuları və axirət ( Xatırlayaq - Ereb və Nyuktanın oğlu yəni əbədi
zülmət və qaranlığın oğlu Xaron ölənlərin ruhunu Axeron çayından yəni
*Axirət * dünyasındakı çaydan keçirərək Aidə aparan məxluq . Axirət sözü
ilə Axeron sözü demək olar ki , deyiliş və mənaca oxşar sözlərdir . )
dünyasında yaradan tanrını görə bilməmək qorxusu , təkallahlı dinlərdə isə cəhənəm qorxusu da əlavə edildi . Təmiz , saf insan da hər zaman qorxu yaşayır - vicdanını çirklətmək , sevdiyini itirmək , nə qədər günahlardan uzaq da olsalar sonda Tanrını görə biləcəklərinə inanmamaq qorxusu və s . Bəlkə elə insanların * Tanrı Qorxusu * Qor Tanrısının zamanında yarandı ? Qor atasının yerində taxt tacda oturub dünyanı idarə etdikdən sonra Osiris axirət dünyasında ruhları sorğu sual edən , yəni məhkəmə etmək missiyasını öz öhtəsinə götürdü . Bəlkə elə ona görə bir sıra xalqların dilində məhkəmə sözü də çox oxşardır – Alman d . * gerighh * , Malta d . * gorti * , Korsika d . * curti * və s .
Qırx sayı - ədədlər arasında ən ovsunlayıcı say olaraq qarşımıza çıxmaqdadır. Kırk, Kır/Qır kökünden töremişdir. Çoxluğu , böyüklüyü , genişliyi ifadə edir Babil Allahı Ea və Sümer Allahı Enkinin sayı olaraq qəbul edilirdi. Qədim Babildə bu inam , müşahidə zamanı Ülker ulduzunun 40 gün ərzində nəzərdən itməsi ilə əlaqəli idi . Bu eyni zamanda yağışlı mövsümlərin müddətidir ki , bilindiyi kimi Nuh Tufanına səbəb olan yağışlar da 40 gün sürmüşdü. Ülker ulduzu geri döndüyündə Babillilər Yeni İl Şənliyi edərdilər. Qədim Misirdə fironun ölümündən qırx gün sonra cənnətə gedə bilmək üçün bir öküz ilə mübarizə etmək məcburiyyətində qalmasının, Xristianların Pasxasında 40 gün oruc tutaraq hazırlanmasının, Ayasofya Kilsəsinin zəmin qatında 40 sütununun və qübbəsinə də 40 pəncərəsi olmasının kökündə o dövrlərdən qalma Şaman və ya Totem ənənələri yatar.Türk, Altay, Orta Asiya və Yaxın Şərq mifologiyalarında və xalq mədəniyyətində ayrıca İslam inancında müqəddəs saydır. Gırk, Kırh, KIRN olaraq da deyilir. İslamın təsiriylə əhəmiyyəti daha da artmışdır. Qırx şaman tərəfindən qorunan müqəddəs şəxslərə qırxlı adı verilir. Qırx sayı Dədə Qorqud əhvalatlarında da keçməkdədir. "Buğac xanın yarası qırx gündə sağalır , Eylik Koca-oğlu qırx cübbəyə bürünür, zəfərlər və şənliklər səbəbindən qırx qul və qırx qaravaş azad edilir , qırx yerdə otaq və ya Gerdek tikilir, qırx gün-qırx gecə toy olur .Tanrı, Begil-oğlu Emrene qırx Er qeder qüvvət verir, Bamsı Beyrək hekayəsində Boğazca Fatma, qırx oynaşlıdır .Deli Domrul, bir quru çayın üzərinə saldırdığı körpüdən geçmeyenden qırx akça alır. "Burla Xatunun döyüşçü olan Qırx Qız köməkçisi vardır. Yeni doğum etmiş bir qadının yanına bir iki adam xaric qırx gün boyunca kimsə girib çıxmaz. Bu vəziyyətin tibbi səbəblərlə bir əlaqəsi olduğu açıqdır. Ayrıca bu müddət uşağın qırxının çıxması mənasını da gəlir ki, bu anlayışla bağlı ənənələr vardır; dua oxunması, yemək verilməsi vs. kimi. Ölünün qırxının çıxması da yenə bənzər şəkildə dualarla və halva hazırlanaraq həyata keçirilir. Bu anlayışın əsasında ruhun yaşadığı evi qırx gün sonra tərk etdiyi inancı vardır. Qırğızıstan bayrağında Günəşin ətrafında qırx Qırğız boyunu işarələyən qırx şüa vardır. Dədə Qorqud, Manas dastanı, Qırğız Töreyiş Əfsanəsində də Qırx Qız vardır. Oğuz Xanın verdiyi şölənlərdə dikdirdiği şirnilərin boyu qırx qulac uzunluğundadır. Hekayə və nağıllarda "qırx gün, qırx gecə" toylar edilir. Cəzalandırılanlar üçün "Qırx qatır və ya qırx sətir" şəklində bir tətbiqdən bəhs edilir. Əjdahalar qırx gün və ya qırx il yatarlar. Ejderhadan qırx qıl qoparılar və atəşdə yandırılar, əjdaha ancaq o zaman ölür. İslamiyyətdə isə ölümün ardından qırx gün sonra mövlud və Quran oxunar. Musa Peyğəmbər, Allahın buyruqlarını Turdağında qırx gün qırx gecə almışdır. Yahudi geleneyinde 40 sayı böyük önəm ərz edir. Əski Ahit Tufan’ın 40 gün ve 40 gece sürdüğüne İsrailoğullarının çölde 40 yıl dolaştığına Musa’nın ve Elyasanın inzivaları 40 gün sürdüğüne işaret etmektedir. 40 sayı, başlangıçtan beri qədər qismətlə ilgili bir say olmuşdur. Əski Ahit, insan hayatının ideal uzunluğunun 3×40 (120) il olduğunu irəli sürər və İsrailoğulları krallarının çoxunun, Hz. Süleyman ve Hz. Davud da daxil 40 il hökümdarlık etdiyini söylenir. Misirdən çıxış ilə məbəd inşası arasında her biri 40 illik olan 12 dövr geçtiği söylenir - 480 il . Yahudi geleneyində də 40 gün arınma dönemine işarət edir. Qırx ərənlərin sonsuza qədər yaşayacağına inanılar. Gözə görünməzlər, Tanrı tərəfindən seçilmişlər. Bektaşilerin dörd qapı qırx mövqe anlayışı yer alır. Qırx sayının Çuvaşçadaki söyleyiş forması olan Herehin qurban mənasıyla bağlılığı diqqət çəkicidir.Xəzər, Türk xalq inancında Qırx Övliya deməkdir. Xristian Türklərdə 40 Əziz anlayışı vardır. Onlar üçün 40 şam yandırılır. Kırklara qarışan igidlər də bir daha görünməzlər. Xəstələrin şəfa üçün getdiyi "Çilten Ocağı" Asiyada fərqli bölgələrdə mövcuddur. Qırx Çilten və ya qırx Eren adıyla da xatırlanarlar. Qışda ardından baharda yenidən dirilməyə hazırlıq prosesi olaraq qışda təbiətdəki üç dəfə ölüb dirilməyi ifadə edən və ilki qırx gün davam edən üç dövrün adı Çillə şəklində keçər. Böyük Çillə 40, Kiçik Çillə 20, Boz Çillə isə Novruza qədər gedər. Novruzda son diriliş reallaşar.
Qalisiya d . * corenta * , İspan d . * cuarenta * , Katala , İtalyan d . * quaranta * , Kazaxd . * kırık * , Qırğız və Türk d . * kırk * , Korsika d . * quarantina * , Portuqal d . *quarenta * , Özbək d . * qirq * , Fransız d .*quarante * , Çuvaş d . * HEREH * qırx deməkdir . Rus d . * sorok * Qədim Şərqi Slavyan d . * srk – сърък * deyilirmiş və orada yaşamış olan qədim türk xalqlarının dilindən gəlir .( O.N.Trubaçovun fikrinə görə * k-k-s-k *dissimilyasiyasiyasıdır) .
Qurğuşun – həm zəhərli , həm tez əriyən , həm də ən ağır metaldır . Saturn tanrısının simvoludur .( Saturn bizim günəş sistemində vı – cı planetdir.)Saturn əkinçilik , bağçılıq tanrısıdır .Hər il 17 dekabr Romada 5 – 7 gün saturnaliy bayramları , karnavalları keçirilərmiş . Hamı şənlənər , bir birinə hədiyyələr verərmiş . E . ıv – cü əsrindən bu bayram öz yerini Rojdestvova verib . Ən qədim qurğuşun e . ə. Vı – cı əsrə aiddir və Afinada tapılıb . Qurğuşun mifologiyada ona görə dəyərləndirilir ki , qoxunc varlıq Ximerin məhv edilməsində Bellerefonta yardım edib . Yunan mifik qəhrəmanı Belerefont qanadlı at Peqası öyrətmişdi ki , Ximeri axtarsın . Peqasın vasitəsilə qorxunc varlığı tapan qəhrəman qurğuşun parçasını elə atıb ki , vəhşi metalı udub və onun qarnında əriyən metaldan daxili parşalanaraq ölüb . Qurğuşun Monqol d . * xürqeder * , * Kazax d . * korğasın * , Türkiyə türkcəsində * kurşun * , Özbək d . * qorgoshin * adlanır .
Qradus – Latın sözü olub addım , pillə deməkdir . Addım - addım ya yüksəlmək ya da enmək olar . Sonradan qradus ölçü vahidinə çevrildi . 3000 il əvvəl Mesopatomiyadakı xaldey tayfaları günəşin səmada 180 addım irəliləməsini fərq etdilər və e .ə. vı – cı əsrdə günəşin diametrini ölçdülər . E .ə. şumerlər ay təqvimi hazırladılar və s . Xaldeylərin astronomik terminlərini Romalılar pillə , addım kimi mənimsədilər .
Core - Latın , İngilis , Bask , Korsika dillərində * Nüvə - Özək * ( özək sözündə bir * öz * - * oz * sözü də gizlənir ... * oz – öz * işarəsi . İşarə sözündə isə bir işıq sözü də gizlənmişdir . Demək heç bir söz təsadüfən yaranmayıb . Hər bir kəlmədə min illərin yaddaşı var . ) deməkdir . Əfsanəyə görə Zevsin ölümlü qadından olan oğlu Heraklın ölümsüzlüyə qovuşması üçün gizlincə körpəni xanımı tanrıça Qeranın döşünə qoyur . Yuxudan oyanan Qera Heraklı görəndə onu itələyir və südünün bir hissəsi havaya püskürür . Həmin süddən isə qalaktikamız yaranır . Yəni süd yolu .
Süd yolu - yəni Qalaktika spiralvari formada hərəkət edir və görkəmi öz işarəsini , damğasını xatırladır . Qalaktikamızın da nüvəsi , özəyi , mərkəzi var . Tam mərkəzdə * Özək - Core * yerləşir , yəni öz damğasının kəsişdiyi yerdə . Həmin yer isə * QARA * dəlikdir. * Qara * dəlik haqqında isə az – az adam tapılar ki , məlumatı olmasın .Qalaktikanın - Süd yolunun səmada adi gözlə görülməsi mümkündür . Özək sözü Lüksemburq d . * kar * , Niderland və Alman d . * kern * , İrland d . * croi * , Dat d . * kerne * Bolqar d . * sercevina * , Litva d . * serdis * ( Malta dilində də ürək - qalb , özək isə qalba adlanır . Demək bir çox xalqlarda ürək elə mərkəz , nüvə , özək deməkdir ) , Bosna d . * jezgro * , Vall d . * craidd *

Cor Latın d . ürək deməkdir . Ürək vurmasa , döyünməsə bədəndə istilik ,
hərarət olmaz . Amma əslində ürəyin döyünməsi fizioloji bir funksiyadır . Ürək isə hiss edir . Hər şeyi beyinin düşündüyünü bilsək də , hər zaman ürəyim istədi , ürəyimə damdı , (nəyə isə) ürəyim acıdı , ürəyim açıldı , ürəyində insaf , vicdan var və ya ürəyi daşdandır , ürəyində rəhm yoxdur və s. kimi sözlər hər gün işlədilir . Ürək poeziyadır ... Ürək – Yürək – Yürümək - davam etməkdir ...Ürək bədənimizdəki üç mərkəzdən biridir . İngilis d . *heart *, Qalisiya və İspan d . *corazon* , Dat d .* hjerte* , İrland d .* croi* , İtalyan d . *cuore* , Korsika d . *lu cori *, Lüksemburq d . *haerz* , Alman d . *herz* , Niderland d . *hart* , Portuqal d . *coraçao* və s .( Malta dilində isə * ürək - qalb * , nüvə isə * qalba * adlanır .) Cor - Qor- Hor, *Hr*-*Hor*.
Cranium - Baş beyini qoruyan , bədəndə ən hündürdə yerləşən orqan , kəllə sümüyüdür . Beyin isə bədənimizdə ikinci mərkəzdir . Düşüncə , məntiq , fəlsəfə , ağıl , bilikdir ...Qalisiya , İtalyan , Portuqal d . *cranio* , İspan d . *craneo* , Korsika d .* cranio* , Malta d . *kranju* , Rumın d . *craniu*, Rus , Bolqar d . *çerep* , Belarus d .* çerap *, Makedon d .* çerepot* və s. Üçüncü mərkəz isə Xaradır , yəni Köbək . Xara Yapon dilindədir . İnsan ana bətnində olduqda köbək ciyəsi , yəni Xara vasitəsilə qidalanır . Doğulduqdan sonra isə insan bir mərkəzə , bir çakraya köklənmiş olur – Xaraya . Xara həm fiziki , həm də mənəvi güc mərkəzidir . Sumo güləşçilərinin döyüşü elə köbək , qarın , Xara döyüşüdür . Bu təkbətək döyüşdə həyat mərkəzlərinin toqquşması baş verir . Kim daha möhkəm , daha köklüdürsə , kim öz Xarasını düzgün idarə edirsə o , qalib gəlir . Təsadüfi deyildir ki , yapon d . Xara həm də qarın deməkdir . Yenidoğulmuşlar nəfəs aldıqda köbək nahiyəsi , yəni qarın tənəffüsü edir . Amma insan yaşadıqca mərkəzdən Xaradan get - gedə uzaqlaşır .Yaponlarda Xarakiri termini də buradan yaranıb . Xarakiri etmək özünü öldürmək kimi görünsə də , əslində Xara mərkəzini , yəni həyati mərkəzi dağıtmaq deməkdir . Qarın Bolqar d . * korem * Türk d . * köbek * , Qırğız d . isə * kursak * adlanır . * kerhize * isə Alban d . köbək deməkdir

Karbon - Latın d . sözdür və *carbo* sözündən gəlir . Mənası kömür demək olan *carbo* isə kökü daha qədim söz olan * KAR* yəni * OD * ilə bağlıdır . ( Kömürlə əlaqəli dilimizdə bir söz də var * Karandaş* .Türk sözü olub mənası KARA DAŞ - QARA DAŞ deməkdir .Əvvəllər kömür və qrafitdən istifadə edirlərmiş . Bu gün işlətdiyimiz qələm sözü isə ərəb və suryani d . söz olub və * KALAMA* sözündən götürülüb ki , qamışdan alınmış yazı yazmaq vasitəsinə deyilib . ) * kar * sözü bizim dildə də od və alovla bağlı olan * qor * və * qarsalanmaq * ifadəsi ilə eyni məna və səslənməyə malikdir . Latın d . *cremare *– yanmaq , Rus d. * qar * , * jar * , * uqoret * ( isti , yanmaq , qor ),* uqorat * istilik , alov , odla bağlı sözlərdir . ( Qarsalamaq ) . Kar – Qor sözünün yanmadan yaranan istiliklə bağlı olduğu məlumdur . Bir də dilimizdə çox arxaik kəlmə var *gərmə * , Türkiyə türkcəsində * kerme * adlanır . Bu yanacaq vasitəsi tövlədə yığılmış heyvani gübrənin xüsusi kürək vasitəsilə yığılıb , qəlib şəklində kəsilərək , qurudulduqdan sonra odun və ya kömür əvəzi istifadə edilir . Yəni yandırılaraq istilik alınır .
Karyera - İtalyan d . * carriere * qaçış , yüksəliş , irəliləmə deməkdir ( şəxsi işlərdə , sosial , akademik karyera və s . ) . Latın d . * carrus * daşıyıcı vasitə deməkdir . Karyera həm də günəş rəmzi olan atın sürətlə qaçışı . Fransız d . * carriere * ippodrom deməkdir .
Karxana – daş karxanası (Rus d . kamennıy karyer - yəni daş çıxarılan yer ) Kar daş , qaya deməkdir . Fransız d . carriere *daş sındıran işçi * , carre isə * daş plitə * deməkdir . Qədim Yunan d .* Kyraos – qayalıq , Korsika* , Qədim Hind d . * karkara – daş , cınqıl *olan yer . Əfqan d . * kar - daş , qaya* , Gürcü d . * karkar – hündür qaya , sıldırım deməkdir . Kərpiç ( Rus d . kirpiç ) – Şumerlərin hazırladığı və zikkuratların tikintisində istifadə etdikləri tikinti materialı . Yəni orta hesabla gildən hazırlanmış və günəş altında qurudulmuş bu tikinti materialının 5000 ildən çox yaşı var . ( Daşı daş üstə qoyub divar , ev, hasar tikib ucaltmağa isə *hörgü* deyilir .
Karli - qayada , mağara formalı Buddist xramı və monastrı . Hindistanda
Maxaraştra ştatında yerləşir .
Karst , karst mağaraları - əhəng tərkibli qayaların su eroziyası nəticəsində ovulub , boşluqlar yaranaraq mağaraya çevrilməsi .
Kirxa - Germanizmdə ibadətlər və rituallar edilən Lüteran kilsəsidir . Alman d . Kirche , Holland d . Kerk , Şotland d. Kirk , İngilis d . Church Tanrı Rəbb deməkdir . Kilsə - İngilis d. *church , kirk *, Alman d . *Kirche *və Holand d . *kerk * *kilsə * növləri . Kilsə Yunan d . əski German d . gəlmişdir . Rus d .* cerkov * Serb d . * crkva * və s . Kermes - kilsədə Bazar ayinindən sonra xeyriyyə üçün satış . Fransız d . * kermesse * "Kilsədə Bazar ayinindən sonra xeyriyyə üçün edilən satış" sözündən alıntıdır. Fransız d . olan bu söz Holandaca *kerkmisse* "kilsə ayini" sözündən alıntıdır. Bu söz Holand d . *kerk * "kilsə" ( Qeyd – Holand d . olan söz German d . eynı anlama gələn *kîrikon * sözündən alınmışdır. German d . isə Qədim Yunanm d . *kyrikón κυρικόν * *tanrı evi* , *kilsə* sözündən alınıb. Yunan d . olan söz Qədim Yuna d . * kýrios κύριος * "rəbb, tanrı" sözündən + ikos şəkilçisi ilə yaranmışdır ) və Latın d . *missa * Bazar ayini " sözlərinin birləşməsidir. ( Qeyd - Latın d . söz Latın d . *mittere, miss- * "göndermek" feilindən törədilmişdir. )
Haray çəkmək – Tanrıyı imdada çağırmaq .Zalıma qarşı , zülmə qarşı məzlumun səsidir HARAY .
Hırs – Sonu olmayan bir istək , arzudur . Ehtiras və aşırı tutqudur . Hirs isə qızğınlıq və öfkədir .
Hərb – kütləvi ölümlər , dağıntılar müharibə . Elamlılarda Hurvi , Kaslarda Harbe adlanan tanrılar vardı . Bu tanrılar şumer tanrısı Enlil kimi təbii fəlakətləri idarə edirdi . Ümumdünya daşqınını da , seli də insanları kütləvi məhv etmək məqsədilə Harbe tanrısının etmiş olduğu deyilir . Hərb sözü Bask d . * Gerra * , Bosna d .* Rat * , Macar d . * Haboru * , Katalon , İtalyan , İspan , Portuqal , Qalisiya d . * Guerra * , Korsika d .* a Guerra* , Latış d . * Gars * , Litva d . * Kareg * , Alman d . * krieg * , Lüksemburq d . * krich * , Malta d . * gwerra* , Ingilis d . * war * və s . kimi deyilir .
Bahar fəsli . İsti ayların , günəşli ayların ilk ayı . Mart ayının 21- də gecə
gündüz bərabərliyində , sur bürcü səmada göründükdə bahar fəsli gəlmiş
sayılır. Qədim mədəniyyət mərkəzləri olan , ilk astronomoyanın , astrologiyanın öyrənildiyi ölkə Şumeriyada , Babil şəhərində yeni il 21 martda keçirilib və bir neçə gün davam edib . 21 martda Azərbaycan , Türkmənistan , Özbəkistan , Qazaxstan , Tacikistan , Qırğızıstan , Türkiyə , Albaniya , Makedoniya , İran , Əfqanıstan , Dağıstan , Tatarstan , Başqırdıstan , Hindistanın bir sıra regionları , Çində Sinçzyan - Uyğur avtonom rayonunda Novruz yəni yeni il bayram edilir . 22 mart yaz gecə gündüz bərabərliyinin ilk günü Avropada Ester bayramı keçirilir . Ester qerman mif . yazın , baharın . sübh şəfəqlərinin tanrıçasıdır . Ester bayramının e . 2000 il əvvəl də kiçirildiyi deyilir . Slavyanlar 24 mart yaxınlaşan isti ayları bayram edirlər - Maslennisa . 25 mart - ölüm üzərində qələbə bayramı * Svarqi Vesna *. 30 mart - Ladodenie . Oyanan Təbiət Ana mahnılarla , bayramla qarşılanır . Lada qadınların və doğumun himayədarı olub . M .V . Lomonosov Ladanı Venera ilə eyniləşdirib .
Məhşur filosof Konfutsiyə sual veriblər – Əgər sən hakimiyyətə gəlsəydin nədən başlayardın ?
-*Sözləri ilkin mənalarına qaytarardım * deyə cavab vermişdi .
Yəqin ki , Konfutsinin dediyi kimi , bütün sözlərin ilkin mənalarına qaytarılması mümkün olsaydı ünsiyyət üçün kifayət qədər ortaq sözlər və bayramlar bəs edərdi . Nəzərə almaq lazımdır ki , bu araşdırmada yalnız Qor - Hor sözünün fonetik variasiyalarından söhbət gedir . Demək dillər və mədəniyyətlər arasında uyğunluq daha çoxdur .
Bir daha Hor sivilizasiyası haqqında
Firəngiz Rüstəmova
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Dünyanın hər yerində eşidilən səslər

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Maraqlı

Şok Xəbər..Oxucularını dəli edən Kitab hələdə satışdadır...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Nuh peyğəmbərin məzarüstü türbəsi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının