Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet / #Ədəbiyyat

Nəbi Xəzri:"Sevmirəm" söyləsən bir axşam mənə"

17-02-2017, 23:30 | 1 0482 dəfə baxılıb.

Zəriflik

Lalələr parlayan
Çəməndə, düzdə,
Sanki büllur axan sudur zəriflik.
Hər gün kobudlaşan zəmanəmizdə,
Elə bil ilahi nurdur zəriflik.

Açılır ürəkdən
Ürəyə izlər,
Göydən Günəş çıxır, ümmandansa dürr.
Zəriflik sükutla danışan gözlər,
Bir də o gözlərin təbəssümüdür.

Sən gəl mehribanlıq
Önündə əyil,
Kimə qismət olsa, səadətdir o.
Zəriflik dünyada zəiflik deyil,
Bəlkə də ən ulu bir qüdrətdir o.

Kobudlar yanından
Tufan kimi keç,
Zərif insan gördün başına and iç!

Axı həyat sənə
Demir, sev kimi,
Verir təzə-təzə nəsil məhəbbət.
Qışqıran sevgilər məyər sevgimi?
Səssiz baxışlardır əsil məhəbbət.

Məhəbbət — bəşərin,
zərrin tacıdır,
Zəriflik, nəciblik qoşa bacıdır.
Cavandır, nə qədər
Qocalsa dünya,
Səadət — əzəli, əbədi olsun.
Zəriflik üstündə ucalsa dünya,
Qoy dünya nəciblik məbədi olsun!

4 may 1997

*************

Şəklinə baxıram

(Mərhum ömür yoldaşım Gülarə üçün)


Sən getdin cahanın
Dərdli çağında.
Bir çaya döndüm ki, sısqa axıram.
...Sənsiz bir otağın tənhalığında
Şəklinə baxıram...
Yenə baxıram.

Əsir pəncərədən
Yel incə-incə,
Sanki isti nəfəs üzümə dəyir.
— Gecən xeyrə qalsın — söylərəm gecə,
Səhər də söylərəm: sabahın xeyir!

Ürəyim narahat,
Qulağım səsdə
Dövrün haqsızlığı titrədir məni.
Çevrilib mələyə başımın üstdə,
Ruhun gecə-gündüz hifz edir məni.

Axı, səninlədir hər anım mənim,
Sən mənim nisgilim, pərişanımsan.
Gündüz şəkillərdə susanım mənim,
Gecə yuxularda danışanımsan;
— Ay Nəbi, özündən muğayat ol sən,
Bil, daha dünənki cavan deyilsən.
— Əlbəttə, mən səni itirən gündən,
Həyatım dəyişdi tamam kökündən.

Qar əskik olmayır doğma dağımdan
Bir gündə asılıb hər ayağımdan.
Bəzən yersiz düşdük haya, haraya,
Axı pis də gedir, yaxşı da qalmır.
Sən məni qısqandın bütün dünyaya,

İndi dünya məni heç saya salmır.
Tanrım bağışlasın,
Günah varsa da,
Günah xoşbəxtlikdən pay alan deyil.
— Gənclik günahları yuyularsa da,
Qocalıq günahı yuyulan deyil!

Gec duydum həyatın
Mən sirlərini,
Zaman pərişandır, ömür pərişan.
Mən öz günahımın zəncirlərini
Çoxdan parçalayıb, çoxdan qırmışam.

Səni yana-yana səsləyirəm ki,
Eşitsin sözümü sevdiyim mələk.
Dünyada o günü gözləyirəm ki,
Gülarə adında nəvəm gələcək.

Şəklinə baxıram,
Baxıram yenə,
Sanıram çiynimə yumşaq əl dəyir.
— Gecən xeyrə qalsın — deyirəm sənə
Səhər deyəcəyəm:
— Sabahın xeyir!

8 aprel 1995

*************

Dəniz, göy, məhəbbət


— Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
— Mən isə... göyləri verirəm, — dedin...

Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.

Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm — deyə,
Mənimlə danışıb, güləsən bir də.

— Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!

Düşündüm, ayrılıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!

II

Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.

III

İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən,
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbimin sahillərinə,
yazaram dəniz kimi,
"Sevmirəm" söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.

IV

Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.

Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkəşanların,
Parlasın hər ulduz xatirə kimi.

Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!

Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.

Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.

1963

*************

Məhkum

Bəlkə vaxtsız əsən
Səmumdur insan.
Səhrada sovrulan tufana məhkum.
Onsuz da ölümə məhkumdur insan,
Ölümdən də betər hicrana məhkum!

Yolları ayrıdır
Xeyrin, şərin də,
Susan həqiqətlər yalana məhkum.
O qədər mələk var yer üzərində,
Dedim ki, olmaram şeytana məhkum!

Ürəkdən ürəyə
Körpü atıram,
Özümsə uçruma, yarğana məhkum!
Mən ki, dərdlər alıb, qəmlər satıram,
Belə alış-veriş ziyana məhkum!

Yer üzü titrəyər,
Göy üzü ağlar,
Dünya faciəli zamana məhkum.
Çiynində günəşi gətirən dağlar,
Görürsən bir qatı dumana məhkum!

Bəşərin dərdini
Hər an çəkən mən,
Yaşaram əlaca, dərmana məhkum.
Bir damla su üçün təşnə ikən mən,
Olmuşam bir duzlu ümmana məhkum!
Mən ki, heç bilmədim
Niyə doğuldum?
Əsrə məhkum gəldim, cahana məhkum.
Özümü bir sarban
Saysam da,
Oldum
Mənzilə çatmayan karvana məhkum!

10 noyabr 1996

*************

Şeir mənim üçün bir kainatdır


Şeir mənim üçün bir kainatdır,
Onun ulduzları,
Günəşləri var.
Şeir mənim üçün sirli həyatdır,
Onun öz sevinci,
öz kədəri var.

Şeir də yaşayır öz baharıyla,
Ona yol da verir sonsuz asiman.
O keçir təbii addımlarıyla,
Süni peyklərin aşdığı yoldan.
Keçir addım-addım
kənddən, şəhərdən,
Ulduzlar üstünün naxışı kimi.
O keçir başına yağsa da hərdən,
Tənqidlər meteor yağışı kimi.
Sözüm də gücünü
ellərdən alıb,
Qoy uçsun göylərə,
o, birnəfəsə.
Qalın qatlardakı yanan peyk olub,
Nə qəm,
neçə şerim geri dönməsə.
Nə qədər qol-qanad,
açsa da ilham,
Mən ana torpağın sinəsindəyəm.
Nə qədər göylərə uçsa da ilham,
Mən yerin cazibə qüvvəsindəyəm.
Yenə düşüncələr aparır məni,
Deyirəm: susmaram boran-qar olsun.
Gəzirəm sevdiyim ana Vətəni,
Misralar gəzirəm,
misralar olsun.

Şerə vurulduğum, de, aymı, ilmi?
Qəlbim arzularda, diləklərdədir.
Ən böyük kainat sənət deyilmi,
Sənət kainatı ürəklərdədir.

Hər kəs xoşbəxt olar öz diyarında,
Əzizdir əzəldən öz yerim dedim.
Kaş xalq ürəyinin fəzalarında,
Dünyalar dolaşa bir şerim dedim.

Baxıram göylərə qəlbimdə şeir,
Ulduzlar uzaqdan göz vurur mənə.
Kainat sirrini açsa da bir-bir,
Sənət kainatı sirlidir yenə.

Bəli, şeir mənə bir kainatdır,
Sözlü, soraqlıdır
bir kitab kimi.
Bəli, şeir mənə sirli həyatdır,
Açsam da,
bağlıdır bir kitab kimi.

1992

*************

Kirayənişin

Gözlənməz qonaq tək
Cahana gəldik,
Göydə ulduz yandı,
Səssiz — səmirsiz.
Dünyada bir guşə
Kirayələdik.
Dedik: — Nə gözəldir
Bizim evimiz.

Elə bil kədərlə,
Qəmlə yaşıdıq.
Kədərsiz sevinc yox,
Əziz saxlayaq.
Ağlayıb gəlmişdik,
Ağlar yaşadıq.
Macal olacaqmı
Sonda ağlayaq?

Atıldıq illərin
Qovğasına biz,
Pay umduq cahanın
Səxavətindən.
Sandıq ki, ömrümüz
Bahasına biz,
Çıxarıq dünyanın
Xəcalətindən.

Kim dedi: qapılar
Pulla açılar,
Kim dedi: dünyaya
Özüməm şərik!
Neçindir bu qədər
Ağrı-acılar?
Lüt gəldik, eləcə
Lüt də gedirik.

Dünya ümman oldu,
Bizsə tək ada.
Yenə işıq saçdı,
O, uzaq ulduz.
Kirayə tutmuşduq
Biz bu dünyada,
Xərcini ödəyə
Bilmədik, əfsus!

Həyatın nifrəti,
Məhəbbəti var.
İllər yolumuza
Güllər sərəcək.
Dünyanın nə böyük
Səxavəti var.
Bizə beş qarış da
Torpaq verəcək.

Axacaq ulduzum
Zər tökə-tökə,
Son gün son mənzilə
Enəcək bəlkə?

8 yanvar 2000

*************

Qadınsız ev

Çiyinlərdə yerin-göyün qəmidir,
Ah çəkirsən asimana yetişir.
Qadınsız ev —
tufandakı gəmidir,
O nə batır, nə limana yetişir.

Ağır dərdlər faciənin gücüdür,
Nə sevinib, nə də gülə bilirsən.
Qadınsız ev —
xəstəxana küncüdür,
Nə dirilir, nə də ölə bilirsən.

Fəlakətdə neçə-neçə sirr yatır,
Səni yıxır, polad kimi o sınmır.
Qadınsız ev —
günəşsiz bir dünyadır,
Nə od yansa, qızınmır ki, qızınmır.

Sən bir quşsan, ruhun sınmış qanaddır,
Heç baxma ki, külək sərin, meh ilıq...
Qadınsız ev —
ulduzsuz kainatdır,
Həmdəmindir sükut ilə qaranlıq.

Ey kişilər!
Sevginizi əzizləyin cahanda,
Qadınlığın sədaqətdir ilk adı.
Vay o gündən —
ömrün axır anında,
Gözünüzü qapayan da olmadı!

7-10 oktyabr 1996


*************

İstiqlal marşı


Göz açdığım qədim torpaq,
Dayağımsan sən dünyada.
Doğma anam, ey mehriban,
Ey qəhrəman, Azərbaycan!
Addım-addım qucağından,
Odlu sellər çağlasa da.
Həsrət qaldın sən işığa,
Zaman-zaman, Azərbaycan!
Yadellilər damla-damla
Al qanını sordu sənin,
Kimlər sənin göz tikmədi
Torpağına, Azərbaycan!
Bayrağını endirdilər,
Ancaq özün əyilmədin,
Alqış bu gün o ucalan
Bayrağına Azərbaycan!
Səhər kimi cavan sənsən,
Tarix kimi qoca sənsən.
Fatehləri diz çökdürən,
Vüqarımsan, Azərbaycan!
Öz müqəddəs dağlarından,
Günəş kimi uca sənsən.
Yer üzündə mənim Odlar
Diyarımsan, Azərbaycan!
Səhərlərin qoy açılsın,
Təzə nurlu bahar ilə,
Gələcəyə mərd addımla,
Uğurla get, Azərbaycan!
Şəhidlərin al qanından,
Lalə açmış yollar ilə,
İstiqlalın sabahına
Qürurla get, Azərbaycan!

1991скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Ədəbiyyat

Nəbi Xəzri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət / #Ədəbiyyat

Tural Adışirin:"Sevgidən danışdı söhbət arası"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının