ÖZÜ OBALARDAN,SÖZÜ BABALARDAN... » Bizim analoqumuz yoxdur!
 
  • 13:00 – Xalq artisti: "Əgər Canəli Əkbərov kimi bir sənətkar bu gün görünmürsə...." 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 
  • 22:00 – Çörək bahalaşdı 

ÖZÜ OBALARDAN,SÖZÜ BABALARDAN...

ÖZÜ OBALARDAN,SÖZÜ BABALARDAN... ÖZÜ OBALARDAN,SÖZÜ BABALARDAN...
Bu gün yurd kimi sevdiyim insanın - Tahir Talıblının 69-cu doğum günüdür! Mübarək olsun! Ulu Tanrı arzularına keçid versin.

ÖZÜ OBALARDAN,SÖZÜ BABALARDAN....

Bu yaxınlarda jurnalist dostum Savalan Talıblı Tahir Talıblının "Bu tale dediyin..." adlı şerlər kitabını mənə bağışlayıb,- imkan olduqca oxuyarsan, - dedi.

Doğrusu,mən Tahir müəllimi Azərbaycan radiosunun xalq yaradıcılığı redaksiyasının baş redaktoru,"Bulaq" dədənin söz-sovuna işıq tutan və dövlət radiosuna el-oba, doğma yurd nəfəsi gətirən bir qələm adamı kimi az-çox tanıyırdım.

İmkan daxilində yaradıcılığını izləyirdim Tahir bəy haqqında bir bildiyim də o idi ki,mürşüdüm Akif Səmədlə dost olublar,bir müddət bir redaksiyada çalışıblar, bir-birinə şeir ismarlayıblar.

Akif Səməd Tahir Talıblının 50 illiyində dostunu belə təbrikləyirdi, həm də Tahir Talıblının əlli yaşından vahimələnirdi:

Bozqurda ulayan qurdla yaşıdsan,
Çığnanan, tapdanan yurdla yaşıdsan,
Yağışla yaşıdsan, odla yaşıdsan,
Bu nə 50 yaşdı, ay Talıfoğlu?

Altaydan addayıb,Qarsdan keçibsən,
Səbirnən ötübsən,hirsnən keçibsən,
Çoxlu günahların üstdən keçibsən,
Bu nə 50 yaşdı,ay Talıfoğlu?

Bu vahimə 50 yaşın məsuliyyətindən gəlirdi,söz yox ki, həm də çoxlu günahların üstündən keçirən 50 yaşın.Özünün əlliyə çatmaması bəlkə də,bu qorxunun səbəbindən idi.Nə bilmək olar.Bu şeir Tahir Talıblı dünyasını az-çox aça bilən, ona ünvanlanan sözüydü.

Bunu Tahir bəyi tanıyanlar da təsdiq edə bilərlər. Tanınmaqdan söz düşmüşkən onu da deyim ki, Tahir bəyin elə yetərincə tanınmağı da yoxdur. Tanınmaya heç ehtiyacı da yoxdur.

Onu tanıya da bilərsiniz, tanımaya da.Çünki başını aşağı salıb öz işində-gücündədi,necə görünəcəyi, görünməyəcəyi heç ağlına da gəlmir.

Mən bildiyimə,izlədiyimə görə, Tahir Talıblı az yazan müəlliflərdəndi.Bu xüsusda özü belə deyir: "Az yazıb, yaxşı yazmaq lazımdı, çox yazıb da yaxşı yazmaq olar.Amma mən "yaxşı yaza bilmişəm" fikrindən çox uzağam.Çünki yazı dünyanın ən ağır işlərindəndi.

Söz çox güclü rəqibdi, sözün arxasını yerə vurmaq istəyi həm də bir az yumşaq desək,"Don-Kixot"luqdu. Sözün ucundan tutub ucuz şöhrət ardınca gedənlərdən deyil.

El-oba danışığı ilə şirələnən özünəməxsus şirin dili ilə "A bala, dərdim o ha döy" deyir. Doğrudan-doğruya bu kişi dərd əhlidir.

Dərdi də indi dəbdə olan dərdlərdən deyil.Dünya malında gözü yoxdu.Onun dərdlərinin çoxu özünə məxsusdu.Böyük Füzuli deyirdi:

"Bu dərdlər ki, mənim vardır bəirin başınə qoysan,
çıxar kafər cəhənnəmnən, gülər əhli-əzab oynar".

Bizim dərdlərin miqyası belədi.İndi vətənin qıraqda qalan yerləridi dərdlərimiz.Əslində vətənin qıraqda qoyduğumuz yerləridi ki, bu, özünü bilən üçün ağır dərdlərdəndir.

Onu ən çox ağrıdan yurdların ağrısıdı ki,indi nə əlimiz çatır,nə ünümüz yetir.Onun dərdləri sırasında göz açdığı torpaqlarıdı, loru-pəmbəkdi,Canbağçadı.

Onun da dərdini dəvəyə yükləsən dəvənin dizi qatdanar. Əslində bü dərd elə "türkəm" deyən hər kəsin dərdidir. İnsanın böyüklüyü dərdinin böyüklüyündədir, - deyirlər. Haqlı məntiqdir! Elə sənətdə də belədir.

Vaxtilə Ağamalı Sadiq Əfəni deyirdi: "Sənətin böyüklüyü dərdin böyüklüyündən qaynaqlanır". Yəni yükün nədi,tutumun nədi, özün də osan.Bu mənada, özünüz müəyyən edin Tahir Talıblı sənətinin tutumunu, həm də dərdlərinin miqyasını.

Şükür Allaha ki,heç olmasa indi-indi dilimizə bütöv Azərbaycan kəlməsi gəlir.Çoxları indi-indi Bütöv Azərbaycançı,Turançı olur.Ancaq Tahir bəy hələ dağılmış sovetin kəshakəs vaxtlarında oğlunun adını Savalan qoyub, həmişə də bu mübarizədə olub.

Didik-didik torpağınam,
Külək salmış yarpağınam,
Güllə deşmiş bayrağınam,
Vətən, Vətən, Vətən, sənin.

Bu kiçik kitabda Tahir bəy haqqında çox şey öyrəndim. Onu narahat eləyən silsilə dərdləri də, mövzu rəngarəngliyini də,düşüncə tərzini də, milli olmağı da, yürd və torpaqcanlı olmağı da,əsli-nəcabəti də, gözütoxluğu, nəfsi də misralarındadı.

Dünya öz başına qalmışdı onda,
Bizim bir kəndçinin beş uşağı tək.
Şəhərə qaçırdı, kənd bəyənməyən,
Yurdlar qışqırırdı döş uşağı tək.

Tahir Talıblının yaradıcılığında belə spesifik və xarakteri olan şeirlər,bəndlər,misralar nə qədər desən çoxdur. Xalq şairi Hüseyn Arif xatirələrinin birində deyirdi: "Bir dəfə maral qoruğuna tamaşa edirdik.Zəng çalınan kimi marallar məlum yerə toplaşdılar.

Gözətçi onlara yem verir, nəvaziş göstərirdi. Birdən həmin gözətçi: - Hüseyn müəllim, sənə bir şey göstərəcəm, -dedi. - Göstər, dedim.

O,əlini alma ağacının budağına aparıb bir alma üzdü. Sonra həmin almanı marala uzatdı.Maral almanı dərhal uddu.

Gözətçi başqa bir alma dərib öz dodağına vurdu, nəfəsinə toxundurdu.Sonra bayaqkı kimi almanı yenə marala uzatdı.Maral küsmüş halda başını bulayıb meşənin içinə çəkildi.Aydın oldu ki, maral nəfəsi təmizdir, yad dilə-dişə,dodağa, nəfəsə toxunan heç nəyi qəbul etmir".

Unudulmaz şairimiz Hüseyn Arif el-oba nəfəsini məhz maral nəfəsinə oxşadırdı. Tahir Talıblının həmişə diri və duru şeirləri yadıma bu xatirəni saldı. Beləcə də Azərbaycan radiosunda "Bulaq" verilişini ərsəyə gətirməsi səbəbindən şeirlərinin axarında həmişə aydınlıq, təmizlik, bakirəlik hiss olunur.

Daşa tutdum, daş oxudu oxumu,
Səsləndirdi babaların ruhunu.
Yozammıram bir naqafil yuxunu,
Dərviş babam,güman məni qorxudur.
Qaya kimi sərt qalasan-arxasan,
Ürəyimə daman məni qorxudur.

Şairin bir sözünü yazımın bu yerinə gətirmək istərdim.Deyir ki, "Sevgi əbədi olandı, ömrün boyu can atdığın, amma yetişə bilmədiyindi".

Yurd T.Talıblının əbədi sevgilərindəndir.Arzu edək ki, bu sevgisinə qovuşa bilsin,nisgillər sona çatsın. "üzündə-gözündə min illik işıq" (Akif Səməd) gəzdirən şairin bütün mövzulara sufi baxışlarla yanaşması yaradıcılığına ədəbi yaşarılıq verir.

Tahir Talıblının şeirlərində mən Tufarqanlı Abbasdan,Tikmədaşlı Xəstə Qasımdan,Sarı Aşıqdan, Dədə Ələsgərdən üzü bəri gələn qədim bir ruh görürəm.

Necə deyərlər,onuncu babamın ruhunu.Bax indi unutduqlarımızdan, gen düşdüklərimizdən biri də həmin o ruhu bizə çatdıran poeziyadan,sözdən gen düşməyimizdir.

Bizi o ruha qovuşduran sözün haqq yoluna gəlməyimiz indi hava-su qədərindədi.Sözümü şairin sonuncu şeri ilə yekunlaşdırmaq istəyirəm:

Qaşımıznan göz arası
Olumuna, qalımına şükür.
Gecəynən gündüz arası
Gediminə, gəliminə şükür.

Bir az çalpaşıq veribsən,
Suynan, işıqnan veribsən,
Dəryadan bir qaşıq veribsən,
Bir qaşıq elminə şükür.

Baxt yazdığın baxtsız olmur,
Taxt yazdığın taxtsız olmur,
Ölüm heç vaxt vaxtsız olmur,
Vaxtlı-vaxtsız ölümünə şükür.

Həmid Ormanlı
Təzadlar.- 2011.- 22 yanvar.- S.14.
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV