Castin Biberi ifşa etdi sevgilisi



Castin Biberi ifşa etdi sevgilisiHollivudun gənc və istedadlı müğənnilərindən biri olan Selena Qomez keçmiş sevgilisi Castin Biberin onun qəlbini qırdığını etiraf edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı ulduz şəxsi həyatı ilə bağlı “W” jurnalına maraqlı bəyanatlar verib. Qomez Castin Biberlə münasibətinin keçmişdə qaldığını bildirib:

“Əvvəllər heç nəyə məhəl qoymurdum. 18 yaşında idim, sevgilimlə birlikdə çox şirin görünürdük və bu vəziyyətdən razı idim. Lakin sonra ürəyim qırıldı. Nə olduğunu anlamadan, hamı fikir bildirirdi. Mənsə, bir küncdə dayanıb başımı divara çırpırdım. Hara gedəcəyimi, nə edəcəyimi bilmirdim”.

Yaşadığı acılardan sonra özünü ələ almağı bacaran Qomez indi köhnə məsələlər haqqında danışmaq istəmədiyini söyləyib: “Artıq tükənmişəm. Bu məsələ məni dəli edir. Castinə də həyatında uğur diləyirəm. Amma bu münasibəti daha çox davam etdirə bilməzdim”.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi